9.05.2016
Qəbri ziyarət etmək haqqında Şiyə və Əhli Sünnədən səhih hədislər.
Vəhhabilər ki, deyirdilər qəbr üstə getmək şirkdir , onların bu şeytanı iddialarına Əhli şiə və əhli sünnə səhih hədisləri ilə rəddiyə verərik .
1.ci şiə kitablardan , səhih hədis .
Imam Sadiqin (ə) səhabələrindən biri o həzrətdən soruşur: Valideyinlərimizin və qohum-əqrəbalarımızın qəbrlərini ziyarət etməyimizin onlara bir xeyiri varmı?
İmam Sadiq (ə) həmin şəxsin cavabında buyurdu: «Bəli! Verilən hədiyyələr sizi sevindirdiyi kimi, sizin də onların qəbrlərini ziyarət etməyiniz onlara sevinc bəxş edir» . (“Biharul-ənvar”, 82-ci cild, 14-cü fəsil, 8-ci hədis)
2.ci Əhli sünnə kita blarından dəlil .Şəkildəki gördüyünüz bu hədisin mənbəyi ordadır. Hədis belədir.
əd-Darəqutni, əl-Qazi əl-Məhamilidən rəvayət edir ki, bizə Ubeydullah b. Muhəmməd əl-Vərraq rəvayət etdi, bizə Musa b. Hilal əl-Abdi, Ubeydullah b. Ömərdən, o da Nafidən, o da İbn Ömərdən mərfu şəkildə rəvayət etmişdir: Hər kim mənim qəbrimi ziyarət etsə, şəfaətim ona vacib olar. Bu hədisin sənədi ceyyiddir (güclüdür) .Əbu Həfs ibn əl-Muləqqin, əl-Bədr əl-munir fi təxric əl-əhədis və əl-əsər əl-vaqiə əş-şərh əl-kəbir, c.6, s.296; Nəşr ili: 1425/2006; təhqiq: Mustafa Əbul-Ğayt Əbdül-Hay, Muhəmməd Abdullah b. Süleyman və Yasir b. Kamal.
Buda Əhli sünnə kitablardan 2.ci hədis . ﺣﺪﺛﻨﺎ : ﻋﺒﺪ ﺍﻟﻤﻠﻚ ﺑﻦ ﻋﻤﺮﻭ ، ﺣﺪﺛﻨﺎ : ﻛﺜﻴﺮ ﺑﻦ ﺯﻳﺪ ، ﻋﻦ ﺩﺍﻭﺩ ﺑﻦ ﺃﺑﻲ ﺻﺎﻟﺢ ﻗﺎﻝ : ﺃﻗﺒﻞ ﻣﺮﻭﺍﻥ ﻳﻮﻣﺎً ﻓﻮﺟﺪ ﺭﺟﻼً ﻭﺍﺿﻌﺎً ﻭﺟﻬﻪ ﻋﻠﻰ ﺍﻟﻘﺒﺮ ﻓﻘﺎﻝ : ﺃﺗﺪﺭﻱ ﻣﺎ ﺗﺼﻨﻊ ﻓﺎﻗﺒﻞ ﻋﻠﻴﻪ ﻓﺈﺫﺍ ﻫﻮ ﺃﺑﻮ ﺃﻳﻮﺏ ﻓﻘﺎﻝ : ﻧﻌﻢ ﺟﺌﺖ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ ( ﺹ ) ﻭﻟﻢ ﺁﺕ ﺍﻟﺤﺠﺮ ﺳﻤﻌﺖ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ ( ﺹ ) ﻳﻘﻮﻝ ﻻ ﺗﺒﻜﻮﺍ ﻋﻠﻰ ﺍﻟﺪﻳﻦ ﺇﺫﺍ ﻭﻟﻴﻪ ﺃﻫﻠﻪ ﻭﻟﻜﻦ ﺇﺑﻜﻮﺍ ﻋﻠﻴﻪ ﺇﺫﺍ ﻭﻟﻴﻪ ﻏﻴﺮ ﺃﻫﻠﻪ .
Bizə Əbd əl-Məlik bin Amr rəvayət etdi: Kəsir bin Ziyad bizə Davud bin Əbi Salehdən belə dediyini rəvayət etdi: «Bir gün Mərvan bin Həkəm bir nəfərin üzünü Peyğəmbərin qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan: «Nə etdiyini bilirsənmi?» – deyə səsləndi. Yaxına gəldikdə onun Əbu Əyyub əl-Ənsari olduğunu gördü. O dedi: «Bəli, mən daşın yanına yox, Peyğəmbərin yanına gəlmişəm.» Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: «Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın.»
Əhməd bin Hənbəl, əl-Musnəd, c.17, s.42-43, h.23476; Dar əl-hədis, Qahirə, 1416/1995; təhqiq: Əhməd Şakir və Həmzə Zeyn
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder