İmam Səccad

İmam Zeynül-Abidin əleyhissəlamın həyatı
Diktatura mühitində Kərbəla inqilabının carçısı
Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?
İmamın mübarizəsinin cəhətləri
Səhifeyi-Səccadiyyə – maarif xəzinəsi
Kimsəsizlərə yardım
Tərbiyə mərkəzi
İmam Səccad əleyhissəlamın həyatı barədə qısa məlumat
İmam Səccad (əleyhissəlam) şiələrin üçüncü İmamı Həzrət Hüseyn ibn Əli əleyhissəlamın oğludur. Anası Şəhrəbanu(Üsuli-kafi, c.1, səh.467; Əl-İrşad, səh.253.)olmuş ən məşhur ləqəbi Zeynül-abidin və Səccaddır. İmam Səccad (əleyhissəlam) hicrətin otuz səkkizinci ilində(Əl-İrşad, səh.253; Dəlailül-imamət, səh.80.) dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əli əleyhissəlamın hakimiyyət illərini görmüş ondan sonra isə on il əmisi Həzrət Həsən əleyhissəlamın İmamət dövrünü dərk etmişdir. İmam Həsən (əleyhissəlam) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsən əleyhissəlamın şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (əleyhissəlam) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altımış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd ya da doxsan beşinci ili şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsən əleyhissəlamın qəbrinin kənarında dəfn olunmuşdur.
İmam Səccad (əleyhissəlam) ilə həməsr olmuş xəlifələr
İmam Səccad (əleyhissəlam) öz İmamət dövründə aşağıda adları çəkilmiş xəlifələrlə həməsr olmuşdur:
1. Yezid ibn Müaviyə (61-64 h.q);(Mötərizənin içərisində olan rəqəmlər xəlifələrin hakimiyyətdə olduğu illəri göstərir.)
2. Abdullah ibn Zübeyr (61-73 h.q);(Abdullah ibn Zübeyr Yezidə beyət etməyən şəxslərdən idi. Buna görə də, Müaviyənin ölümündən sonra imam Hüseyn əleyhissəlamın Məkkəyə hərəkətindən bir az qabaq bu şəhərə qaçıb öz siyasi fəaliyyətləri ilə məşğul oldu. İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra Hicazda özünə rəqib görməyib özünü xəlifə elan etdi. Yezid ömrünün axırına qədər onu məğlub edə bilmədi. O, 73-cü ilə qədər Məkkədə hökumət bayrağını əlində saxladı. Nəhayət, Əbdülməlikin qüvvələri tərəfindən (73-cü hicri ilində) qətlə yetirildi. Bundan sonra hakimiyyət Mərvanlıların əlinə düşdü, Şam şəhəri yenidən mərkəz oldu.)
3. Müaviyə ibn Yezid (altımış dördüncü ilin bir neçə ayı);
4. Mərvan ibn Həkəm (altımış beşinci ilin doqquz ayı);
5. Əbdülməlik ibn Mərvan (65-86 h.q);
6. Vəlid ibn Əbdülməlik (86-96 h.q).
İmamın xəstəliyi İlahi bir məsləhət idi
Təəssüflə qeyd etməliyik ki müsəlmanların savadsız təbəqələrinin əksəriyyəti dördüncü İmamı həmişə xəstə kimi yad edir və bununla da, camaatın fikrində o Həzrət çox zəif əldən düşmüş saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində heç də belə olmamışdır. Çünki dördüncü İmam ancaq Kərbəlada özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən otuz beş il o biri İmamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz ki o Həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki İmam (əleyhissəlam) bu vasitə ilə cihad vəzifəsindən azad olmuş(Təzkirətül–xəvvas, səh.324.) müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq İmamət xətti davam etmişdir. Əgər İmam Səccad (əleyhissəlam) xəstələnməsəydi gərək cihadda iştirak edəydi. Bu təqdirdə də atasının başqa oğul və dostları kimi şəhid olar və beləliklə də, İmamət nuru birdəfəlik sönmüş olardı. Səbt ibn Əl-Cuzi yazır: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) xəstə olduğu üçün öldürülmədi.”(Təzkirətül–xəvvas, səh.324.)
Məhəmməd ibn Səd yazır: "Əli ibn Hüseyn əleyhissəlamın o gün (Aşura günü) atası ilə olan zaman iyirmi üç ya iyirmi dörd yaşı var idi. Onun o vaxt azyaşlı uşaq olduğunu söyləyənlər tamamilə əsassızdırlar. O həmən gün xəstə olmuş buna görə də, döyüşdə iştirak edə bilməmişdir.”(Ət-Təbəqatül-kubra, c.5, səh.221.) Həmçinin, Məhəmməd ibn Səd qeyd edir ki Şimr İmam Hüseyn əleyhissəlamı öldürdükdən sonra İmam Səccad əleyhissəlamın üstünə gəldi. O xəstə olduğu üçün yataqda yatmışdı. Şimr dedi: "Bunu öldürün!” Onun yanındakılardan biri dedi: "Sübhanəllah! Xəstə olan və heç döyüşdə də iştirak etməyən bir gənci öldürək?” Bu zaman Ömər ibn Səd gəlib dedi: "Qadınlar və bu xəstə ilə işiniz olmasın.”(Ət-Təbəqatül-kubra, c.5, səh.212.)
Şeyx Müfid Yezidin ordusunda iştirak etmiş Həmid ibn Müslimin dilindən rəvayət edib deyir: "(Aşura günü) Əli ibn Hüseynin çadırına yetişdik. O bərk xəstə idi və yataqda yatmışdı. Şimr bir neçə nəfərlə onun yanına gəldi. Yanındakılar Şimrə dedilər: "Bu xəstəni öldürmürsən?” Mən dedim: "Sübhanəllah! Uşaqları da öldürürsünüz? Bu ki, bir uşaqdır özü də xəstəlik onu əldən salıb.” O qədər bu cür sözlərdən dedim ki axır onları o Həzrəti öldürmək fikrindən yayındırdım. Bu vaxt Ömər ibn Səd gəldi. Qadınlar onun üstünə qışqırıb ağladılar. O öz adamlarına dedi: "Heç biriniz bu qadınların evlərinə (çadırlarına) girməyin və bu cavanla işiniz olmasın.”(Əl-İrşad, səh.242.)
Qeyd olunduğu kimi dördüncü İmamın sağ qalmasına səbəb olan xəstəlik İlahi bir məsləhət olmuşdur. Bu onun düşmən qarşısında heç də ruhiyyə zəifliyi və gücsüzlüyü demək deyil.
İmam Səccad (əleyhissəlam) o çətin və acınacaqlı əsirlik müddətində əsirlərin ümid və pənah yeri olmaqla yanaşı, həm də düşmənə qarşı şücaət və vüqarla hərəkət etmişdi. İmam əleyhissəlamın Kufə və Şam şəhərlərindəki mətin və kəskin çıxışları bu məsələni bir daha təsdiq edir. Belə ki əsirləri Kufəyə gətirdikdən sonra Übeydullah ibn Ziyadın məclisində onunla İmam Səccad (əleyhissəlam) arasında gedən kəskin söz-söhbətdən Übeydullah ibn Ziyad bərk qəzəblənib İmamın qətlinə əmr verərkən İmam Səccad (əleyhissəlam) ona buyurdu: "Məni öldürməklə hədələyirsən? Bilmirsən ki ölmək bizim üçün adi bir iş şəhadət bizim üçün şərəf və fəzilətdir?”(Əl-İrşad, səh.242.)
Kərbəla inqilabının carçısı
Qeyd etdiyimiz kimi İmam Səccad (əleyhissəlam) Kərbəla faciəsində iştirak etmiş atasının şəhadətindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla inqilabın və İmam Hüseyn əleyhissəlamın qızılqanlı şəhadətinin carçısı olmuş öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın fikrini oyatmaqla məşğul olmuşdur.
Əməvi hökumətinin Müaviyyənin dövründən etibarən Peyğəmbər ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını (xüsusən Şamda) nəzərə almaqla şübhəsiz ki əgər Əhli-beyt əsirləri Əməvi hakimiyyətinin iç üzünü açaraq camaatın fikrini oyatmasaydılar İslam düşmənləri və hökumət nümayəndələri İmam Hüseyn əleyhissəlamın böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar və onun simasını dəyişdirərdilər. Ancaq İmam Səccad əleyhissəlamın və eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat (qeyd etməliyik ki bu fürsəti onlara Yezidin axmaqlığı və şəxsi düşmənçiliyi vermişdir) İmam Hüseyn əleyhissəlamın düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.
İmam Səccad əleyhissəlamın təbliğati mübarizələrini İmam Hüseyn əleyhissəlamın həyatı bölməsində geniş şəkildə izah etdiyimiz üçün burada yalnız bununla kifayətlənirik.
Diktatura mühiti
İslam peyğəmbərinin vəfatından sonra İmamət silsiləsinin dörd dövrə bölünməsinə əsasən (bu dörd dövrü Həzrət Əli əleyhissəlamın həyatı bölməsində izah etmişik), İmam Səccad əleyhissəlamın həyatı dördüncü dövrə təsadüf edir. Yəni silahlı mübarizə yolu ilə qələbədən naümid olmaq; Peyğəmbər ailəsi vasitəsilə uzun müddətli İslam hökuməti yaratmaq uğrunda səy göstərmək; bu məqsədə çatmaqdan ötrü zəminə yaratmaq üçün mədəni tədbirlər vasitəsilə münasib insani qüvvələri tərbiyə etmək; əsl İslami fikirləri bəyan etmək mövhumat və bidətləri üzə çıxarmaq.
Bu məsələ haqqında qısa məlumat verək.
Faciəli Aşura hadisəsi (tez bir zamanda) şiə məzhəbinə ağır zərbə vurdu. Bu hadisənin xəbərinin yayılması ilə İslam dövlətinin hər tərəfində xüsusən İraq və Hicazda şiə məclislərində ümumi bir qorxu hökm sürməyə başladı. Çünki məlum oldu ki (İslam aləmində hamı tərəfindən əzəmətlə etibarla və müqəddəs bir şəxs kimi tanınan) Peyğəmbər balasını öldürüb Əhli-beyt qız-gəlinini və arvad-uşaqlarını əsir almaqla öz hakimiyyətini qoruyub saxlayan Yezid hakimiyyət dayaqlarını möhkəmlətmək üçün heç bir cinayətdən çəkinməz. Kufə və Mədinədə artıq öz əsərlərini büruzə verən qorxu və vəhşət (hicrətin altımış üçüncü ilində zil-həccə ayında baş vermiş) "Hirrə faciəsi” və Mədinə camaatının Yezidin ordusu tərəfindən amansızcasına qırılması ilə daha da şiddətləndi Peyğəmbər ailəsinin nüfuz etdiyi yerlərdə xüsusilə Hicazda Mədinəyə İraqda isə Kufəyə möhkəm represiya hakim kəsildi. Bəni-Üməyyənin düşmənləri olan İmamların dostları zəifləyib süstləşdilər öz təşəkküllərini itirdilər. İmam Səccad (əleyhissəlam) bu acınacaqlı vəziyyətə işarə edərək buyurur: "Bütün Məkkə və Mədinədə bizi sevən iyirmi nəfər yoxdur.”(Biharül-ənvar, c.46, səh.143.) Görkəmli tarixçi Məsudi yazır: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) İmaməti gizli və təqiyyə şəklində və çox çətin bir vaxtda öhdəsinə götürmüşdü.”(İsbatül-vəsiyyə, səh.167.) İmam Sadiq (əleyhissəlam) bu dəhşətli və acınacaqlı vəziyyəti təsvir edərək buyurur: "Camaatın üç nəfər istisna olmaqla hamısı Hüseyn ibn Əli əleyhissəlamdan sonra (onun şəhadətindən sonra) döndü: (Peyğəmbər ailəsinin ətrafından uzaqlaşdılar): Əbu Xalid Kabili Yəhya ibn Ummut-Təvil və Cübeyr ibn Mutim.”(Qamusür-rical, c.9, səh.399.) Sonra bir neçə nəfər onlara qoşuldu və sayları artdı. Yəhya ibn Ummut-Təvil Mədinədə Peyğəmbər məscidinə gedib camaata xitab edərək deyərdi: "Biz sizinlə (yolunuzla) müxalifik bizimlə sizin aranızda aşkar və əbədi düşmənçilik və kin-küdurət var...”(Əl-İxtisas, səh.64.)
Deyilməsə də, məlumdur ki o cür şəraitdə belə bir açıq-aşkar mövqedə durmağa yalnız acınacaqlı nəticələrə sinə gərə bilən Yəhya ibn Ummut-Təvil kimi şəxslərin qüdrəti çata bilərdi. Məhz buna görə də, Həccac ibn Yusif Yəhyanın Həzrət Əli əleyhissəlamın dostu olmasına görə əl-ayağını kəsdirmiş sonra da onu şəhadətə yetirmişdir.(İxtiyaru mərifətir-rical, səh.123.)
Onuncu əsrin ortalarının görkəmli alimlərindən və hədisçilərindən biri və həm də İmam Cavad (əleyhissəlam) İmam Hadi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın şagirdlərindən olan Fəzl ibn Şazan deyir: "İmam Səccad əleyhissəlamın İmamət dövrünün əvvəllərində yalnız beş nəfər ona itaət edirdi: Səid ibn Cübeyr Səid ibn Müsəyyib Məhəmməd ibn Cübeyr ibn Mutim Yəhya ibn Ummut-Təvil və Əbu Xalid Kabili.”(İxtiyaru mərifətir-rical, səh.115.)
Əbdülməlikin çirkin hakimiyyəti
İmam Səccad əleyhissəlamın İmamət dövrü İslam tarixində hakimiyyət dövrlərinin ən çirkinlərindən biri olan bir dövrlə həmzaman olmuşdur. Düzdür o Həzrətdən qabaq da İslam dövləti zalım və azğın hakimlərin oyuncağına çevrilmişdi ancaq dördüncü İmamın dövrü ötən dövrlərlə bununla fərqlənirdi ki o dövrün hakimləri İslam qayda-qanunlarından açıq-aşkar boyun qaçırır onları ayaq altına salır və heç kim də, bir zərrə olsun belə, etiraz edə bilmirdi.
İmam Səccad əleyhissəlamın İmamət dövrünün ən çoxu Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövrünə təsadüf edirdi. Əbdülməlik iyirmi bir il hakimiyyətdə olmuşdur. Tarixçilər Əbdülməliki zirək ehtiyatlı uzaqgörən ədib (ədəbiyyatla məşğul olan) istedadlı və alim kimi qələmə vermişlər.(Əl-Kamilu fit-tarix, c.4, səh.520.) "Əl-Fəxri” kitabının müəllifi deyir: "Əbdülməlik ağıllı düşüncəli alim fəzilətli ədib istedadlı çox zülmkar çox heybətli dahi siyasətçi və gözəl tədbirli bir şəxs olmuşdur.”(İbn Təqtəqa, "Əl-Fəxri”, səh.122-124.)
Hinduşah yazır: "O ağıllı fəzilətli fəsahətli fiqh hədis şer elmlərini yaxşı bilən və gözəl tədbir sahibi olmuşdur.”(Təcaribüs-sələf, səh.75.)
Əbdülməlik hakimiyyət başına gəlməzdən qabaq Mədinə şəhərinin fəqihlərindən (şəriət elminin alimlərindən) biri sayılırdı.(İbn Təqtəqa, "Əl-Fəxri”, səh.122.) O zahidlik ibadət və dindarlıqla məşhur olmuşdu. Öz vaxtını məsciddə ibadət etməklə keçirərdi. Belə ki ona "məscidin göyərçini” ləqəbini vermişdilər.(Təcaribüs-sələf, səh.76.) Deyirlər ki Əbdülməlik atası Mərvan öldükdən sonra hakimiyyətə yetişərkən Quran oxuyurdu. Bu xəbəri eşitcək Quranı bağlayıb dedi: "Daha mənimlə sənin aranda ayrılıq düşdü. Artıq mənim səninlə işim yoxdur.”(Tarixül-xüləfa, c.4, səh.100.) Əbdülməlik doğurdan da, Qurandan ayrıldı. Qüdrətə qürrələnməsi nəticəsində öz şəxsiyyətini elə dəyişdirdi ki tarixçilər onun çirkin hökumətini acı xatirələr tək yad edirlər.
Süyuti və İbn Əsir yazırlar: "İslam tarixində Əbdülməlik əhdini danan və xəyanət edən (Əmr ibn Səid ibn Ası aman verdikdən sonra öldürdü) camaatı xəlifənin hüzurunda söz deməkdən məhrum edən və əmr be-mərufun qarşısını alan ilk şəxs olmuşdur.(Tarixül xüləfa, səh.218, Əl-Kamilu fit-tarix, c.4, səh252.)
Əbdülməlik Məkkədə Abdullah ibn Zübeyri məğlub etdikdən iki il sonra (hicrətin yetmiş beşinci ilində) həcc səfəri zamanı Mədinəyə gəlmiş və camaata xitab edərək demişdi: "Mən nə rüsvay olmuş (Osman) nə də səhlənkar xəlifə (Yezid) deyiləm. Mən bu camaatla qılıncdan başqa heç bir şeylə rəftar etməyəcəyəm. Siz bizdən Allah adamlarının təqvalı şəxslərin işini istədiyiniz halda özünüz heç də onlar kimi rəftar etmirsiniz (bizi təqvalı olmağa çağırırsınız ancaq özünüz ona əməl etmirsiniz). And olsun Allaha, bundan belə kim məni təqvalı olmağa çağırsa boynunu vuracağam.”(Tarixül-xüləfa, səh.218.)
Sonuncu cümləni deməsinin səbəbi o idi ki vaiz və İmam cümələr (cümə namazını qılan şəxslər) öz söhbətlərini "təqvalı olun” ifadəsi ilə başlayırdılar.(İmam Səccad əleyhissəlamın həyatı, səh.98)
Özünü peyğəmbərin canişi elan edib Peyğəmbər şəhərində özü də Peyğəmbərin müqəddəs məzarı kənarında bu cür sözlər deməklə onun sünnəsinə hücum edən xəlifənin ucqar şəhərlərdəki valiləri də gör nə oyunlardan çıxırdılar?
Əbdülməlik özünün uzunmüddətli hakimiyyəti dövründə o qədər zülm və haqsızlıq etdi ki onun qəlbində iman nuru tamamilə söndü. O bir gün özü bu məsələyə toxunaraq Səid ibn Müsəyyibə dedi: "Elə olmuşam ki yaxşı iş görəndə sevinmirəm pis iş görəndə də narahat olmuram.” Səid ibn Müsəyyib dedi: "Sənin qəlbin tamamilə ölmüşdür.”(Əl-Fəxri, səh.122; İbn Əsir, Əl-Kamilu fit-tarix, c.4, səh521.)
Əbdülməlik çox vaxt Ummud-Dərda adlı bir qadınla söhbət edərdi. Bir gün Ummud-Dərda ona dedi: "Ey Əmirəl-möminin, eşitmişəm ibadət və razi-niyazdan sonra şərab içmisən?!” Əbdülməlik cavab verdi: "Təkcə şərab yox, hətta camaatın qanını da içmişəm(Tarixül-xüləfa, səh.216.)
Bir vaxtlar Yezidin (Abdullah ibn Zübeyri təslim etmək üçün) Məkkəyə ordu göndərməsinə nifrət edən və bu işdən Allaha pənah aparan Əbdülməlik hakimiyyət başına gəldikdən sonra nə təkcə özü bu işi davam etdirdi hətta Həccac kimi qaniçən bir şəxsi bu işi yerinə yetirmək üçün təyin etdi və o da Məscidül-həram və Kəbəni (Abdullah ibn Zübeyr qaçıb orada gizlənmişdi) mancanaq ilə daşa basdı.(Tarixül-xüləfa, səh.216.)
Zalım valilər
İslam məmləkətinin hər bir yerində Əbdülməlikin nümayəndələri də ona baxıb camaatla zülm və ədavətlə rəftar edirdilər. Ölkənin hər bir yerində haqsızlıq və vəhşət hökm sürürdü. Məsudi yazır: "Əbdülməlik qantökən adam idi. Onun təyin etdiyi valilər – İraq hakimi Həccac Xorasan hakimi Muhlib və Mədinə hakimi Hişam ibn İsmayıl da onun özü kimi rəhmsiz və qantökən idilər.”(Mürucuz-zəhəb, c.3, səh.91.)
Mədinə hakimi Hişam ibn İsmayıl camaatı o qədər təzyiqlərə məruz qoymuş və Peyğəmbər ailəsinə o qədər əziyyət vermişdi ki Əbdülməlikin oğlu Vəlid atasının ölümündən sonra hakimiyyətə gəldikdə, məcbur olub onu işdən çıxartdı(Tarixi-Yəqubi, c.3, səh.27-29.)
Bunların hamısından ən pisi Həccac olmuşdur. Onun İslam tarixində törətdiyi cinayətlər hamıya məlumdur. Əbdülməlik, Abdullah ibn Zübeyri Həccacın vasitəsilə məğlubiyyətə uğratdıqdan sonra Həccacı iki illik Hicaza (Məkkə Mədinə və Taifə) vali təyin etdi.(Əl-İmamətu vəs-siyasət, c.2, səh.31.)
Həccac Mədinədə Cabir ibn Abdullah Ənsari Ənəs ibn Malik Səhl ibn Saidi kimi bir sıra səhabələri rüsvay etmək üçün onların boynuna damğa vurdu. Bu işdə bəhanəsi də o idi ki bunlar Osmanın qatilləridirlər!(Tarixi-Yəqubi, c.3,səh.18.)Həccac Mədinədən çıxıb gedərkən belə dedi: "Allaha şükr edirəm ki məni bu çirkin şəhərdən qırağa aparır. Bu şəhər bütün şəhərlərdən çirkindir. Buranın əhalisi Əmirəl-mömininə qarşı münasibətdə çox hiyləgər həyasız və tənbəldir. Əgər Əmirəl-mömininin sifarişi olmasaydı bu şəhəri yerlə yeksan edərdim. Bu şəhərdə Peyğəmbər minbəri adlanan bir parça çubuqdan və Peyğəmbər qəbri adlanan bir qədər çürümüş sümükdən başqa heç nə yoxdur(Əl-Kamilu fit-tarix, c.4, səh.359.)
Yaxud Kufədə söylədiyi xütbəsində Mədinədə Peyğəmbər (s)-in müqəddəs qəbrinin ətrafında fırlanaraq onu yad edən ziyarətçiləri təhqir edərək belə demişdi: "Vay olsun onlara! Elə fırlanırlar ki, lap belə qoca mal-qaranın yerişlərinə bənzəyir. Niyə gedib əmirəlmöminin Əbdül Məlikin qəsrinin ətrafında təvaf etmirlər! Məgər onlar bilmirlər ki, adamın xəlifəsi onun peyğəmbərindən üstündür?!”(Şərhi Nəhcül Bəlağə, c. 15, səh. 242)
Həccac İraqda
Həccac Məkkə və Mədinəni öz nəzarəti altına aldıqdan sonra Əbdülməlik başa düşdü ki iraqlıları öz yerlərində oturda bilən və onları özünə tabe edə biləcək şəxs ancaq Həccac ola bilər. Buna görə də, hicrətin yetmiş beşinci ilində İraq valiliyini (Kufə və Bəsrəni) onun öhdəsinə qoydu. Həccac Kufəyə gəldiyi andan heç də xəlifə tərəfindən təyin olunmuş vali kimi deyil üz-gözünü örtmüş halda məscidə daxil olaraq camaatın arasından keçməklə minbərə qalxdı və uzun müddət sakit oturdu. Səs-küy qalxdı ki bu kimdir? Bir nəfər dedi: "Gəlin onu daşqalaq edək”. Camaat dedi: "Yox qoyun görək nə deyir?” Elə ki hər tərəf sakitləşdi Həccac üzünü açaraq söhbətə belə başladı: "Ey Kufə camaatı! Mən dərilmək vaxtı yetişmiş meyvələrə bənzər və bədəndən ayrılmaları labüd olan başlar görürəm. Mən bu işi mütləq yerinə yetirəcəyəm. Əmmamə ilə saqqallar arasında parıldayan qanlar görürəm.” Sonra öz dəhşətli sözlərinə davam edib camaatı elə qorxutdu ki bir kişinin onu daşqalaq etmək üçün əlində tutduğu daş parçası ixtiyarsız olaraq yerə düşdü.(Əl-Kamilu fil-lüğəti vəl-ədəb, c.1, səh.311; Əl-əxbarül-müvəffəqiyyat, səh. 93-97; İsbatül-vəsiyyə, c. 3, səh. 127.)
Həccacın Bəsrəyə gəlişi də eynilə Kufəyə gəlişi kimi oldu. İbn Qüteybə Dinvəri onun Bəsrəyə gəlişini belə izah edir: "Həccac iki min nəfərlik Şam ordusu və onların tərəfdarlarından əlavə dörd min nəfərlik ordu ilə Bəsrəyə tərəf yollandı. Bəsrəyə girərkən onların iki min nəfərini özü ilə götürdü və belə qərara gəldi ki cümə günü namaz vaxtı şəhərə daxil olsun. O ətrafdakılara əmr etdi ki məscidi mühasirəyə alsınlar və məscidin on səkkiz qapısının hər birinin ağzında yüz nəfər durub qılınclarını paltarların altında gizlətsinlər. Sonra da onlara dedi: Elə ki məsciddə səs-küy qalxdı və kimsə məsciddən kənara çıxmaq istədi elə bir iş görün ki başları bədənlərindən tez qırağa çıxsın.
Məmurlar qapıların ağzında dayanıb gözləməyə başladılar. Həccacı qılınclarını paltarların altında gizlətmiş yüz nəfər önündə yüz nəfər də arxasında müşayiət edərək məscidə gətirdi. Onun özü də qılıncını paltarının altında gizlətmişdi. Həccac gözətçilərinə dedi: "Məscidə girəndən sonra mən camaat üçün söhbət edəcəyəm. Onlar məni daşa basacaqlar. Elə ki, gördünüz mən əmmaməmi götürüb dizimin üstünə qoydum qılınclarınızı qınından çıxarıb onları qılıncdan keçirin.”
Bu plan əsasında namaz vaxtı çatan kimi Həccac minbərə qalxıb söhbət əsnasında belə dedi: "...Əmirəl-möminin (Əbdülməlik) məni sizin şəhərə vali və beytül-malı sizin aranızda bölmək üçün göndərib. Mənə əmr edib ki məzlumların köməyinə çatam zalımların cəzasını verəm yaxşı iş görənləri alqışlayıb pis iş görənləri cəzalandıram. Xəlifə məni bura vali təyin edəndə mənə iki qılınc verdi? Biri rəhmət və mərhəmət qılıncı digəri isə əzab və cəza qılıncı. Mərhəmət qılıncı yolda əlimdən düşdü ancaq əzab qılıncı indi də əlimdədir...”
Camaat minbərin aşağısından Həccacı daşlamağa başladı. Bu zaman Həccac əmmaməsini başından götürüb dizinin üstünə qoydu. Gözətçilər dərhal camaatın üstünə düşdülər. Vəziyyətin belə olduğunu görən camaat məsciddən qaçmağa başladı. Ancaq kim məsciddən qırağa çıxırdısa, başı bədənindən ayrılırdı. Beləliklə, qaçanları geri qayıtmağa məcbur etdilər sonra da onları məsciddə qırdılar. İş o yerə çatdı ki qan məscidin qapısına hətta bazara qədər axıb gəlmişdi.»(Əl-İmamətu vəs-siyasət, c.2, səh.32.) Bununla da, Həccac İraqın hər bir yerində öz qorxulu hakimiyyətini yaratdı. O bir çox təqvalı və günahsız insanları qırdı. O ürəklərdə elə bir qorxu yaratdı ki bu qorxu nə təkcə İraqı habelə Xuzistanı(İranın Cənub hissəsi.) və bütün Şərqi bürüdü.
Diktatura və qırğın dalğası
Görkəmli tarixçi Məsudi yazır: "Həccac iyirmi il vali oldu. Bu müddət ərzində onun cəlladlarının qılıncı ilə yaxud işkəncə altında öldürülənlərin sayı yüz iyirmi min nəfər idi. Əlbəttə, hələ burada Həccaca qarşı döyüşdə ölənlərin sayı nəzərdə tutulmamışdır.
Həccac ölən zaman onun zindanında (onun adı gələndə bədənlərə titrətmə düşürdü) əlli min kişi otuz min qadın var idi. Bu qadınların on altı mini çılpaq vəziyyətdə idi.
Həccac kişi və qadınları zindanda bir yerdə saxlayırdı. Onun zindanları tavansız olduğundan məhbuslar yayın istisindən həmçinin, qışın soyuğu və qar-yağışından bərk əziyyət çəkirdilər.(Mürucuz-zəhəb, c.3, səh.166-167.)
Vəlid ibn Əbdülməlikin müsbət və mənfi cəhətləri
Əbdülməlikin ölümündən sonra onun oğlu Vəlid hakimiyyət başına gəldi. Bəzi tarixçilər onu müsbət qələmə vermiş və onu atası Əbdülməlik babası Mərvan və bir çoxlarından üstün tutmuşlar. Çünki Ömər ibn Əbdüləzizdən başqa Əməvi xəlifələrindən heç biri öz hakimiyyəti dövründə onun qədər hamı üçün xeyirli olan işlər görməmişdi. Vəlid öz hakimiyyəti dövründə məscidlər və müqəddəs yerlər tikdirməkdə onları artırmaqda təmir etməkdə böyük addımlar atmış öz valilərini bu işə cəlb etmişdi. Tarixçilər deyirlər: "Vəlid Dəməşqin cami məscidini tikdirdi. O, həmçinin, Peyğəmbər məscidini və eləcə də, Əqsa məscidini (Beytül-müqəddəsi) genişləndirdi. Onun əmrilə hansı şəhərdə namaz qılmaq üçün yer yox idisə orada məscid tikildi. O İslam dövlətini qorumaq məqsədi ilə sərhədlərdə müxtəlif qalalar tikdirdi və müxtəlif əlaqə yolları çəkdirdi həmçinin, ölkənin müxtəlif yerlərində su quyuları qazdırdı məktəb (mədrəsə) və xəstəxanalar saldırdı sədəqə və dağınıq (pərakəndə) köməklikləri ləğv edib əlillər xəstələr və ehtiyacı olanlar üçün müəyyən maaş təyin etdi. O kor əldən düşmüş və cüzam xəstəliyinə tutulmuşlar üçün istirahət yerləri tikdirdi onlara yetişmək üçün həkim və xidmətçilər təyin etdi onların yemək və istirahətlərinə yaxşı baxılmasını əmr etdi. O həmçinin, yetim və sahibsiz uşaqları tərbiyələndirmək üçün uşaq evləri tikdirdi. Çox vaxtlar özü şəhər və bazara çıxır qiymətlərin endirilib yaxud qaldırılmasına şəxsən nəzarət edirdi(Muxtəsəru tarixil-ərəb, səh.123.)
Vəlidin çirkin işləri
Vəlidin həyatı və hakimiyyəti dövründəki müsbət cəhətlərlə yanaşı, onun bir sıra mənfi zəif cəhətləri və açıq-aşkar pozğunluqları vardır ki bunları onun həyatında qeyd etmədən keçmək olmaz. Tarixçilərin dediyinə görə Vəlid çox zalım şəxs olmuşdur. Ata-anası onu uşaqlıqda ərköyün böyütmüş buna görə də, o ədəbsiz və insani dəyərlərdən uzaq olan bir adam olmuşdur.(Tarixül-xüləfa, səh.223.)Vəlid ərəb dilinin qrammatika və ədəbiyyatından xəbərsiz idi. Ömrünün axırına qədər ərəb qrammatikasının qaydalarına riayət edə bilmədi. Danışarkən qrammatik cəhətdən çox kobud səhvlər buraxırdı. Bir gün atasının məclisində bir dəstə adamın hüzurunda bir nəfər ərəblə söhbət edərkən çox asan bir cümləni səhv dedi. Atası onu danlayıb dedi: "Ərəblərin dilini bilməyən şəxs onlara hakim ola bilməz.” Vəlid bu hadisədən sonra bir neçə ərəb dilçisi ilə birlikdə bir otağa girib altı ay orada qaldı. Bu müddətdə o ərəb qrammatikasını öyrənməyə başladı. Ancaq altı aydan sonra əvvəlkindən də, savadsız vəziyyətdə qırağa çıxdı.(Əl-Kamilu fit-tarix, c.5, səh.11.)
Vəlidin elmin inkişafına diqqət yetirməsinin səbəblərindən biri də, bəlkə də, onun özünün elmdən məhrum olması olmuş və o, bu yolla öz zəif cəhətini ört-basdır etmək istəyirmiş.
Zalım hakimlər
Vəlid zalım və pozğun adamları vali hakim və əmir təyin edirdi. Bu adamlar müsəlmanları çox təzyiqlərə məruz qoyurdular. Vəlidin valilərindən biri Həccac ibn Yusif idi. Vəlid atası Əbdülməlikin ölümündən sonra Həccacı öz vəzifəsində saxladı.
O dövrdən etibarən Şam məntəqəsi Vəlidin öz nəzarəti altında idi. İraqda Həccac Hicazda Osman ibn Həbarə Misirdə Qürrə ibn Şüreyk valilik edirdilər. Adı çəkilən bu şəxslərin zülm etməkdə misli yox idi. Bir qədər ədalət və insaf tərəfdarı olan Ömər ibn Əbdüləziz (Vəlidin qardaşı oğlu) bu bir neçə nəfərin hakimiyyətinə işarə edərək deyir: "Yer üzü zülm ilə dolmuşdur. İlahi camaatı bu müsibətdən qurtar!(Əl-Kamilu fit-tarix, c.5, səh.11.)”
Sanki hakimlərin bu zülmkarlıqlarına və müsəlmanların bu məzlumiyyətinə və pənahsız qalmalarına işarə edərək İmam Səccad (əleyhissəlam) öz söhbəti əsnasında o dövrün camaatını altı dəstəyə bölmüşdür. Hakimləri şirə müsəlmanları isə şir canavar tülkü it və donuz arasında qalmış və ət dəri və sümükləri şir tərəfindən parçalanan qoyunlara bənzətmişdir.(Əl-Xisal, səh.339.)
Nə üçün İmam Səccad (əleyhissəlam) qiyam etmədi?
İmam Səccad əleyhissəlamın dövrünün siyasi aləmi bir az aydın olduqdan sonra o Həzrətin nəyə görə qiyam etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət arasında hökm sürən qorxu diktatura və zalım Əməvi hökumətinin camaat üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən qaçmırdı. Necə ki bir gün Əbdülməlikin Mədinədəki casusu ona xəbər verdi ki Əli ibn Hüseyn əleyhissəlamın (İmam Səccadın) bir kənizi var idi. O kənizi azad etmiş sonra isə onunla evlənmişdir. Əbdülməlik İmam Səccad əleyhissəlama yazdığı məktubda bu işi İmam (əleyhissəlam) üçün nöqsan saymış və etiraz etmişdi ki nəyə görə İmam özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam Səccad (əleyhissəlam) onun cavabında yazdı: "Peyğəmbərdən böyük və üstün bir şəxs yox idi. O öz kənizi ilə evlənmişdi. Allah hər bir kiçikliyi İslamın sayəsində ucaldır və hər bir nöqsanı İslam vasitəsi ilə aradan qaldırır. Hər bir alçaq şəxs İslam sayəsində əzizlənir. Müsəlman olan heç bir şəxs alçaq deyil. Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.”(Fürui-kafi, c.5, səh.344.)Əbdülməlik bununla bildirmək istəyirdi ki İmamın hər bir işi hətta onun daxili və şəxsi işləri belə onun nəzarəti altındadır. Belə bir şəraitdə qiyam etmək necə mümkün ola bilər? Sanki İmam Səccad (əleyhissəlam) bu acı və dözülməz şəraiti duymuş və öz duasında Allah dərgahına belə buyurmuşdur: "Nə çox düşmənlər vardır ki düşmənçilik qılıncını mənə qarşı sivirmiş qılıncının və nizəsinin ucunu mənə vurmaq üçün itiləmişlər. Məhvedici zəhərlərini mənə içirtmək üçün piyaləyə tökmüş məni öz oxlarının hədəfi qərar vermiş və pusqu gözləri məni güdmək üçün yatmamışdır. Onlar hazırlaşmışlar ki öz zərbələrini mənə vurub zəhərlərini mənə içirsinlər.
İlahi çətinliklər və ağır əziyyətlər müqabilində gücsüzlüyümü mənimlə döyüşmək istəyənin müqabilində acizliyimi mənimlə düşmənçilik edib məni tora salmaq üçün pusquda olanların çoxluğu qarşısındakı təkliyimi nəzərə alıb mənə kömək etməyə başladın və mənə qüvvət verdin.” (Səhifeyi-Səccadiyyə, 49-cu dua, səh.610.)
İki çətin yolayrıcı
Deyilənlərdən belə məlum olur ki İmam Səccad (əleyhissəlam) Aşura hadisəsindən sonra iki çətin yolayrıcına yetişmişdi: Ya öz dostları arasında həyəcan və etiraz hissi oyatmaqla (bunu İmam Səccad (əleyhissəlam) çox asanlıqla yerinə yetirə bilərdi) çox qəti bir hərəkata əl atıb müxalifət bayrağı ucaldaraq inqilabi bir hadisə yaratmalıydı ki, bu inqilabın da davamlı və nəticəli olması üçün lazımi şəraitin olmaması məcbur edirdi ki İmam (əleyhissəlam) mübarizədən çəkinsin və meydanı Bəni–Üməyyə üçün azad qoysun. Ya da səthi etirazı, gözəl və ölçüb-biçilmiş tədbirlə cilovlamalı, ilk növbədə öz böyük işinin müqəddiməsini hazırlamalı yolgöstərici bir fikir və həmçinin, əsas işə başlamaq üçün yaxşı kadrlar (İslam həyatının işini təzələmək İslam cəmiyyətini və İslam nizam-intizamını yenidən qurmaq kimi işləri) hazırlamalıydı. O, Həzrət həmçinin, qısa bir vaxtda özünün və etibar etdiyi azsaylı dostlarının canını təhlükədən qorumalı düşmən qarşısında meydandan çəkilməməliydi. Öz həyatı boyu o Həzrət, Bəni–Üməyyə hakimiyyətinin axtarıcı və qorxu yaradan gözündən gizlində qalmalı, bu cəbhədə (yaxşı insanlar tərbiyə etmək və yolgöstərən bir fikir öyrətmək cəbhəsində) amansız ancaq gizli mübarizəyə məşğul olmalı sonra da şübhəsiz ki məqsədə yaxın olan bu yolu davam etdirərək özündən sonrakı İmama çatdırmalıydı. Məlumdur ki birinci yol fədailər yoludur. Ancaq məsləki uğrunda mübarizə aparan bir rəhbər özü də elə bir rəhbər ki onun işinin təsir şüası nə təkcə öz dövrü ilə məhdudlaşır hətta bütün tarixi əhatə edir və belə bir rəhbərin təkcə fədai olması kifayət etmir. O eyni zamanda hövsələli dözümlü uzaqgörən gələcəyi fikirləşən və tədbirli də olmalıdır. Bu şəraitin yığılıb toplanması ikinci yolu İmam Səccad (əleyhissəlam) üçün labüd edir.(Doğru rəhbər, səh.24.)
Mədinə əhalisinin qiyamı
İmam Səccad əleyhissəlamın Mədinə qiyamçılarına qoşulmamasını da məhz bu cəhətdən araşdırmalıyıq. Mədinə qiyamı hicrətin altımış üçüncü (ya da altımış ikinci) ilində baş verib. Bu qiyam tarixdə Hirrə faciəsi(Hirrə - səthi vulkan daşları ilə örtülmüş yerə deyilir. Mədinə şəhərinin ətrafı belə xüsusiyyətə malik olduğuna və Şam qoşunu Mədinəyə bu yol ilə nüfuz etdiyinə görə bu döyüş "Hirrə” döyüşü adı ilə tanınmışdır.) adı ilə tanınmışdır. Bu hadisə İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra müxtəlif yerlərdə Yezidin hakimiyyətinə qarşı camaatda nifrət oyanmasına səbəb oldu. Peyğəmbər ailəsinin qohum-əqrəbasının səhabə və tabeinlərin(Tabein Peyğəmbəri görməyib, lakin Peyğəmbəri görən səhabələri görmüş şəxsə deyilir.)mərkəzi olan Mədinə şəhəri də cuşa gəlmişdi. Təkəbbür nadanlıq və təcrübəsizlikdə Yeziddən heç də geri qalmayan Mədinə hakimi Osman ibn Məhəmməd ibn Əbu Süfyan, Yezidin göstərişi ilə(Ənsabül-əşraf, c.4, səh.31.) Mədinə şəhərinin böyüklərini əhali tərəfindən gənc xəlifə Yezidi yaxından görüb onun mərhəmətindən bəhrələnmək və Mədinəyə qayıtdıqdan sonra camaatı onun hökumətinə tabe olmağa çağırmaq üçün Dəməşqə göndərdi. Yezidin görüşünə gedən Osmanın nümayəndə heyəti Münzir ibn Zübeyr ibn Əvam Übeydullah ibn Əbu Əmr Məxzumi və Abdullah ibn Hənzələ Qəsilül-məlaikə və Mədinənin bir neçə başqa adlı-sanlı adamlarından ibarət idi. Yezid nə İslami ədəb-ərkana malik olmadığından və nə də heç olmasa özünün nümayəndə heyətinin yanında ədəbli göstərməyi və ona tövsiyə edən bir müşaviri olmadığından, İslamın zahiri qayda-qanunlarına əməl etmədən nümayəndə heyətinin yanında da şərab içməklə it oynatmaqla eyş-işrətlə və cürbəcür çirkin işlərlə məşğul olmağa başladı. Ancaq nümayəndə heyətini öz sarayında çox təntənəli şəkildə qarşıladı onlara çox hörmətlə yanaşdı və onların hər birinə müxtəlif hədiyyələr və qiyməti əlli, yüz min dinara çatan bahalı xələtlər bağışladı. O belə güman edirdi ki, nümayəndə heyəti Dəməşqin yaşıl sarayında bu pulları və bu ziyafəti qəbul etməklə Mədinəyə qayıtdıqdan sonra onu tərifləyəcək. Ancaq bu görüş nəinki onun xeyrinə səbəb olmadı hətta tamamilə əks təsir bağışladı. Nümayəndə heyətinin hamısı Münzir ibn Zübeyr istisna olmaqla (o Bəsrəyə getdi) Mədinəyə qayıdıb camaatın hüzurunda dedi: "Biz elə bir şəxsin yanından gəlirik ki onun dini yoxdur şərab içir musiqi dinləyir it oynadır gözəl səsli qadınlar və xanəndələr onun hüzurunda mahnı oxuyurlar. O bir dəstə oğru və azğın adamlarla gecələr əyləncə ilə məşğul olur. İndi biz sizi şahid tuturuq ki biz onu xəlifəlik məqamından kənarlaşdırırıq.” Hənzələnin oğlu dedi: "Mən elə bir şəxsin yanından qayıdıram ki əgər heç kim də mənə kömək etməsə mən özüm bu bir neçə oğlumu götürüb onunla vuruşmağa gedəcəyəm. O mənə hədiyyə verib mənimlə hörmətlə rəftar etdi ancaq mən onun hədiyyəsini yalnız ondan döyüşdə istifadə etmək üçün qəbul etdim.”
Bu hadisədən sonra Mədinə camaatı Abdullah ibn Hənzələyə beyət edib Mədinə hakimini və eləcə də, bütün Bəni–Üməyyə tərəfdarlarını şəhərdən qovdular. Bu xəbər Yezidə çatan kimi o Bəni–Üməyyə hökumətinin yaxınlarından biri olan Müslim ibn Üqbə adlı yaşlı bir kişini Mədinə qiyamını yatırtmaq üçün böyük bir ordu ilə Mədinəyə göndərərək ona dedi: "Onlara üç gün möhlət ver. Əgər təslim olmasalar onlarla vuruş. Elə ki, qalib gəldin üç gün müddətində onların nəyi varsa - mal-dövlət heyvanat silah yemək-içmək - hamısını əsgərlərin ixtiyarına burax.”
Şam ordusu Mədinəyə hücum etdi. İki tərəf arasında qanlı döyüş baş verdi. Nəhayət qiyamçılar məğlub oldular və qiyama başçılıq edənlər öldürüldülər. Müslim üç gün müddətində əhalinin kütləvi soyqırımı və şəhəri qarət etmək əmrini verdi. Şam ordusu bu üç gün müddətində elə cinayətlər törətdi ki qələm onları yazmaqdan həya edir. Müslimi törətdiyi bu cinayətlərə görə Müsrif(İsrafkar, çox israf edən. Ənsabül-əşraf, səh.30-46.) adlandırdılar.
Qırğın və qarət başa çatdıqdan sonra Müslim camaatdan Yezidin qulu kimi beyət aldı.(Əl-Kamilu fit-tarix, c.4, səh.102-103.)
Abdullah ibn Zübeyrin rolu
Abdullah ibn Zübeyr zahirən islahedici və mal-dövlət düşgünü idi. O hicrətin altımışıncı ili İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəlməzdən bir az qabaq Məkkəyə gəlib orada yaşamağa başlamışdı. Ancaq İmam Hüseyn (əleyhissəlam) Məkkədə olan müddətdə o meydandan çıxmış və camaatın nəzərindən uzaqlaşmışdı. İmam Hüseyn (əleyhissəlam) şəhid olduqdan sonra meydan onun üçün boşaldı və Yezidə qarşı müxalifətçilik edib özünü xəlifə adlandırdı.
Abdullahın Əli əleyhissəlamın ailəsi ilə arası bir o qədər də, yaxşı deyildi. Onun Cəməl döyüşünü törətməkdə böyük rolu olmuşdur. O Məkkədə olduğu müddətdə xütbələrin əvvəlində Peyğəmbərə salam göndərməyi qadağan etmişdi. Bunun səbəbini ondan soruşduqda, belə demişdi: "Peyğəmbərin bəzi pis qohumları var. Peyğəmbərin adı gələn kimi onlar başlarını yuxarı tuturlar (təkəbbür edirlər).”(Tarixi-Yəqubi, c.3, səh.8.)Elə bu işlərinə görə də İmam Səccad (əleyhissəlam) onun fitnə-fəsadından nigarançılıq keçirirdi.(Kəşfül-qəmmə fi mərifətil-əimmə, c.2, səh.299.) Bəzi tarixçilərin yazdığına görə Mədinə camaatının qiyamında Abdullah ibn Zübeyrin böyük rolu olmuşdur. O İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra iraqlıları danlayıb deyirdi ki siz İmam əleyhissəlamı dəvət etdiniz sonra isə ona kömək etmədiniz. Abdullah Yezidi də bərk pisləyir onu şərabxor itbaz azğın adlandırır və camaatı onu xəlifəlikdən salmağa çağırırdı.(Kəşfül-qəmmə fi mərifətil-əimmə, c.2, səh.299.) Tarixçilər həmçinin, qeyd edirlər ki Mədinə hakimi və Bəni-Üməyyə tərəfdarlarının Mədinədən qovulması da, Abdullahın razılığı ilə olmuşdur.(Mürucuz-zəhəb, səh.69.)
Nə üçün İmam Səccad (əleyhissəlam) Mədinə qiyamçıları ilə həmkarlıq etmədi?
İndi isə İmam Səccad əleyhissəlamın Mədinə qiyamçıları ilə həmkarlıq etməməsinin səbəblərini araşdıraq. İmam Səccad əleyhissəlamın qiyamçılarla həmkarlıq etməməsinin səbəblərini belə xülasə etmək olar:
Vəziyyəti araşdırmaqla və İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra meydana gəlmiş dəhşətli represiyanı nəzərə almaqla İmam Səccad (əleyhissəlam) Mədinə qiyamının məğlubiyyətini təxmin etmişdi. İmam fikirləşirdi ki əgər bu qiyama qoşulsa nə təkcə qalib gəlməyəcək hətta özü və dostları da, öldürüləcəklər. Axırda da heç bir nəticə olmadan şiənin qalan qüvvəsi də itib batacaq.
Abdullah ibn Zübeyrin keçmiş fəaliyyətlərini və eləcə də, onun qiyamçılar arasındakı nüfuzunu nəzərə almaqla başa düşmək olar ki bu hərəkat əsl şiə hərəkatı ola bilməzdi. İmam Səccad (əleyhissəlam) istəmirdi ki hakimiyyət arzusunda olan Abdullah ibn Zübeyr kimi bir şəxs onu qələbə üçün vasitə qərar versin.
Yuxarıda qeyd etdik ki qiyamçılar Abdullah ibn Hənzələni özlərinə rəhbər təyin etdilər. Bu işdə onlar İmamın rəyini də, heç nəzərə almadılar. Düzdür qiyamın başçıları yaxşı və pak adamlar idilər və onların Yezidin hakimiyyətinə qarşı çıxışları tamamilə düzgün idi ancaq məlum olur ki bu qiyam təmiz şiə hərəkatı olmamış və qələbə çaldığı təqdirdə şiələrin xeyrinə nəticələnəcəyi məlum deyildi. Sanki bu səbəbləri nəzərə alaraq İmam Səccad (əleyhissəlam) əvvəldən qiyamçılara qoşulmadı. Bu məsələ bir tərəfdən digər tərəfdən də, Kərbəla hadisəsinin ümumi fikirlərdəki nəticəsinin Yezidə baha başa gəldiyi üçün o (Yezid) Müslim ibn Üqbəyə tapşırdı ki İmam Səccad (əleyhissəlam) ilə heç bir işi olmasın.
Pənah gətirmişlərin aman yeri
Bəni-Üməyyə və tərəfdarlarını Mədinədən qovarkən Mərvan İmam Səccad əleyhissəlamdan xahiş etdi ki onun həyat yoldaşı və ailəsi İmamın evində qalsın. İmam Səccad (əleyhissəlam) öz mərhəməti ilə bu xahişi qəbul etdi. Buna görə də, Mədinənin üç gün qarət altında qaldığı müddətdə İmam Səccad əleyhissəlamın evi pənah gətirmişlər üçün yaxşı aman yeri olmuşdu. Dörd yüz qadın öz oğul-uşaqları ilə birlikdə İmamın evində qalmış İmam Səccad (əleyhissəlam) da çaxnaşma qurtarana qədər onları evində saxlamışdır.
Müslim ibn Üqbə qarət başa çatdıqdan sonra İmam Səccad əleyhissəlamı yanına dəvət etdi. İmam Səccad (əleyhissəlam) onun yanına gəldikdə, Müslim onu öz yanında oturtmuş onunla hörmətlə rəftar etmiş sonra da evə qayıtmasına razılıq vermişdir.(Kəşfül-ğümməti fi mərifətil əimmə, səh.319.)
İmam Səccad əleyhissəlamın dövrün zülm və fəsadlarına qarşı mübarizə üsulları
Bəli İmam Səccad (əleyhissəlam) ikinci yolu seçməklə bir sıra təbliği tərbiyəvi və irşadi fəaliyyətləri hökumətin heç xəbəri də olmadan həyata keçirməklə qeyri-müstəqil mübarizələrə başladı. Bu fəaliyyətlərin ən mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar:
1. Aşura xatirəsini əbədi saxlamaq
İmam Hüseyn əleyhissəlamın və onun sadiq dostlarının şəhadəti ümumi fikirlərdə Bəni-Üməyyəyə baha başa gəldiyindən və bu işin şəriliyini sual altına aldığından bu faciəni əbədi yaşatmaq üçün İmam Səccad (əleyhissəlam) öz mənfi mübarizəsini şəhidlərə ağlamaqla davam etdirirdi. Şübhə yoxdur ki bu yandırıcı göz yaşlarının və ürəkyandıran ağlamaqların bir məhəbbət kökü vardır. Çünki Kərbəla faciəsinin müsibəti o qədər böyük və ürəkağrıdan idi ki o faciəni öz gözləri ilə görən şəxslər nə qədər ki, sağ idilər onu yaddan çıxarmazdılar. Ancaq şübhəsiz ki İmam Səccad əleyhissəlamın bu hadisəyə münasibətinin bir siyasi təsir və nəticəsi var idi. Aşura hadisəsinin tez-tez təkrarlanması Əməvi hökumətinin zülmlərini yaddan çıxmağa qoymurdu. İmam Səccad (əleyhissəlam) su içmək istəyərkən gözü suya sataşdıqda, gözlərindən yaş süzülməyə başlayırdı. Bunun səbəbini soruşanda, buyurardı: "(Yezidin adamları) suyu vəhşi və yırtıcı heyvanlar üçün azad qoyub atamın üzünə bağladıqları (və onu susuz qoyduqları) bir halda, mən necə ağlamayım?” İmam Səccad (əleyhissəlam) buyurardı: "Fatimənin (əleyhassəlam) balalarının ölümü yadıma düşərkən qəhər məni boğur.”
Bir gün İmam Səccad əleyhissəlamın xadimi deyir: "Sizin qəm-qüssəniz qurtarmaq bilmir?” İmam Səccad (əleyhissəlam) buyurdu: "Vay olsun sənə! On iki oğlundan biri itmiş Yəqub Peyğəmbər öz oğlunun ayrılığına o qədər ağladı ki gözləri kor oldu qəm-qüssənin çoxluğundan beli büküldü. Halbuki, oğlu sağ idi. (Onu tapacağından hələ tam ümidini kəsməmişdi.) Ancaq mən bədənləri bir-birinin yanında yerə düşmüş atamın qardaşımın əmimin və on yeddi nəfər qohum-əqrəbamın öldürülməsini öz gözlərimlə gördüm. Bu halda heç mənim qəm-qüssəm qurtararmı?”(Biharül-ənvar, c.46, səh.108. Əl-bidayətu vən-nihayə, c.9, səh107.)
Misirin adlı-sanlı adamlarından biri olan Səhl ibn Şüeyb deyir: "Bir gün İmam Səccad əleyhissəlamın hüzuruna gedib dedim: "Kefiniz necədir?” Buyurdu: "Mən bilməzdim ki Misirdən olan sizin kimi böyük bir şəxs mənim halımın necəliyini bilməsin? İndi ki bizim halımızı bilmirsən sənin üçün izah edərəm. Bizim öz tayfamız arasında vəziyyətimiz Bəni-İsrailin oğullarını öldürüb qızlarını diri saxlayan fironların arasındakı vəziyyətə bənzəyir. Bu gün bizim vəziyyətimiz o qədər ağır və çıxılmazdır ki camaat minbər başında oturub bizim əzizimizi söyərək düşmənlərimizlə dostluq edirlər.”(Ət-Təbəqatül-kübra, c.5, səh.220.)
2. Ümmətə nəsihət
İmam Səccad (əleyhissəlam) diktatura mühitində yaşadığı üçün öz fikirlərini camaata açıq-aşkar deyə bilmirdi. Buna görə də, moizə yolundan istifadə edirdi. O Həzrət camaatı moizə yolu ilə düzgün İslami fikirlərlə tanış edir zaman keçdikcə zalım hakimlərin təbliğləri nəticəsində unudulmuş yaxud təhrif edilmiş İslami fikirləri əvvəlki və əsl halına qaytarır və camaatı bacardığı qədər İslam təlimləri ilə tanış edirdi. Bu moizələri araşdırdıqda görürük ki İmam Səccad (əleyhissəlam) çox hikmətli yolla və zirəkcəsinə camaata moizə və nəsihət etməklə yanaşı, onlara demək istədiyi şeyi də çatdırırdı. Bu da o dövrdə əsl İslami fikirləri camaata çatdırmağın ən gözəl yolu idi. Çünki bu məsələlər siyasi nəticə daşımasına və hakimiyyət əleyhinə olduğuna baxmayaraq hakimiyyətin nəzərini qətiyyən özünə cəlb etmirdi. İmam eyni zamanda "İmamət” məsələsinin həqiqətini yəni İslam hökumətinin məsum İmam tərəfindən idarə edilməsini açıqlayır və camaatı o dövrün gündəlik məsələlərindən münafiq fasiq zalım və kafirlərin zor gücünə hakimiyyət başına gəldiklərindən xəbərdar edirdi. Camaata başa salırdı ki Əbdülməlik kimi adamın hakimiyyəti İslam istəyən hakimiyyət deyil. Bu mövzunun əhəmiyyəti onda idi ki nə qədər ki, camaat bu məsələdən xəbərdar olmayıb zaman keçdikcə beyinlərində yaranmış kələkbazlıqlara inam və süstlük aradan getməyibsə, hazırkı vəziyyəti dəyişib əsl İslam istəyən hökuməti yaratmaq mümkün deyildi.
Qeyd etdiyimiz bu məsələlərə ən yaxşı şahid ola bilən İmam Səccad əleyhissəlamın çıxışlarından biri o Həzrətin Peyğəmbərin müqəddəs məzarı kənarında öz səhabələri üçün buyurduğu xütbədir. Tarixçilər yekdilliklə qeyd edirlər ki İmam Səccad (əleyhissəlam) hər cümə günü bu xütbəni buyurarmış. İndi həmin xütbənin bəzi hissələrini oxucuların nəzərinə çatdırırıq:
"Camaat təqvalı olun və bilin ki Allahın hüzuruna qayıdacaqsınız. O gün (Qiyamət günü) hər kəs öz gördüyü əməllərin istər yaxşı istərsə də pis öz yanında hazır olduğunu görüb pis əməlləri ilə öz arasında uzaq məsafə olmasını arzulayacaq... Qəbirdə Nəkir və Münkirin ilk soruşacağı şey ibadət etdiyin Allah sənin üçün göndərilmiş Peyğəmbər itaət etdiyin din qəbul etdiyin İmam olacaqdır.”(Tühəfül-üqul, səh.249.)
Bu xütbədə bir neçə şey diqqəti cəlb edir:
Bu xütbənin hər cümə günü təkrar olunması onun əhəmiyyətini və İmamın bu məsələyə münasibətini bildirir.
İmamın öz sözünə "camaat” ifadəsi ilə başlamasından məlum olur ki bu xütbədə İmam Səccad (əleyhissəlam) təkcə şiələrə və xüsusi dostlarına deyil bütün insanlara xitab edir.
İmam söhbəti əsnasında istər aşkara istərsə də işarə ilə Quranın müxtəlif ayələrinə istinad və istidlal etmişdir. Bunun da səbəbi odur ki burada İmamın tərəf müqabili ümumi camaat olmuş ümumi camaatın hamısı da o Həzrətə İmam gözü ilə baxmamışdır. Buna görə də, İmam (əleyhissəlam) öz sözlərini sübuta yetirmək üçün Quran ayələrindən istifadə etmişdir. Ancaq İmamın tərəf müqabili təkcə şiələr olanda, o Həzrət öz sözlərini sübut etmək üçün Quran ayələrinə istinad etməyə ehtiyac duymurdu.(İmam Səccad əleyhissəlamın həyatı barədə araşdırma, səh.36-38.)
Tələbələr yetişdirmək
İmam Səccad əleyhissəlamın bəyanatlarından başqa bir nümunəsi, o Həzrətin ən yaxşı və ən yaxın dostlarından olan Əbu Həmzə Sumalinin rəvayət etdiyi moizədir. Bu moizə nisbətən genişdir. Onun mətnindən məlum olur ki İmam (əleyhissəlam) onu şiələrin və xüsusi dostlarının yanında söyləmişdir. İmam moizdə buyurur:"Allah biz və sizi zalımların hiyləsindən paxılların zülmündən və yağıların zorakılığındın qorusun! Ey möminlər! Dünya dalınca olan ürəklərini dünyaya bağlayan dünyaya qəlbən bağlanan onun dəyərsiz və gəlib-gedər nemətlərinə aldanan şeytanlar sizi aldatmasın... Canıma and olsun, keçmiş günlərdə bir sıra hadisələri arxada qoydunuz və fitnə-fəsaddan uzaq oldunuz. Daima azğın və bidətçilərdən uzaqlaşırdınız. İndi də, Allahdan kömək istəyin və Allaha indiki hakimlərdən ləyaqətli olan Allah hüccətinə tərəf qayıdın.
...Allahın qanununu Allah itaətlərini vacib edən şəxslərə (İmamlardan) itaət etməyi hər şeydən üstün tutun. Dünyaya aldanıb ona aşiq olan şeytanların itaətini heç vaxt Allah və İlahi hüccətlərin itaətindən üstün tutmayın... Günahkar və azğın adamlarla oturub-durmayın zalımlarla həmkarlıq etməyin fasiqlərlə əlaqədə olmayın və onların fitnə-fəsadından uzaq olun. Onlardan uzaqlaşın və bilin ki Allah övliyaları ilə müxalifətçilik edən Allahın dinindən başqa dinə itaət edən və İlahi hüccətlərə qarşı özbaşınalıq edən şəxs Cəhənnəmdə şölələnmiş alovla üzləşməli olacaq...” (Tühəfül-üqul, səh.252.)

Ümmətin əxlaqının tənəzzülə uğraması
Əbdülməlik və oğlu Vəlidin hakimiyyəti dövründə camaatın əxlaqi səviyyəsinin tənəzzülə uğramasını və İslam təlim-tərbiyəsinin kölgədə qalmasını nəzərə aldıqda, İmam Səccad əleyhissəlamın bu nəsihət və moizələrinin əhəmiyyətini görərik.
Məlumdur ki təxminən hicrətin otuzuncu ilindən (Osmanın hakimiyyət dövrünün ikinci yarısından) başlayaraq cəmiyyət arasında iqtisadi pozğunluq və əxlaq səviyyəsinin tənəzzülü genişlənməyə başlamış dövlət xəzinəsindən çoxlu gəliri olan Qüreyş əyan-əşrafı dövrün hakimlərinin bəxşişlərindən istifadə edərək mal-dövlət yığmağa başlamışdılar. Beləliklə də, İslam cəmiyyətində rifahtələblik və sərvət yığımı adət oldu. Varlılar çoxlu mal-qara arpa-buğda toplayıb çoxlu qulam nökər və kənizlər xüsusilə də, gözəlsəsli xanəndə və məclisi zinətləndirən kənizlər xalqın digər təbəqələri arasında da yayıldı. Bu əxlaqi tənəzzül Yezidin hakimiyyəti dövründə öz kuliminasiya nöqtəsinə çatdı. Belə ki müqəddəs şəhərlər sayılan Məkkə və Mədinə də bu əxlaqi tənəzzüldən geri qalmadı. Məsudi yazır: "Yezidin pozğunçuluğu onun hakimlərinə və ətrafındakılara da keçdi. Onun dövründə Məkkə və Mədinədə oxuyub-çalmaq meydana çıxdı kef məclisləri quruldu və camaat açıq-açığına şərab içməyə başladılar.”(Mürucuz-zəhəb, c.3, səh.67.) Bu vəziyyət Əbdülməlikin dövründə də davam etdi. Belə ki Şövqi Dayf Məkkə və Mədinə şəhərlərində rifah və əyan-əşraflığın geniş yayılmasını qeyd etdikdən sonra əlavə edir: "Sanki Hicazın bu iki böyük şəhərini xanəndələr üçün yaratmışlar. İş o yerə çatmışdı ki nə təkcə adi və avam adamlar hətta zahid və alimlər də xanəndələrin məclisinə tələsirdilər.”(Tarixül-ədəbil-ərəbi, c.2, səh.347.)
Qazı Əbu Yusif Mədinənin bəzi əhalisinə deyirdi: "Ey Mədinə camaatı! Sizin işiniz bu cür xanəndəliklərlə çox təəccüblüdür. Çünki sizdən heç kim istər hörmətlisi istərsə də qeyri-hörmətlisi bundan çəkinmir.”(Əl-Əqdül-fərid, c.6, səh.11.) Mədinə şəhərinin mühiti elə olmuşdu ki nə alimlər musiqini qadağan edirdilər nə də abidlər onun qarşısını alırdılar.(Əl-Əğani, c.8, səh.225.)
Bir gün Dəhman adlı bir müğənni bir nəfər mədinəli ilə bir iraqlı arasında olan mübahisədə Mədinə qazısı Əbdüləziz Məxzuminin yanına gəlib mədinəlinin xeyrinə şahid durdu. Qazı onu adil şəxs kimi tanıyıb şahidliyini qəbul etdi. İraqlı şəxs qazıya dedi: "Bu ki Dəhmandır!” Əbdüləziz dedi: "Tanıyıram tanımasaydım kim olduğunu soruşardım.” İraqlı şəxs dedi: "O xanəndədir mahnı ilə məşğul olur və kənizlərə mahnı öyrədir!” Qazı dedi: "Allah məni və sizi bağışlasın bizdən hansı birimiz mahnı əhli deyilik? Get kişinin haqqını ver.”(Əl-Əğani, c.6, səh.21)
Mədinədə rəqs və mahnı məclisləri qadınlarla kişilər arasında heç bir pərdə olmadan qarışıq şəkildə qurulurdu.(İmam Səccad əleyhissəlamın həyatı, c.2, səh.410.)
Təlhənin qızı Aişə kişili-arvadlı musiqi məclisləri təşkil edir və orada İzzətül-meyla adlı müğənni mahnı oxuyardı.(İmam Səccad əleyhissəlamın həyatı, c.2, səh.411.)
İş o yerə çatmışdı ki o dövrün ən tanınmış xanəndələrindən olan Cəmilə adlı bir qadın Məkkəyə səfər edərkən yol boyu onu qarşılamağa o qədər adam çıxmışdı ki heç bir müfti alim hədisçi təfsirçi qazı və zahidi qarşılamağa o qədər adam çıxmazdı. Bu səfərin dastanını belə yazırlar: "Cəmilə həcc ziyarəti məqsədi ilə Məkkəyə hərəkət edərkən o dövrün tanınmış kişi xanəndələrindən Həyit Tüvyes Dəllal Bərdulfuad Nəvmətuz-zuha Rəfnəd Rəhmət Hibətullah Mubid Malik ibn Aişə Nafi ibn Tunburə Budeyhulməlih və Nafiul-xeyr (bəziləri onların sayını otuz nəfər qeyd etmişlər) xanəndə qadınlardan isə Fərihə İzzətül-meyla Həbbabə Səllamə Hulidə Uqilə Şummasiyə Firə Bülbülə Ləzzətül-eyş Suidə və Zərqa onu müşaiyət etmişlər. Cəmilənin karvanı Məkkəyə yaxınlaşdıqda, onları bir dəstə Məkkə əyan-əşrafı və başqa adamlar böyük sevinc içərisində qarşıladılar. Mədinəyə qayıtdıqda da, şəhər əhalisi tərəfindən qarşılandı. Bu vaxt elə hay-küy düşmüşdü ki Mədinə camaatı qapılarının ağzında dayanıb bu hadisəyə tamaşa edirdi.(Əl-Əğani, c.8, səh. 208-210.)
Bu dastan o dövrün Mədinə əhalisi arasında əxlaq tənəzzülünün bir hissəsinin göstəricisidir. Bu səfər zamanı Cəmiləni müşayiət etmiş şəxslər öz dövrlərinin məşhur müğənnilərindən olub bütün aləmə səs salmışdılar. İndi təsəvvür etsək ki onların hər birinin bir neçə şagirdi olmuş və eləcə də, bəzi xanəndə və rəqqasələrin Cəmiləni müşayiət etməyib şəhərdə qalma ehtimalını inkar etməsək elə bir rəqəm alınacaq ki ona inanmaq adama bir az çətin gəlir. Müsəlmanların qibləgahı və İslam hökumətinin təsisçisi olan şəhərdə vəziyyət belə olarsa Dəməşq Bəsrə və digər böyük şəhərlərin vəziyyətinin necə olduğunu təxmin etmək olar.(İmam Səccad əleyhissəlamın həyatı.)
Əhkamı bəyan etməyin və əsl İslam mədəniyyətini yaymağın labüdlüyü
Bu acınacaqlı vəziyyətlə yanaşı camaatın İslam təlim-tərbiyəsindən xəbərsiz olduğunu və bidətlərin yayılmasını nəzərə aldıqda, faciənin böyüklüyü daha da aydın olur. Bu zaman yaxşı başa düşəcəyik ki İmam Səccad (əleyhissəlam) cəmiyyətin bu dərdini başa düşmüş və onları nəsihət və moizə yolu ilə oyadırdı. İndi isə sizin diqqətinizi İslam təlim-tərbiyəsinin kənarda qalmasına və camaatın İslami vəzifələrdən xəbərsiz qalıb bidətlərlə ünsiyyətdə olmasına dair nümunələrə cəlb edirik:
Bəzi alimlərin dediyinə görə İmam Səccad əleyhissəlamın dövründə Bəni-Haşimdə elə şəxslər var idi ki namaz qılmağın həcc ziyarətinin əməllərini bilmirdilər. Ümumiyyətlə, şiələr dini əhkam sahəsində ancaq onun-bunun ağzından eşitdiklərini bilirdilər.(Dərasatun və bühusun fit-tarixi vəl-İslam, c.1, səh.56.)
İslamın əsası olan hər müsəlmana gecə-gündüz qılınması beş dəfə vacib olan namaz kimi bir əməlin bu sahədə hamıdan çox bilməsi lazım olan Bəni-Haşim qəbiləsi bu vəziyyətdə idisə, indi gör başqa şəhər və məntəqələrin adi müsəlmanlarının dini agahlığı nə dərəcədə idi.
Tanınmış səhabələrdən olan Ənəs ibn Malik deyirdi: "Peyğəmbər zamanında icra olunan şeylərin heç birindən indi sorağ yoxdur.” Dedilər: "Bəs namaz nədir?” Dedi: "Bəs namazın başına gətirdiyiniz nə idi?”(Züha əl-İslam, c. 1, səh. 365. (Buxari və Tirmizidən nəql edərək))
Hicrətin səksən yeddinci ilində Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə Mədinə hakimi Ömər ibn Əbdüləziz hacıların dəstə rəhbəri kimi həccə getdi ancaq Qurban bayramının qaydasını düzgün yerinə yetirə bilmədi.(Tarixül-xüləfa, səh.224.)
Məhəmməd ibn Müslim ibn Şəhab Zühəri deyir: "Dəməşqdə Ənəs ibn Malikin yanına gedəndə gördük ki tək oturub ağlayır. Ağlamasının səbəbini soruşduqda, dedi: "İslam qayda-qanunlarından öyrəndiklərimdən təkcə bu namaz qalıbdır onu da zay ediblər.”
Ənəs ibn Malikin dövründən bir az sonra Həsən Bəsri deyirdi: "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) sizin aranıza qayıtsa sizə öyrətdiyi şeylərin içindən qiblənizdən başqa heç bir şeyi tanımayacaq.”(Cameu bəyanil-elmi və fəzlihi (Qurtəbi), c. 2, səh. 200.)
Ümmü Dərda deyir: Bir gün Əbu Dərda evə çox qəzəbli halda gəldi. Ondan soruşdum ki, niyə belə narahatsan? O dedi: Allaha and olsun, Məhəmmədin dinindən bu xalqın arasında namaz qılmaqdan başqa bir şey qalmayıbdır!( 
Əl-etisam (İbrahim Şatibi), c. 1, səh. 26. O, buna oxşar əlavə nümunələr də gətirmişdir.  
)
3. Dua qalibində maarifin bəyanı
İmam Səccad əleyhissəlamın təbliğ və mübarizə metodlarından biri də İslam maarifini dua şəklində bəyan etmək idi. Bildiyimiz kimi dua insanla Allah arasında çox mühüm və tərbiyəvi təsir bağışlayan bir vasitədir. Bu baxımdan duanın İslam nöqteyi-nəzərindən xüsusi yeri vardır. Peyğəmbər (səlləllahu əleyhi və alih) və məsum İmamlardan bizə yetişmiş duaları bir yerə yığsaq böyük bir toplu (dua ensiklopediyası) əmələ gələr. Bu dualar böyük tərbiyə məktəbi olub insanın ruhi qidasında böyük rol oynayır.
Səhifeyi-Səccadiyyə
İmam Səccad əleyhissəlamın dövrü dikdatura mühitinə təsadüf etdiyi üçün o Həzrət öz fikir və məqsədlərinin çoxunu dua və münacat şəklində camaata çatdırırdı. İmam Səccad əleyhissəlamın dualar toplusu Səhifeyi-Səccadiyyə adlanır. Bu kitab Quran və Nəhcül-bəlağədən sonra ən böyük və ən mühüm İlahi maarif xəzinəsi sayılır. Belə ki hələ qədim dövrlərdən bizim görkəmli alimlərimiz ona "Uxtul-Quran”(Əz-Zəriətu ila təsanifiş-şiə, c.15,səh.18.) (Quranın bacısı) "İncilu-Əhli-beyt” (Əhli-beytin İncili) və "Zəburi-Ali-Məhəmməd (s)” (Məhəmməd (s) ailəsinin Zəburu) ləqəblərini vermişlər.(Riyazus-salikin, səh.4-5.)
Səhifeyi-Səccadiyyə təkcə Allahın dərgahına dua etmək və hacət istəməkdən ibarət deyil. Bu kitab eyni zamanda islami elmlər və maarif dəryasıdır. Onun içində əqidəvi mədəni ictimai siyasi və bir sıra təbiət və şəriət qayda-qanunları vardır ki dua şəklində bəyan olunmuşdur. Hicri-qəməri tarixi ilə 1353-cü ildə (altımış yeddi il bundan qabaq) mərcəi-təqlid mərhum Ayətullah əl-üzma Mərəşi Nəcəfi "Səhifeyi-Səccadiyyə”nin bir nüsxəsini özünün müasiri olan "Təntavi” təfsirinin müəllifi və İskəndəriyyə müftisinə hədiyyə göndərir. İskəndəriyyə müftisi bu qiymətli hədiyyəni aldıqdan sonra buna görə çoxlu təşəkkür etmiş və Ayətullah əl-üzma Mərəşi Nəcəfinin cavabında yazmışdı: "Bu bizim bədbəxtliyimizdəndir ki bu vaxta qədər nübüvvət irsindən olan belə bir əbədi və qiymətli əsərdən xəbərsiz qalmışıq. Mən nə qədər ona baxıram onu bəşər kəlamından üstün Tanrı kəlamından isə aşağı görürəm.”( 
Səhifeyi-Səccadiyyənin tərcüməsi (Mütərcim: Seyyid Sədrəddin Sədr Bəlaği, Müqəddimə, səh.37)  
)
Səhifeyi-Səccadiyyənin misilsiz etibar və əhəmiyyətinə görə İslam tarixi boyu ona ərəb və fars dillərində çoxlu şərh yazılmışdır.
Mərhum Şeyx Ağabüzürg Tehrani çox qiymətli "Əz-Zəriətu ila təsanifiş-şiə” kitabında Səhifeyi-Səccadiyyəyə yazılmış əlli şərhin (tərcümələrdən başqa) adını çəkmişdir.(Əz-Zəriətu ila təsanifiş-şiə, c.13, səh.345-359.) Bu şərhlərdən əlavə, keçmiş və müasir alimlərin bir dəstəsi bu kitabı dəfələrlə ayrı-ayrılıqda tərcümə etmiş və onların bir çoxu son illərdə nəşr edilmişdir.
Səhifeyi-Səccadiyyə əlli dörd duadan ibarətdir. Onların mündəricatı aşağıdakı şəkildədir:
1. Allaha sitayiş;
2. Məhəmməd (səlləllahu əleyhi və alih) və onun ailəsinə salam;
3. Asimanı daşıyan mələklərə salam;
4. Peyğəmbərlərin ardıcılları üçün rəhmət istəmək;
5. İmam Səccad əleyhissəlamın özü və dostları üçün duası;
6. Səhər və axşam vaxtı dua;
7. O Həzrətin çətinliklər mühüm hadisələr və qəm-qüssə vaxtında oxuduğu dua;
8. Pis və bəyənilməz işlərdə Allaha pənah aparmaq barədə dua;
9. Bağışlanmaq üçün dua;
10. Allah dərgahına pənah aparmaq üçün dua;
11. Aqibətin yaxşı nəticələnməsi üçün dua;
12. Günahlara etiraf və tövbə etmək üçün dua;
13. Hacətlərin istənilməsi üçün dua;
14. Zalımlardan şikayət zülm olunan zaman yaxud zalımlardan xoşuna gəlmədiyi iş gördüyü zaman oxuduğu dua;
15. Xəstəlik çətinlik və kədər irəli çıxan zaman oxuduğu dua;
16. Günah və eyblərin bağışlanması üçün dua;
17. Şeytan şərrini dəf etmək və onun hiylə və düşmənçiliyindən Allaha pənah aparmaq üçün dua;
18. Xətər sovuşduqdan və hacətin tez qəbul olmasından sonra oxuduğu dua;
19. Quraqlıq vaxtı yağış yağması üçün oxunan dua;
20. Gözəl və bəyənilmiş əxlaq üçün oxunan dua
21. Qəm-qüssə vaxtı oxunan dua;
22. Çətinlik və müşkülat zamanı oxunan dua;
23. Sağlamlıq (təmizlik) istəmək və onun üçün şükr etmək barədə dua;
24. O Həzrətin ata-anası üçün duası;
25. Öz övladları barədə dua;
26. Qonşu və dostları barədə dua;
27. İslam ölkəsinin sərhədçiləri üçün dua;
28. Allaha pənah aparmaq barədə dua;
29. Ruzinin azaldığı zaman oxunan dua;
30. Borcun ödənilməsi üçün Allahdan kömək istəmək barədə dua;
31. Tövbə etmək və tövbə zikri barədə dua;
32. Gecə namazından sonra oxunan dua;
33. Xeyir istəmək barədə dua;
34. Çətinlik zamanı və günah rüsvayçılığına giriftar olmuş şəxsi görərkən oxunan dua;
35. Dünya əhlini görən zaman razılıq etmək üçün dua;
36. Göy gurultusu eşitdikdə bulud və şimşək gördükdə oxunan dua;
37. Allahın nemətlərinin şükrünü yerinə yetirməyin mümkün olmadığını etiraf etmək barədə dua;
38. Bəndələrin hüquqlarını yerinə yetirərkən naqislik olunan zaman oxunan dua;
39. Əfv və rəhmət istəyərkən oxunan dua;
40. Kiminsə ölümündən xəbərdar olduqda yaxud ölümü yad edərkən oxunan dua;
41. Günah qarşısına pərdə çəkilməsini istəmək üçün dua;
42. Quranı xətm edərkən oxunan dua;
43. Təzə çıxmış ayı gördükdə və ona baxarkən oxunan dua;
44. Ramazan ayının əvvəlinin duası;
45. Ramazan ayı ilə vidalaşarkən oxunan dua;
46. Fitr bayramı və cümə günləri oxunan dua;
47. Ərəfə günü oxunan dua;
48. Qurban bayramı və cümə günləri oxunan dua;
49. Düşmənlərin hiyləsini dəf etmək üçün oxunan dua;
50. Allahdan qorxmaq barədə oxunan dua;
51. Ağlamaq və sızıldamaq barədə oxunan dua;
52. Allahdan xahiş etməkdə israr barədə oxunan dua;
53. Allah qarşısında kiçiklik üçün oxunan dua;
54. Qəm-qüssənin çəkilməsi üçün oxunan dua.
Səhifeyi-Səccadiyyənin siyasi cəhətləri
Qeyd etdik ki Səhifeyi-Səccadiyyə təkcə dua münacat və Allahdan hacət istəməkdən ibarət deyil. Eyni zamanda onda siyasi ictimai mədəni və əqidəvi məsələlər də vardır. İmam Səccad (əleyhissəlam) öz duaları əsnasında dəfələrlə siyasi məsələlərə xüsusilə də, İmamət və İslam cəmiyyətinin rəhbərliyi məsələsinə toxunmuşdur. İndi onlardan bəzi nümunələri sizin nəzərinizə çatdırırıq:
1) İmam Səccad (əleyhissəlam) (Məkarimül-əxlaq duasının) iyirminci duasında buyurur: "İlahi Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədə salam göndər mənə mənə əl (qüvvə) ilə zülm edənə qarşı mənimlə dil (sübut dili) ilə mübarizə aparana qarşı mənimlə düşmənçilik və inadkarlıq edənə qarşı mənə qələbə əta et! Mənə qarşı hiylə işlədənə və fırıldaqçılıq edənə qarşı mənə tədbir mənə təzyiq edənə qarşı mənə qüvvə məndə səhv tutan və məni söyənlərə qarşı mənə təkzib qüdrəti və mənə düşmənlərin qorxu təhlükəsi qarşısında əmniyyət əta et...”
İmam Səccad (əleyhissəlam) Əbdülməlikin Hişam ibn İsmayıl Məxzumi (Mədinənin hakimi) kimi nümayəndələrinin zülm inad bədgümanlıq hədə-qorxu və təzyiqlərinə məruz qalmamışdımı? Buna əsasən, İmam Səccad əleyhissəlamın bu duası öz dövrünün hökumətinin zülmlərinə qarşı bir şikayət olmuş və bu baxımdan da siyasi xarakter daşımışdır.
2) İmam Səccad əleyhissəlamın Qurban bayramı günü və eləcə də, hər cümə günləri oxuduğu duada deyilir:"...İlahi bu məqam (Qurban bayramının cümə gününün namazı və xütbələri onun vəzifəsi olan bu hakimiyyət və ümmətin rəhbərlik məqamı) Sənin seçilmiş bəndələrinə və canişinlərinə məxsusdur. Bu rütbələr Sənin onları çox yüksək mərtəbədə qərar verdiyin əmin bəndələrinə məxsus olub ancaq zalımlar (zalım Əməvi xəlifələri) onu güclə qəsb edib ona sahib çıxmışlar... İş o yerə çatıb ki Sənin xəlifələrin (biz İmamlar) məğlub olmuşlar. Onlar Sənin əhkamının dəyişilməsini Sənin kitabının əməl meydanından uzaq düşdüyünü vacib əməllərin təhriflərə məruz qaldığını Peyğəmbər sünnəsinin tərk olunduğunu öz gözləri ilə görürlər.
İlahi Sənin seçilmiş bəndələrinin düşmənlərinə əvvəldən axıra kimi eləcə də onların ardıcılları və onların işlərinə razı olanlara lənət olsun onları Öz rəhmətindən uzaqlaşdır...”
Bu duada İmam Səccad (əleyhissəlam) Peyğəmbər ailəsinə məxsus olan İmamət məsələsindən və onun zalımlar tərəfindən qəsb edilməsindən açıq-aşkar söhbət etmiş bununla da, Bəni-Üməyyə hökumətinin qeyri-şəri hökumət olduğunu bəyan etmişdir.
İmam Səccad (əleyhissəlam) Ərəfə gününün duasında buyurur: "İlahi camaata rəhbərlik etmək və Sənin əmrlərini yerinə yetirmək üçün seçdiyin onları Sənin elm xəzinədarların və dininin gözətçiləri təyin etdiyin Peyğəmbər ailəsinin ən pak adamlarına salam göndər! Sən onları bəndələrə Öz hüccətin təyin edib onları Öz istəyinə əsasən bütün çirkinliklərdən təmiz etdin və onları Səninlə vasitə və Öz Cənnətinin yolu qərar verdin... İlahi Sən hər bir vaxt Öz dinini bir İmam vasitəsi ilə qoruyub saxlamısan O İmamı qeybi əlaqə vasitəsi ilə Özünlə əlaqədə saxladıqdan onu Öz Rizayətinə vasitə qərar verdikdən ona itaət etməyi vacib etdikdən ona asi olmağı nəhy etdikdən onun əmr və qadağalarına itaət etməyi əmr etdikdən hamının ona itaət etməsini vacib bilib heç kəsi onun itaətindən çıxmamasını əmr etdikdən sonra onu bəndələrinə rəhbər və bayraqdar dünyada hidayət məşəli qərar verdin...”
İmam Səccad (əleyhissəlam) bu duada da, Peyğəmbər ailəsindən olan İlahi rəhbər və İmamların xüsusi mövqe və üstünlüklərindən söhbət etmişdir. Bu da şübhəsiz ki dövrün hakimiyyətinin qeyri-şəri olduğunu bildirir.
4. Saray alimləri ilə mübarizə
İmamların həyatının ən maraqlı ən əhəmiyyətli bölmələrindən biri onların öz dövrlərinin İslam cəmiyyəti arasındakı ləyaqətsiz düşüncə və mədəniyyətdən uzaq olan başbilənlər yəni saray fəqihi hədisçi təfsirçi qari və qazıları ilə mübarizələri olmuşdur. Bunlar camaatın fikir və düşüncələrini zalım hakimlərin xeyrinə cəlb edir onları Bəni–Üməyyə və Bəni–Abbas xəlifələrinin cəmiyyətdə təyin etdikləri hakimiyyətə yönəldir onları bu vəziyyətə tabe edərək zalım hakimlərin hakimiyyəti üçün fikri və zehni zəmin yaradırdılar. İmam Səccad əleyhissəlamın siyasi həyatındakı bu cür mübarizələrdən bir nümunəsi o Həzrətin saray hədisçisi olan Məhəmməd ibn Müslimi Zühri (58-124 h.q) ilə mübarizəsidir.
Zühri kimdir?
Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O öz dövründə yaşamış sünni məzhəbinin "yeddi fəqih”(Məhəmməd ibn Sədin qeydlərinə əsasən digər altı fəqih bunlardan ibarətdir: 1. Səid ibn Müsəyyib. 2. Süleyman ibn Yəsar. 3. Əkrəmə (ibn Abbasın azad etdiyi şəxs). 4. Əbu Bəkr ibn Əbdürrəhman. 5. Əta ibn Əli Ribah. 6. Ürvə ibn Zübeyr. "Təbəqatül-kübra”, c. 2, s. 379-387.)indən olub onların biliyini kamil əldə etmiş, on səhabəni görməyə müvəffəq olmuşdur. Belə ki böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şəri məsələlər) rəvayət etmişlər.(Səfinətül-bihar, c.1, səh.573.)
Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: "Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.”(Ət-Təbəqatül-kubra, c.2, səh.388.)Yaxud: "Məkhula dedilər ki indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: "Zühri.” Dedilər: "Ondan sonra?” Dedi: "Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: "Zühri.”(Əl-Bidayətu vən-nihayə.) Bununla belə, Zühri İmam Səccad əleyhissəlamın elm zöhd təqva əzmətinin heyranı o Həzrətin mənəvi məqamının vurğunu idi. Zühri deyirdi: "Qüreyşdə Əli ibn Hüseyn əleyhissəlamdan (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: "Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.)(Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.159) Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi.(Kəşfül-ğümmə, c.2, səh.288.) O İmam Səccad əleyhissəlamın elmindən çoxlu istifadə etmiş ondan çoxlu hədis nəql etmişdir.(Biharül-ənvar, c.46, səh.57; 64-65;73 və s. Ehticaci Təbərsi, c.2, səh.5.)
Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o bir nəfəri cəzalandırmış həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: "Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.”
Bir gün İmam Səccad (əleyhissəlam) Zührini görüb buyurdu: "Sənin (Allah rəhmətindən) məyus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et! Ölən şəxsin qan bahasını onun varislərinə göndər özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi. O sonralar deyirdi: "Əli ibn Hüseyn əleyhissəlama hamıdan çox mən borcluyam.”(Mənaqibi-Ali-Əbu Talib, c.4, səh.59; Əl-Bidayətu vən-nihayə, c.9, səh.106.)
Zührinin İmam Səccad əleyhissəlamın hüzurunda şagirdliyi
Zührinin məzhəb və məqsədi bizim alimlər arasında çox qalmaqallıdır. Bəziləri onu şiə və İmam Səccad əleyhissəlamın dostlarından bilmiş və bunun üçün bəzi sübutları şahid gətirmişlər. Bəziləri isə, onu İmamət ailəsinin düşmənlərindən və Bəni-Üməyyənin tərəfdarlarından bilərək tənqid atəşinə tutmuşlar. "Rövzətül-Cənnət” kitabının müəllifi bu iki versiyanı bir yerə toplayıb belə bir qərara gəlmişdir ki Zühri əvvəllər Bəni-Üməyyənin tərəfdarlarından olmuş ancaq öz elm və agahlığı nəticəsində ömrünün sonlarında haqq yolu taparaq Bəni-Üməyyə ilə əlaqəsini kəsmiş və İmam Səccad əleyhissəlamın şagird və dostları sırasına qoşulmuşdur( 
Rövzətül-Cənnət fi əhvalil üləmai vəs-sadat, c.7, səh.245.  
)Lakin yuxarıdakı versiyanın əksinə olaraq bir çox tarixi sənəd və faktlar göstərir ki Zühri əvvəllər Mədinədə olduğu gənclik dövründə İmam Səccad əleyhissəlamla əlaqədə olmuş və onun dərslərindən istifadə etmişdir. Ancaq sonralar Bəni-Üməyyənin sarayına cəlb edilərək onlara xidmət etmişdir. Əməvilərin bəzi vaxtlar ona tənə edərək "sənin Peyğəmbərin İmam Səccad (əleyhissəlam) nə edir?” deməsi bu dövrə aiddir.(Mənaqibi-Ali-Əbu Talib, c.4,səh.159.)
İndi qısaca olaraq Zührinin həyatını araşdırıb onun Bəni-Üməyyə ilə olan əlaqələri barədə sübutları oxucuların nəzərinə çatdırırıq.
Zühri Bəni-Üməyyə sarayında
İbn Əbil Hədid Zührini Əli əleyhissəlamın müxaliflərindən biri hesab edərək yazır: "Bir gün İmam Səccad (əleyhissəlam) eşitdi ki Zühri və Ürvə ibn Zübeyr Peyğəmbərin məscidində oturub Həzrət Əli (əleyhissəlam) haqqında nalayiq sözlər danışırlar. İmam Səccad (əleyhissəlam) məscidə gedib o iki nəfərin başı üstündə dayanıb onları möhkəmcə danladı.(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.4,səh.102.)
Zühri Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Bəni-Üməyyə sarayının rifahından istifadə etmək üçün Dəməşqə getdi. Maddi üstünlüklər və zahiri məqamlara yiyələnmək üçün öz elmini vasitə qərar verib Əbdülməlikin fikrini özünə cəlb etdi. Əbdülməlik ona çox hörmət göstərib beytül-maldan onun üçün maaş təyin etdi və onun borclarını ödəyərək onun üçün bir qulluqçu ayırdı. Beləliklə Zühri Əbdülməlikin yaxın adamları sırasına qoşuldu.(Əl-Bidayətu vən-nihayə, c.9, səh.346.)İbn Səd yazır: "Zührini Əbdülməlikin sarayına çəkən şəxs Əbdülməlikin kəbin-təlaq işləri üzrə xüsusi nümayəndəsi Qübeyzə ibn Züeyb olmuşdur.(Ət-Təbəqatül-kubra, c.7, səh.447.)Beləliklə də Zührinin Bəni-Üməyyənin çirkin sarayı ilə əlaqəsi başlandı. O Əbdülməlikin sarayında rifahın şirin məzəsini dadıb saray həyatının ləzzətini gördü. Buna görə də, Əbdülməlikdən sonra da onun övladlarının – Vəlid Süleyman Yezid Hişamın sarayında eləcə də Ömər ibn Əbdüləzizin sarayında yer tutmuşdu. Yezid ibn Əbdülməlik Zührini qazı vəzifəsinə təyin etdi. Yeziddən sonra Hişam ibn Əbdülməlikin sarayında özünəməxsus mövqe tutmuş hörmət qazanmışdı. Hişam onu öz uşaqlarının müəllimi təyin etmişdi. Zühri ömrünün sonunadək bu vəzifədə çalışmışdır.(Əl-Bidayətu vən-nihayə, c.9,səh.341.) Hişam onun səksən min dirhəm borcunu ödəmişdi.(Əl-Bidayətu vən-nihayə, c.9,səh.343.) İbn Səd yazır: "Zühri Rəsafədə Hişamın yanına getdi. Bundan qabaq isə iyirmi il müddətində onların (Bəni-Üməyyənin) yanında qalmışdı.”(Ət-Təbəqatül-kubra, c.7,səh.474.) Süfyan ibn Üyeynədən rəvayət olunur ki hicrətin yüz iyirmi üçüncü ilində Zühri Hişamla (öz dövrünün xəlifəsi ilə) birgə Məkkəyə gəlib bir il orada qaldı.(Ət-Təbəqatül-kubra, c.5, səh.497.) Zühri sarayda rifah içərisində yaşamağa o qədər alışmışdı ki ömrünün sonlarında ona dedilər: "Kaş ömrünün bu axır çağlarında Mədinədə olaydın Peyğəmbər məscidində sütunların birinin kənarında oturub biz də sənin dövrəndə yığışaydıq sən də camaata dərs deyəydin.” O isə cavab verdi ki əgər belə iş tutsam dərim soyular. Bu iş mənim üçün məsləhət deyil. Bunun nəticəsi ancaq bu olar ki mən dünyadan əl çəkib Axirətdən yapışam.(Əl-Bidayətu vən-nihayə, c.9,səh.348.)
Zalım xəlifələrin saray alimlərinə ehtiyacı
Zalım və qeyri-İslami hakimlərin İslam əqidəsində olan şəxslər üzərində öz hakimiyyətlərini möhkəmlətmək üçün camaatın fikrində öz gördükləri işlərə nisbət qəlbən şəri etiqad yaratmaqdan başqa çarələri yox idi. Çünki o dövrdə hələ İslamın ilkin çağlarından bir o qədər də vaxt ötməmiş və camaatın İslama olan əlaqəsi hələ öz möhkəmliyini qoruyub saxlayırdı. Əgər camaat xəlifələrə etdiyi beyətin düzgün olmadığını və xilafət kürsüsündə oturan xəlifələrin Peyğəmbər canişini olmalarına layiq olmadıqlarını bilsəydi şübhəsiz ki onlara boyun əyməzdi. Düzdür bu həqiqəti bütün camaat barədə qəbul etməsək də, ancaq o dövrün İslam cəmiyyəti arasında çoxları xəlifələrin qeyri-İslami hakimiyyətini qəlb imanı üzündən qəbul etmişdilər. Yəni belə fikirləşirdilər ki bu hakimiyyət İslami hakimiyyətdir. Elə buna görə də, zalım hakimlər öz hökumətlərini şəri hökumət kimi qələmə vermək üçün hədisçi və din alimlərini öz saraylarına cəlb etməyə çalışırdılar. Bu yolla xəlifələr onları Peyğəmbərin yaxud da o Həzrətin ən yaxın səhabələrinin dilindən (yalançı) hədis söyləməyə məcbur edir bununla da, cəmiyyətdə onların hökumətinin şəri qələmə verilməsi üçün fikirlərdə münasib zəmin yaranırdı.(v)Buna əsaslanaraq deyə ilərik ki Əməvi xəlifələrinin Zührini özlərinə tərəf cəlb etməkdən məqsədləri onun dini mövqeyindən istifadə etmək idi. Zühri də can-başla özünü onlara həsr etdi onlar üçün kitab yazdı hədislər söylədi. Bununla da, onların çirkin məqsədlərinə böyük kömək etdi. Müəmmər adlı bir şəxs deyir: "Biz elə bilirdik ki Zühridən çox hədis söyləmişik. Vəlid ibn Əbdülməlik öldürüldükdən sonra gördük ki dəftərlərlə yüklənmiş heyvanları onun xəzinəsindən çıxara-çıxara deyirlər: "Bu Zührinin elmidir.”( 
Əl-Bidayətu vən-nihayə, c.9, səh.346; Ət-Təbəqatül-kubra, c.2, səh.388.  
)Bu o deməkdir ki Zühri Vəlidin göstərişi ilə o qədər kitab-dəftər və hədis yazıb doldurub ki onları Vəlidin xəzinəsindən çıxararkən məcbur olub heyvanlara yükləyiblər. Zührinin özü deyir: "Əvvəllər mənim elmi kağız üzərinə yazmaqdan xoşum gəlmirdi. Axırda hakim və xəlifələr məni elmi yazmağa (onu kitab halına salmağa) məcbur etdilər. Sonra mən belə fikirləşdim ki heç bir müsəlmanı bu işdən çəkindirmək olmaz. (Qoy elm və bilik həmişə yazılsın.)”(Ət-Təbəqatül-kubra, c.2, səh.389) İbn Kəsir yazır: "Zührini (yalançı) hədis yazmağa məcbur edən şəxs Hişam ibn Əbdülməlik olmuşdur. Zühri kitab yazan gündən sonra camaat da hədisləri yazmağa başladı.”(Əl-Bidayətu vən-nihayə, c.9, səh.341.) Bir gün Hişam ibn Əbdülməlik Zühriyə dedi ki onun uşaqlarına hədis öyrətsin. Bu zaman Zühri bir hədisyazan çağırtdırıb ona dörd yüz hədis dedi o da yazdı.(Təhzibüt-təhzib, c.9, səh.449; Əlbidayətu vən-nihayə, c.9, səh.343.)
Ömər ibn Əbdüləziz bir bəyannamədə yazmışdı: "Hədis yazıb söyləməkdə Zühridən qafil olmayın. Çünki ötən sünnələri ondan yaxşı bilən bir şəxs qalmamışdır.”(İbn Kəsir, Əlbidayətu vən-nihayə, c.9, səh.343. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra hədis nəql etmək və yazmaq Ömər ibn Xəttabın xəlifəlik dövründə onun hökmü ilə qadağan edildi və 1-ci əsrin (hicri ili) axırına qədər davam etdi. Bu hökm Ömər ibn Əbdüləzizin əmri ilə ləğv olundu)
İndi gəlin görək Vəlid və Hişamın əmri ilə yazılıb doldurulmuş bu dəftərlərdəki hədislər necə hədislərdir? Şübhəsiz ki bu dəftərlərdə bir dənə də olsun Vəlid və Hişam kimiləri məhkum (tənqid) edən hədis yoxdur. Əksinə bu hədislər onların çirkin və qeyri-İslami əməllərinə bəraət qazandırır bunun müqabilində isə onlarla siyasi səhnədə mübarizə aparan rəqiblərinin yəni Bəni-Haşimin parlaq mövqeyini zəiflədir.
Aşağıda qeyd olunan tarixi sənəddən çox gözəl məlum olur ki, Hişam ibn Əbdülməliki hədis və rəvayətlə bağlı hansı mövzular daha çox maraqlandırırmış. Hişam Əməşə(Əbu Məhəmməd Süleyman ibn Mehran Əsədi Kufi (Əməş) İmam Sadiqin (ə) yaxın səhabələrindən olmuş və 148-ci ildə vəfat etmişdir. "Qamusür Rical”, c. 5, səh. 297; "Möcəmi Ricalil Hədis”, c. 9, səh. 294.) yazdığı məktubunda ona belə müraciət etmişdir: "Mənə Osmanın fəzilətli və Əlinin pis və nalayiq işlərindən yaz göndər.” Əməş məktubu alandan sonra onu kənarındakı qoyuna verdi və qoyun da onu çeynədi. Sonra üzünü qasidə tutub dedi: "Bu da sənin cavabın!” Qasid vahimə içində ətrafındakıların fikrini özünə cəlb edərək dedi: "Axı Hişam and içib ki, əgər əliboş qayıtsam məni öldürəcək!” Bundan sonra Əməş məktubu "Bismillahir-rəhmanir-rəhim”lə başlayaraq belə yazdı: "Əgər yer üzünün insanlarının bütün yaxşı əməlləri Osmanın olsa belə sənə bir xeyiri yetişməyəcək və əgər onların bütün pislikləri də Əlinin olsa sənə bir zərəri dəyməyəcək. Sən öz qeydinə qal, vəssalam!”(Əbul Fəlah Əbdül Həyy ibn İmad Hənbəli, "Şüzuratuz Zəhəb”, c. 1, səh. 221; İbn Xəlkan, "Vəfəyatül Əyan və Ənbau Əbnaiz-zaman”ın təhqiq olunmuş çapı, c. 2. səh. 336. Kəmaləddin Dəmiri, "Həyatül Həyəvanil Kubra” c. 2, səh. 42.)
Zührinin saxta hədisləri
Zühri Bəni-Üməyyənin xeyrinə onların küframiz siyasətlərinə bəhanə gətirmək üçün və eləcə də, Bəni-Haşim sülaləsinin ziddinə bir sıra hədislər düzəltmişdir. İndi həmin hədislərdən bir neçəsini nümunə olaraq sizin nəzərinizə çatdırırıq:
Zühri Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verib deyir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə) mənim məscidim (Mədinə şəhərində) və Məscidül-əqsa (Beytül müqəddəs). Məscidül-əqsa (Beytül-müqəddəs) sizin üçün eynilə Məscidül-həram (Kəbə) hökmündədir.”(Tarixi-Yəqubi, c.3, səh.8.) Bu hədisi sünni məzhəbinin üç böyük hədisçisi – Müslim Əbu Davud və Nisai Əbu Hüreyrə vasitəsi ilə Peyğəmbərdən belə rəvayət edirlər: "Ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscidül-həram mənim məscidim və Məscidül-əqsa.”(Səhihi-Müslim, c.4, səh.126; Sünəni Əbu Davud (təshih və təliq forması), səh. 216; Sünəni Nisai (Siyutinin şərhi ilə), c. 2, səh. 37-38. Bu hədisi elə olduğu kimi Tirmizi də Əbu Səid Xidridən nəql etmişdir: "Camiüs səhih-sünəni Tirmizi”, c. 2, bab 243, hədis, 324 səh. 1048.) Bu üç hədisçinin heç biri bu hədisdə "Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir” ifadəsini qeyd etməmişlər.
Məlum olur ki bu hədisə əlavəni Əbdülməlikin əmri ilə Zühri etmişdir. Bu hədis (Zührinin düzəltdiyi hədis) Abdullah ibn Zübeyrin Məkkədə Əbdülməlikin isə Şamda hakimiyyəti ələ aldıqları bir dövrdə düzəldilmişdir. Bu iki nəfər arasında siyasi və nizami çəkişmə gedirdi. Şam camaatı həcc ziyarətinə getmək istədikdə, bir neçə gün Məkkədə qalmalı olur bu da Abdullah ibn Zübeyr üçün Əbdülməlikin əleyhinə təbliğat aparmağa çox yaxşı fürsət yaradırdı. Əbdülməlik Şam hacılarının bu təbliğatdan uzaq olmaları və öz hakimiyyətinin xilafət mərkəzində zəifləməməsi üçün həcc səfərinin qarşısını aldı. Camaat şikayət etdi ki nəyə görə bizi vacib olan həcc səfərindən saxlayırsınız? Əbdülməlik dedi: "İbn Şəhab Zühri Peyğəmbərdən rəvayət edir ki "ancaq üç məscidə getmək üçün səfərə çıxmaq olar: Məscüdül-həram (Kəbə), mənim məscidim və Məscidül-əqsa (Beytül-müqəddəs). Məscidül-əqsa sizin üçün eynilə Məscidül-həram hökmündədir və Peyğəmbərin merac gecəsi ayağını üzərinə qoyduğu daş da Kəbənin hökmündədir.” Bu hadisədən sonra Əbdülməlikin əmri ilə həmin daşın üstündə bir günbəz ucaldıldı oradan ipək pərdələr asıldı oraya xadimlər təyin edildi. Beləliklə, camaat oranı təvaf etməyə başladı. Bu adət Bəni-Üməyyə sülaləsinin bütün hakimiyyəti dövründə davam etmişdir.(Tarixi-Yəqubi, c.3, səh.8.)
Beləliklə də, məlum olur ki Zührinin bu hədisin axırına özündən əlavə etməsindən məqsəd camaatı (Abdullah ibn Zübeyrin hakimiyyəti altında olan) Kəbə ziyarətindən yayındırıb onları Fələstinə (Beytül-müqəddəsə) tərəf getməyə cəlb etməkdir. Çünki Fələstin Şamın bir hissəsi olub Əbdülməlikin nəzarəti altında idi. Zühri də bu yolla Əbdülməlikin mövqeyinin möhkəmlənməsi üçün çalışırdı.
Zühri guya camaatın Mərvan ailəsinə olan nifrətini azaltmaq və İmam Səccad əleyhissəlamın İlahi mövqeyini onların qarşısında aşağı salmaq üçün o Həzrəti belə xatırlayırdı: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) öz ailəsinin ən mülayim adamı Mərvan və Əbdülməlikə nisbət isə ən itaətkar və ən sevimli şəxsdir.”(Ət-Təbəqatul kubra, c.5, səh.215.) Halbuki, Mərvan ailəsinin Əli əleyhissəlamın ailəsi ilə olan düşmənçiliyi heç kəsə gizli deyil və Əli əleyhissəlamın ailəsinin də Mərvan ailəsinə olan nifrəti hamıya məlumdur. Buna görə də, heç kim İmam Səccad əleyhissəlamın Mərvan ailəsinin ən sevimli şəxs olması məsələsi bir yana, heç Mərvan ailəsinə itaət etməsi töhmətinə də inanmaz.
Zühri Aişənin dilindən rəvayət edərək deyir: "Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında idim. Bu zaman gördüm ki Abbas ilə Əli gəlirlər. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: "Aişə bu iki nəfər mənim dinimdən kənara çıxaraq öləcəklər.”(Nəhcül-bəlağənin şərhi (İbn Əbil Hədid), c.4, səh.63.)
Məlum məsələdir ki bu hədis Həzrət Əli əleyhissəlamın əzəmətli və parlaq mövqeyini zəiflətmək və Mərvan ailəsini razı salmaq üçün qoşulmuşdur. Yoxsa bu hədisin doğruluğuna kim inanar? Maraqlı burasıdır ki Zühri bu hədisi Ürvə ibn Zübeyrin vasitəsi ilə Aişədən rəvayət edir hamı da Aişənin Həzrət Əli əleyhissəlama qarşı nə qədər kin-küdurət bəslədiyini yaxşı bilir. Ürvə ibn Zübeyr də, bildiyimiz kimi Peyğəmbər ailəsinin düşmənlərindən olmuşdur. İbn Əbil Hədid açıq-aşkar deyir ki Ürvə ibn Zübeyr də Müaviyənin Əbu Hüreyrə Əmr ibn As və Müğeyrə ibn Şübə kimi Əli əleyhissəlamın əleyhinə hədis düzəldənlərindən olmuşdur.(Nəhcül-bəlağənin şərhi, c.4, səh.63.)
Zühri rəvayət edir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün gecə vaxtı Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) evinə gəlib buyurdu: "Namaz qılmırsınız?” Əli (əleyhissəlam) buyurdu: "Bizim ixtiyarımız Allahın əlindədir əgər O istəsə, bizi (bu işə) vadar edər.” Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözü eşitdikdə, daha heç bir söz deməyib geri döndü. Elə bu vaxt Həzrət Əli (əleyhissəlam) eşitdi ki Peyğəmbər dizinə vuraraq bu ayəni oxuyur: "İnsan isə bütün məxluqat içərisində ən çox mübahisə edəndir. Haqqa boyun əyməz öyüd-nəsihət qəbul etməyib batilə uyar.” ("Kəhf” surəsi, ayə 54.) Zühri belə əsassız bir hadisəni rəvayət etməklə Əli əleyhissəlamı Cəbriyyə (məcburiyyət) əqidəsinə inanan və mübahisə edən bir şəxs kimi qələmə verir. Bu hədisin yalan olması o qədər aşkardır ki daha heç bir araşdırmaya ehtiyac yoxdur. Əcəba! Kəbədə doğulub namaz mehrabında şəhid olan şəxs namaz barədə Peyğəmbərlə mübahisə edərmi?
Zühri Həzrət Əli əleyhissəlamın dilindən belə bir hadisə nəql edir: "Mənim qoca bir dəvəm var idi. Peyğəmbər (səlləllahu əleyhi və alih) Bədr döyüşündə ələ keçmiş qənimətləri bölərkən onu mənə vermişdi. Peyğəmbərin qızı Fatimə (səlamullahi əleyha) ilə evlənmək istəyərkən Bəni-Qəynüqa tayfasından olan boyaqçı bir kişi ilə qərara gəldim ki çölə gedib onun köməkliyi ilə izxir otu yığıb onu boyaqçılara sataraq toy məclisi üçün tədarük görüm. Bu məqsədlə dəvələrin yükünü ip və kisə yığmağa hazırlaşdım. Dəvələri ənsardan (Peyğəmbərin Mədinədəki silahdaşlarından) birinin evinin kənarında yatızdırmışdım. Birdən gördüm ki dəvələrin küyünləri kəsilmiş bellərinin üstü parçalanmış və ciyərləri çıxarılmışdır. Bu hadisəni görüb bərk narahat oldum və dedim: "Bu işi kim görmüşdür?” Dedilər ki bu iş Həmzə ibn Əbdülmüttəlibin işidir. O bir dəstə ənsarla oturub şərab içir xanəndə bir kəniz də onlar üçün mahnı oxuyur. Həmzə o məclisdən ayağa qalxıb qılıncını götürərək dəvələrin küyünlərini kəsdi bellərinin üstünü parçalayıb ciyərlərini çıxartdı. Əli (əleyhissəlam) deyir: "Peyğəmbərin yanına getdim. Gördüm ki Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzurundadır. Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim narahatçılığımı görüb buyurdu: "Nə olub?” Dedim: "Heç bu cür pis iş görməmişdim. Həmzə mənim dəvələrimin başına belə oyun açıb indi də bir dəstə ilə bir evdə oturub şərab içir.” Peyğəmbər (səlləllahu əleyhi və alih) paltarını dəyişib yola düşdü. Mən və Zeyd ibn Harisə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ardınca getdik. Peyğəmbər (səlləllahu əleyhi və alih) Həmzə oturan evə girib onu danlamağa başladı. Gördüm ki Həmzə məstdir və gözləri qızarmışdır. O öz baxışı ilə Peyğəmbəri (səlləllahu əleyhi və alih) başdan-ayağadək süzüb dedi: "Məgər siz mənim atamın nökərləri deyilsiniz?” Peyğəmbər (səlləllahu əleyhi və alih) gördü ki Həmzə məstdir geri dönüb evdən çıxdı. Biz də onunla birgə eşiyə çıxdıq.(Səhihi-Buxari, c.5, səh.83.)”
Zühri belə istehzalı bir hadisəni nəql etməklə Peyğəmbərin (səlləllahu əleyhi və alih) Ühüd döyüşündə qanlı cənazəsinə yetmiş dəfə meyit namazı qıldığı böyük və parlaq simalı Həmzə kimi bir şəxsiyyəti laqeyd şərabxor təcavüzkar zalım bir şəxs kimi qələmə verir. Belə ki onun bu işləri heç bir əxlaqi və dini ölçülərə uyğun gəlmir. Məlumdur ki bu nalayiq və kişilikdən uzaq olan töhmətlər Zühri tərəfindən bu məqsədlə deyilmişdir ki Həmzəni də belə çirkinliklərə qərq olmuş Bəni-Üməyyə nümayəndələri tək pozğun bir şəxs kimi qələmə verib bu yolla öz Əməvi ağalarına günahda şərik tapmış olsun.(Bu hədisin saxta olduğunu bildirən nişanə və dəlilləri mülahizə etmək üçün "Əs-səhih min siyrətil-Nəbiyyil-Əzəm” kitabının c. 4, səh. 40-48-ə müraciət edin.)
İMAM SƏCCAD ƏLEYHISSƏLAMIN ZÜHRIYƏ KƏSKIN MƏKTUBU
(Əbu Nəim İsfahaninin "Hilyətül Övliya” kitabının c. 3, səh. 246-da "müsnəd” formada nəql olunmuş eynilə buna oxşar hədisin Əbu Hazimə (Sələmə ibn Dinar) ünvanlandığı qeyd olunmuşdur. Mənə elə gəlir ki, bu şübhəni araşdırmaq lazımdır. Çünki "Əl fikrül İslami” jurnalının 27-ci sayının 179-cu səhifəsində bu məktuba istinad edilmişdir. Həmçinin müəllif "Hilyətül Övliya”nın c. 3, səh. 202-də İmam Səccadın (ə) Zührini qoca adlandırması ehtimalını qəbul etməmişdir.)
Zührinin bu cür səriştəsiz sabiqəsini nəzərə alaraq İmam Səccad (əleyhissəlam) ona kəskin eyni zamanda xeyirxah və nəsihətamiz bir məktub yazdı. İndi həmin məktubun tərcüməsini oxucuların nəzərinə çatdırırıq:
"Allah bizi və səni fitnələrdən səni (Cəhənnəm) odundan qorusun! Sən elə vəziyyətə düşmüsən ki kim sənin bu halını başa düşsə sənə rəhmi gəlməyə haqqı var. Allahın müxtəlif nemətləri sənə ağırlıq etmişdir. Allah sənin bədənini sağlam, ömrünü uzun etmişdir. Sən Quran fiqh din əhkamından və Peyğəmbər sünnəsindən xəbərdar olduğun üçün daha Allahın hüccəti sənə tamamlanmışdır...
Allah-taala "Əgər nemətlərimin müqabilində şükr etsəniz yəqin bilin ki nemətlərimi sizə daha da artıracağam ancaq naşükürlük etsəniz bilin ki Mənim əzabım çox şiddətlidir”("İbrahim” surəsi, ayə 7.) buyurmaqla sənə verdiyi bu nemətlərin müqabilində şükr etməyi vacib bilmiş və bu yolla səni sınağa çəkmişdir. İndi bax gör, sabah Allahın hüzurunda dayanıb Allah səndən soruşanda ki Onun nemətlərinin şükrünü necə yerinə yetirdin və Onun hüccətləri qarşısında öz vəzifələrinə necə əməl etdin onda sənin vəziyyətin necə olacaq? Belə fikirləşmə ki Allah sənin üzrünü qəbul edib günahından keçəcək. Əsla Allah Öz kitabında "Onu Quranı camaata bəyan edin və onun heç bir şeyini gizlətməyin”("Ali-İmran” surəsi, ayə 187.)buyurmaqla həqiqəti camaata demələri barədə (alimlərdən) söz (əhd-peyman) almışdır.
Bunu bil gizlətdiyin ən kiçik və boynuna götürdüyün ən yüngül şey budur ki zalımın vəhşət və qorxusunu rahatlığa çevirdin ona yaxınlaşaraq hər dəvətini qəbul etməklə azğınlıq yolunu onun üçün hamar etdin. Günahların nəticəsində sabah xainlərlə bir yerdə olacağından zalımlarla əlbir olduğun üçün ələ gətirdiyin şeylər üçün sorğu-sual olunacağından çox qorxuram.
Sənin haqqın olmayan şeyləri sənə verəndə aldın elə bir şəxsin yanına getdin ki heç kəsin haqqını qaytarmamışdır. O səni özünə yaxınlaşdıranda, sən heç bir batili inkar etmədin və Allahla düşmən olan bir şəxsi özünə dost tutdun. O səni dəvət edib özünə tərəf çəkəndə (hakimlər) səni dəyirman mehvərinə çevirərək öz zülm dəyirmanını sənin ətrafında fırlatmadımı? Səni körpü qərar verib öz qanunsuz işlərinə tərəf bu körpünün üzərindən keçmədilərmi? Səni nərdivan qərar verməklə öz azğınlıq damlarına qalxmadılarmı? Sən camaatı azğınlığa dəvət edir onların getdiyi yolu gedirsən. Onlar sənin vasitənlə alimlərdə (qəlblərində) şəkk-şübhə yaradıb cahillərin (nadanların) qəlblərini özlərinə cəlb etdilər. (Sən din pərdəsi altında onlara o qədər kömək etdin ki) onların güclü vəzirləri və ən yaxın dostları belə sənin onları düzgün qələmə verdiyin qədər onlara xidmət göstərə bilməmiş sənin qədər camaatın onlarla əlaqə yaratmasına səbəb ola bilməmişlər.
Sənə verdikləri (maaş var-dövlət) səndən aldıqları (əməllərini düzgün qələmə vermək barədəki) şeyin müqabilində nə qədər dəyərsiz və ucuzdur! Sənin üçün (dünyada) abad etdikləri şey nə qədər azdır! Ancaq gör (sənin axirətini) nə qədər bərbad ediblər?!
Bax gör, nə iş görürsən özündən muğayat ol bunu bil ki özündən başqa heç bir şəxs səndən muğayat olmayacaq. Öz nəfsinlə məsuliyyət daşıyan bir şəxs kimi hesab çək. Gör bu qoca vaxtında Öz nemətlərini sənin ixtiyarında qoyan Allahın şükrünü necə yerinə yetirmisən? Qorxuram ki Allahın buyurduğu "onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: "Biz Allah tərəfindən bağışlanacağıq!” ("Əraf” surəsi, ayə 169.) ayəsi sənə də aid olsun.
Sən əbədi həyatda deyilsən əksinə köçməsini qabaqcadan elan etmiş bir həyatdasan. Məgər insan öz yaşıdlarından sonra bu dünyada nə qədər yaşayır? Xoş o şəxsin halına ki dünyada (öz günahları üçün) qorxusu olsun və vay o şəxsin halına ki özü ölür ancaq günahları ondan sonra qalır.
Diqqətli və ayıq ol bu yolla sənə təhlükə xətəri elan olundu. (Özünü islah etmək məqsədilə) addım at (hələ ki) sənə möhlət verilib. Sənin tərəf müqabilin (qarşında duran) nadan deyil sənin əməllərinin hesabını çəkən (Allah) heç vaxt (sənin bu tərəddüdlərindən) qafil olmaz. Səfərə hazırlaş qabaqda səni uzaq bir səfər gözləyir. Qəlbin bərk xəstələnmişdir günahlarına bir əlac et!
Elə bilmə ki mən səni danlayıb tənə etmək istəyirəm xeyr istəyirəm Allah sənin keçmiş səhvlərini aradan qaldırsın əlindən çıxmış dinini özünə qaytarsın. Burada Allahın buyurduğu "Sən onlara Quranla öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir” ("Zariyat” surəsi, ayə 56.) ayəsi yadıma düşür.
Məgər öz yaşıdlarının ölüb getdiyini və indi tək qaldığını unutmusan? Gör, sənin düçar olduğun kimi onlar da düçar olmuşdularmı? Sənin bədbəxt olduğun kimi onlar da bədbəxt olmuşdularmı? Onların unutduqları yaxşı şeyləri sən xatırlayırsanmı? Onların bilmədiyi şeyi sən bilirsənmi? Xeyr belə deyil əldə etdiyin nüfuz nəticəsində avam camaatın yanında hörmət qazandın. Sənin bu vəziyyətin camaatı zəhmətə saldı. Çünki onlar sənin nəzərinə əsasən, rəftar edir sənin əmrinə qulaq asır halal saydığın şeyi halal haram saydığını isə haram bilirlər. Düzdür sənin (halal-haram məsələsində) heç bir səlahiyyətin yoxdur ancaq onların marağını sənə cəlb edən şey onların səndə olan şeyə tamahları alimlərinin əllərindən getmələri nadanlığın sənə və onlara qalib gəlməsi sənin və onların mal-dövlət fikrində olmanızdır.
Bu qədər nadanlıq və təkəbbürə qərq olduğunu və camaatın fitnə-fəsad içində yaşadığını görmürsənmi? Onları bu müsibətə salan sənsən. Camaat sənin vəziyyət və mövqeyini görməklə öz qazandıqları nəticələri unudub sənin şöhrətinin vurğunu oldular. Onlar sənin elm rütbənə ya da sənin şöhrət və məqamına nail olmağa can atırlar. Bu yolla da sənin hərəkətlərin nəticəsində dərinliyi bilinməyən (azğınlıq) dənizində boğulub cəhətləri məlum olmayan bir bəlaya düçar oldular. Allah bizim və sənin köməyinə çatsın həqiqətən O (ehtiyacı olanların) köməyinə çatandır.
Keçmiş saleh bəndələrə birləşmək üçün indi bütün bu şan-şöhrətdən əl çək. Elə saleh bəndələr ki kəfənlərə bürünüb torpağın qucağında yatmışlar qarınları kürəklərinə yapışıb onlarla Allah arasında heç bir maneə yoxdur dünya onları aldatmır onlar dünya vurğunu olmurlar. Onlar (Allahın görüşünə) ürək bağladılar sonra da öz məbuduna (məbudun vədəsinə) dəvət olundular. Çox çəkmədi ki (öz ölülərinə) birləşdilər. Dünya səni bu qoca yaşında bu elmi məqamınla bu ölüm ayağında bu cür yoldan çıxarıb öz vurğunu edirsə bəs onda azyaşlı nadan və zəif ruhiyyəli gənclərdən nə gözləmək olar? Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq. Kimə pənah aparmalı kimdən kömək istəməliyik? Öz müsibətimizdən və səndə müşahidə etdiklərimizdən Allaha şikayət edir sənin vasitənlə başımıza gəlmiş bu müsibətdə Allah dərgahından əcr və savab gözləyirik.
Sənə uşaqlıqda və böyüklükdə ruzi vermiş Allahın şükrünü gör necə yerinə yetirdin? Dini sayəsində səni camaat arasında həyalı etmiş Allah qarşısında necə baş əyirsən? Səni camaat arasında bükdüyü İlahi libasın hörmətini necə saxlayırsan? Ona yaxın olub əmrlərinə tabe olmağı əmr etmiş Allaha yaxınlıq ya uzaqlıq həddin nə qədərdir? Sənə nə olub ki qəflət yuxusundan oyanmır günahlarından tövbə etmirsən və "Allaha and olsun, indiyədək Allaha görə heç bir hərəkət etməmişəm ki, onda Allah dinini dirçəldib, ya bir batili aradan aparmış olam” deyirsən?! Səni din elmlərinin alimi etmiş Allahın nemətlərinin şükrü budur?
Qorxuram ki Allahın buyurduğu "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar da öz əməllərinin cəzasını alacaqlar” ("Məryəm” surəsi, ayə 59.) ayəsi sənə də aid olsun.
Allah sənə Quran (elmlərini) öyrətməklə elm və dini sənin yanında əmanət qoydu sən isə ona xəyanət etdin. Allaha şükr edirəm ki bizi sənin azğınlığından qorudu. Vəssalam.”(Tühəfül-üqul, səh.274-277.)
Pak və təqvalı olmaq dərsi
Elə bilməyin ki Əməvi xəlifələri Zühri kimilər üçün hazırladıqları planlardan İmam Səccad (əleyhissəlam) üçün hazırlamırdılar. Xeyr onlar bu cür planlardan çox çəkirdilər ancaq İmam Səccad (əleyhissəlam) onların bu kələklərinə uymur hədələrindən qorxmayıb şirnikdirmələrinə aldanmayaraq onlara qarşı etinasızlıq edirdi. Nə vaxt o Həzrəti cəlb etmək fikrinə düşürdülərsə İmam Səccad (əleyhissəlam) onlara rədd cavabı verirdi. Aşağıdakı iki nümunə bu məsələyə doğru şahiddir:
Əbdülməlik öz xəlifəlik illərində bir dəfə həccə getmişdi. Həcc mərasimində o təvaf(Kəbə evinin ətrafına dövr vurmaq təvaf adlanır.) edirdi. İmam Səccad (əleyhissəlam) da, onun qarşısında təvafa məşğul idi və Əbdülməlikə heç bir etina etmirdi. İmam Səccad əleyhissəlamı yaxından görməyən və onu tanımayan Əbdülməlik dedi: "Bu kimdir ki bizdən qabaqda təvaf edir və bizə heç etina etmir?” Dedilər ki o Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır). Əbdülməlik bir qırağda oturub dedi: "Onu mənim yanıma gətirin!” İmam Səccad (əleyhissəlam) onun yanına gələndə Əbdülməlik dedi: "Ey Əli ibn Hüseyn (əleyhissəlam)! Mən ki, sənin atanın qatili deyiləm niyə mənim yanıma gəlmirsən?” İmam Səccad (əleyhissəlam) buyurdu: "Atamın qatili onun dünyasını puç etdi atam isə onun axirətini bərbad etdi. İndi sən də əgər atamın qatili kimi olmaq istəyirsənsə onda ol!” Əbdülməlik dedi: "Yox məqsədim budur ki bizim yanımıza gəlib dünyəvi imkanatdan bəhrələnəsən.” Bu vaxt İmam Səccad (əleyhissəlam) yerə oturub paltarının ətəyini açaraq buyurdu: "İlahi Öz övliyalarının qədir-qiymətini ona göstər.” Birdən gördülər ki o Həzrətin ətəyi gözləri qamaşdıran parlaq gövhərlə doldu. Sonra İmam Səccad (əleyhissəlam) buyurdu: "İlahi bunları götür bizim onlara ehtiyacımız yoxdur."(Əl-Xəraicu vəl-cəraih, səh.232.)
Əbdülməlikə xəbər çatmışdı ki Peyğəmbərin qılıncı Əli ibn Hüseyn əleyhissəlamdadır. (Bu da çox yaxşı şey idi. Çünki Peyğəmbərin yadigarı olduğuna görə fəxr olunası bir şey idi. Üstəlik bir növ hökumət simvolu hesab edilə bilərdi. Bundan da əlavə, o qılıncın İmam Səccad əleyhissəlamda olması Əbdülməliki narahat edirdi. Çünki İmam (əleyhissəlam) bununla camaatı öz ətrafına yığa bilərdi. Buna görə də, Əbdülməlik o Həzrətin yanına adam göndərib qılıncı ondan istədi. Hələ İmam Səccad əleyhissəlama bir məktub da yazıb bildirdi ki əgər bir işi olsa, xəlifə onu yerinə yetirməyə hazırdır. İmam Səccad (əleyhissəlam) qasidə rədd cavabı verdi. Əbdülməlik təhdidamiz bir məktub yazıb bildirdi ki əgər qılıncı verməsən sənin beytül-maldan olan payını kəsəcəyəm. (O vaxt bütün camaat beytül-maldan pay aldığı kimi İmam Səccad (əleyhissəlam) da beytül-maldan pay alırdı.) İmam onun cavabında yazdı: Allah təqvalı bəndələri onların xoşuna gəlməyən şeylərdən qorumağı və gümanlarına belə gəlmədiyi yerdən onlara ruzi verəcəyini Öz öhdəsinə götürmüşdür. Allah Quranda buyurur ki "Allah həqiqətən heç bir xaini nankoru sevməz.” ("Həcc” surəsi, ayə 38. Əyanuş-şiə, c.1, səh.365.)
5. Əhkam əxlaqi və tərbiyəvi əsərlərin nəşri
İmam Səccad əleyhissəlamın öz dövrünün zülm və fəsadlarına qarşı mübarizə metodlarından biri də, İslam hökmlərinin nəşri əxlaqi və tərbiyəvi məsələlərin bəyan olunması olmuşdur. İmam Səccad (əleyhissəlam) bu sahədə çox böyük addımlar atmışdır. Belə ki İmam əleyhissəlamın bu xidmətləri alimləri heyran qoymuş və onlar bu işi alqışlamağa məcbur olmuşlar. Şiə məzhəbinin görkəmli alimi Şeyx Müfid bu barədə yazır: "Sünni məzhəbinin fəqihləri ondan (İmam Səccaddan) o qədər elm nəql olunmuş moizələr dualar Quran fəzilətləri halal-haramlar qeyd etmişlər ki bunların hamısı bütün alimlər arasında məşhurdur. Onları izah etmək istəsək söhbət çox uzanar...”(Əl-İrşad, səh.260.)
İmam Səccad əleyhissəlamdan yadigar qalmış əxlaqi-tərbiyəvi təlimlərdən bir nümunəsi "Risalətül-hüquq” adlı bir topludur. İmam burada insanın müxtəlif istər Allah qarşısında istərsə də özü və başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam (əleyhissəlam) əvvəl qısa şəkildə sonra isə ətraflı izah etmişdir.
İmam Səccad əleyhissəlamın bəyan etdiyi vəzifələr insanın boynunda olan haqların ardıcıllığı aşağıdakı şəkildədir:
1) Allahın haqqı; 2) İnsanın nəfsinin haqqı; 3) Dilin haqqı; 4) Qulağın haqqı; 5) Gözün haqqı; 6) Əlin haqqı; 7) Ayağın haqqı; 8) Qarının haqqı; 9) Övrətin haqqı; 10) Namazın haqqı; 11) Həccin haqqı; 12) Orucun haqqı; 13) Sədəqənin haqqı; 14) Qurbanlığın haqqı; 15) Hökmdarın haqqı; 16) Müəllimin haqqı; 17) Qul sahibinin haqqı; 18) Rəiyyətin haqqı; 19) Şagirdlərin haqqı; 20) Həyat yoldaşının haqqı; 21) Qulun haqqı; 22) Ananın haqqı; 23) Atanın haqqı; 24) Övladın haqqı; 25) Qardaşın haqqı; 26) Qulu azad edənin haqqı; 27) Azad olmuş qulun haqqı; 28) Yaxşı iş görənin haqqı; 29)Azançının haqqı; 30) Pişnamazın haqqı; 31) Həmnişinin haqqı; 32) Qonşunun haqqı; 33) Dostun haqqı; 34) Şərikin haqqı; 35) Malın haqqı; 36) Borc sahibinin haqqı; 37) Həmsöhbətin haqqı; 38) Düşmənin insana olan haqqı; 39) İnsanın düşmənə olan haqqı; 40) Müşavirə edənin haqqı; 41) Müşavirəçinin haqqı; 42) Nəsihət istəyənin haqqı; 43) Nəsihət edənin haqqı; 44) Böyüyün haqqı; 45) Kiçiyin haqqı; 46) Dilənçinin haqqı; 47) Kömək istəyənin haqqı; 48) İnsanı sevindirənin haqqı; 49) İnsanı qəmləndirənin haqqı; 50) Həmdinlilərin haqqı; 51) Zimmilərin haqqı.
6. Kimsəsizlərə yardım
İmam Səccad əleyhissəlamın həyatının parlaq cəhətlərindən biri də, o Həzrətin o cür acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər istər Hirrə faciəsi zamanı kimi Mədinənin böhranlı və qarmaqarışıq günlərində istərsə də, kimsəsiz və miskinlərin nəvazişə ehtiyacı olub onlara tərəf lütf-mərhəmət əli uzaldılması intizarında olduqları sakitlik günlərdə, o Həzrətin ömrünün sonunadək davam etmişdir. İmam Səccad əleyhissəlamın bu cür seçilən xidmətlərindən nümunələri tarix bəyan edir:
İmam Səccad (əleyhissəlam) Mədinənin yüz kasıb ailəsini dolandırırdı.(Hilyətül-övliya, c.3, səh.136.)
Mədinə əhalisinin bir dəstəsi güzəranlarını gecə vaxtı onlara gətirilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad (əleyhissəlam) vəfat etdikdən sonra başa düşmüşdülər ki gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs İmam Səccad (əleyhissəlam) olmuşdur.(Kəşfül-ğümmə, c.2, səh.289; Nurul-Əbsar, səh.140.) O gecələr naməlum şəkildə çörək yemək və s. şeyləri şəxsən öz çiyninə atır kimsəsizlərin qapısına aparıb buyurardı: «Gizli verilən sədəqə Allahın qəzəb odunu söndürür.»(Kəşfül-ğümmə, c.2, səh.289; Təzkirətul-Xəvas, səh.327.)
Mədinə camaatı deyirdi: Əli ibn Hüseyn (əleyhissəlam) öləndən sonra biz gizli verilən sədəqəni əldən çıxartdıq.(Hilyətül-övliya, c.3, səh.136.)
İmam Səccad (əleyhissəlam) şəxsən un və digər əRizaqla dolu olan kisələri o qədər çiyninə atıb kimsəsizlər üçün aparmışdı ki onun çiyni əzilərək qabar bağlamışdı. O Həzrətin şəhadətindən sonra ona qüsl verərkən bu qabarlar orada olanların fikrini cəlb etmiş onun səbəbini soruşduqda, "bu yemək kisələrini çiyninə atıb kimsəsizlər üçün aparmağın nəticəsidir” cavabı eşitmişdilər.(Hilyətül-övliya, c.2, səh.136)
7. Tərbiyə ocağı
İslam dininin meydana çıxdığı bir vaxtda dünyanın hər tərəfində hətta o dövrün əsas mədəniyyət mərkəzləri olmuş Yunanıstan və Romada da quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini yavaş-yavaş onu aradan qaldırmağa zəminə yaratdı. Bir tərəfdən qul saxlamağı azaldaraq quldarlıq dairəsini məhdudlaşdırdı digər tərəfdən də qul azad etməyi bir çox günahların kəffarəsi (cəzası) qərar verməklə, qulların azadlığı üçün şərait yaratdı. Üçüncü tərəfdən də, Peyğəmbər (səlləllahu əleyhi və alih) müsəlmanlara tövsiyə edirdi ki qullarla (bir ailə üzvü kimi) insancasına rəftar etsinlər və onlara əmr etdi ki qullara da öz yedikləri yeməkdən öz geydikləri paltarlardan versinlər.
Bundan əlavə, Peyğəmbər (səlləllahu əleyhi və alih) qul azad etməyi o qədər dəyərli qiymətli savablı bir iş kimi qələmə verdi ki rəvayətlərdə bir çox yaxşı əməllər savab və fəzilət çoxluğu baxımından qul azad etməyə bənzədilmiş bu yolla müsəlmanlar bu işə (qul azad etməyə) cəlb olunmuşlar. Bunlar hamısı bir yerə toplanıb İslamın quldarlıq haqqında fikrini müəyyən edir.
İslamın və onun liderlərinin qul və quldarlığa nisbət incə və özünəməxsus rəftarını bu baxımdan təhlil etmək lazımdır. İmam Səccad əleyhissəlamın həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq bu işin səviyyəsi o qədər genişdir ki onu təkcə böyük hesablamalarla izah etmək olmaz və belə nəzərə çatır ki İmam Səccad əleyhissəlamın bu işdə ali məqsədləri olmuşdur. Bu sahədə bir az diqqətli olsaq görərik ki o Həzrətin bu işdə tərbiyəvi–insani məqsədi olmuşdur. Yəni qulları alaraq onları bir müddət təlim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olaraq mədəni və tərbiyəvi fəaliyyət göstərir və azad olduqdan sonra da, İmam əleyhissəlamla əlaqələrini kəsmirdilər. Əli ibn Tavus ramazan ayının əməlləri əsnasında yazır: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) ramazan ayının son gecəsi iyirmi nəfər (ya bir az çox ya bir az da az) qul azad edib buyurardı: «Allah-taala ramazan ayının hər gecəsi iftar zamanı olanda Cəhənnəm əhlindən yetmiş min nəfəri ramazan ayının son gecəsi isə bu ayın bütün gecələrində azad etdiyi qədər qul azad edir. Mən istəyirəm Allah görsün ki mən dünyada öz qullarımı azad etdim bəlkə Qiyamət günü O da məni Cəhənnəm odundan azad etdi.» İmam Səccad (əleyhissəlam) heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli ya ortasında evə gətirdiyi xadimi Fitr (orucluq) bayramı gecəsi azad edər sonrakı il onun yerinə bir başqasını gətirib onu da növbəti ramazan ayında azad edərdi. Bu iş o Həzrətin ömrünün axırınadək davam etmişdir.
İmam Səccad (əleyhissəlam) qaradərili qulları (onlara heç bir ehtiyacı olmadığı halda) alıb həcc mərasimində Ərəfata gətirir sonra da Məşərə(Ərəfat və Məşər Məkkədə çöl adıdır.)tərəf gedirdi. Onları azad edərək üstəlik hədiyyələr də verirdi.”(İqbalul-əmal, səh.261.)Yazıçılardan birinin dediyinə görə elə ki qullar bu məsələdən xəbər tuturdular əyan-əşrafın qulluqçuluğundan çıxıb gəlib İmam Səccad əleyhissəlama xidmət edirdilər. Zaman keçir günlər ötür İmam Səccad (əleyhissəlam) yenə də azad etməyə məşğul olurdu. O hər il hər ay və hər gün müxtəlif hadisələr münasibəti ilə bu işi təkrar edirdi. İş o yerə çatmışdı ki Mədinə şəhərində o Həzrətin azad etdiyi qul və kənizlərdən təşkil olunmuş bir dəstə əmələ gəlmişdi.(İmam Səccad əleyhissəlamın həyatı, səh.55. )
Qeyd etdiyimiz kimi bunlardan belə nəticə çıxarmaq olar ki İmam Səccad (əleyhissəlam) bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdır. Qulları alıb bir az onlara təlim-tərbiyə keçir onları azad etdikdən sonra da hər biri tərbiyə olunmuş və başqalarına örnək ola bilən şəxsə çevrilir. Onlar azad olduqdan sonra İmam əleyhissəlamla mənəvi əlaqəni kəsmir hərə öz növbəsində başqalarına təlim-tərbiyə keçirdi. İmam Səccad əleyhissəlamın o dövrün cəmiyyətini birbaşa təlim-tərbiyə etmək məhdudiyyətlərini nəzərə almaqla o Həzrətin bu təqdirəlayiq işini geniş şəkildə araşdırmaq lazımdır.

Hiç yorum yok: