22.02.2016

Qadınları qul kimi satmaq halaldı

Vehhabi fetvası Səudiyyə Ərəbistanlı vəhhabi şeyx Saleh əl-Fovzan növbəti dəfə şok fətva verib. Belə ki, ABŞ, İsrail və İŞİD-ə dəstək fətvaları ilə tanınan Səudiyyə Ali Alimlər Şurasının üzvü Saleh əl-Fovzan təkfirçi İŞİD terrorçularının iraqlı qadın və qızları bazarlarda qul kimi satması barədə fətva verərək, bu işin halal olduğunu deyib. Saleh əl-Fovzan yayınlanan videoda söyləyib ki, “İŞİD-in iraqlı qadın və qızları alıb-satması halaldır və şəri baxımdan heç bir problemi yoxdur.” Qeyd edək ki, İraq İnsan Haqları Təşkilatının sözçüsü Kamil Amin İŞİD-in Sincara hücumu zamanı yezidi qadınları qaçırdaraq qul bazarlarında satdığını açıqlamışdı. Həmçinin yezidilərin nümayəndəsi Bəkir İlyas 500-ə yaxın yezidi qadın və qızların İŞİD tərəfindən qaçırıldığını, ərəb ölkələrində 5 min dollar qarşılığında varlılara satdığını deyib.

Hiç yorum yok: