22.02.2016

Restoranlarla bağlı fətva

Vəhhabi fətvası Səudiyyəli vəhhabi müfti özünəxidmət üsulu ilə işləyən restoranların yeməklərindən yeməyin caiz olmadığı barədə fətva verib.bu fətvanı Səudiyyə Ərəbistanı Fətva Komissiyasının və Ali Alimlər Heyətinin üzvü Saleh Fövzan "Quran Radiosu"nda iştirak etdiyi bir proqramda dinləyicinin sualına cavab verərkən verib. O bildirib ki, özünəxidmət üsulu ilə işləyən yeməkxanalarda müəyyən məbləğ müqabilində verilən xörəklərdən istənilən qədər yemək təklif olunur. Bu isə şəriətə görə doğru deyildir: "Şəriətə görə, satılan şeylə satış miqdarı müəyyən olmalıdır. Belə bufetlərdə isə satış miqdarı məlum olsa da satılan şey məlum deyildir. Belə olan təqdirdə bu cür restoranların xidmətindən istifadə etmək düzgün deyildir".

Hiç yorum yok: