9.05.2016

Qəbrləri pir etmək və yaxud məscid ucaltmaq olarmı?



Vəhhabi kimi dindən çıxmış məlunlar iddia edir ki,  Qəbrlərin yanında pir və yaxud məscid tikmək olmaz ,  bidətdir və s . Mənə maraqlısı budur ki,  bunlar hansi dəlilə əsasən belə söykənib , halal olan bir şeyi haram sayırlar ??.Hal bu ki, nə hədis var haramligina , nə də ki,  Quran ayəsi .Əhli Sünnə özü öz övliyalarin qəbrini pir edir və ziyarətdə edirlər .Bu ki,  gün kimi aydındır Türkiyədə neçə belə pir ocağlar var ki,  özləri gedib ordada dua edirlər .Buda bizə dəlildir ki,  deməli Əhli sünnə və şiələrin arasinda buna dair ixtilaf yoxdur , sadəcə olaraq bu məlun vəhhabilərin yersiz iradlaridir .Bizim əlimizdə isə , həm Quran ayəsi , həmdə hədis var ki,  isbat edək.  ''Onların qəbirlərinin üstündə bina düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların qəbirlərini məscid qərar verəcəyik.'' yəni orada məscid tikəcəyik, ''Kəhf'' surəsi, ayə-21 də belə buyurulur. Bu ayədən açıq-aydın görünür ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu növbəti hədisdən də başa düşmək olar: ''Peyğəmbərimizin qızı Həzrət Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona gözyaşı tökürdü. (''Səhihi Müslüm'' c. 3 və ''Sünəni Beyhəqi'' c. 4, səh.78) Əgər qəbrin yanında namaz qılmaq, oranı məscid - səcdə olunan yer qərar vermək haram olsaydı, Rəsuli Əkrəm bunu öz doğma qızına qadağan edərdi. Bunu da unutmayaq ki, Peyğəmbər(s)-in öz məzarı Mədinədə Məscidün-Nəbinin daxilindədir və bütün zəvvarlar orada namaz qılırlar, ziyarət edirlər.Görəsən dinsizlər daha nə bəhanə gətirər. !

Hiç yorum yok: