
Vəhhabi fətvası
Məhəmməd Əl-Arifinin "Cihad nikahı" fətvası
Tunisli yazar ər-Rəfiq: "Vəhhabi müftiləri cihadçıları çox sevirlərsə əvvəl öz qızlarını göndərsinlər"!
Vəhhabi müftilərin verdiyi "Cihad Nikahı" fətvasından sonra Ərəb ölkələrindən çox sayda qadının Suriyada döyüşən müxaliflərin cinsi ehtiyaclarını aradan qaldırmaq üçün Suriyaya getdikləri xəbərləri yayılmaqdadır. Xüsusilə "Əl Nusra" terrorist qrupunda döyüşənlərin cinsi ehtiyaclarını aradan qaldırmaq üçün Tunisdən 20 qadının Suriyaya gəldiyi ifadə edilir.
Nardaranpiri.com "Preess Xəbər"-ə istinadən xəbər verir ki, Səudiyyəli müfti əl-Ureyfinin fətvasından sonra Suriyaya gedən qadınlardan biri olan "Ümmü Mutab" və "13 yaşındakı "Ummul Bəra" ən çox Cihad Nikahı edən qadınlar arasında yer alırlar. Xəbərə görə, xüsusilə Ummul Mutabın yüzlərlə Cihad Nikahı etdiyini və bu şəkildə Vəhhabi müftisinin də vəd etdiyi kimi cənnətə getmək istədiyini söylədiyi qeyd olunur.
Bu fətva ilə bağlı Tunisli yazıçılardan Vəhhabi müftilərinin fətvalarına sərt reaksiyalar gəlməyə də davam edir. Tunisli yazar ər-Rəfiq "Vəhhabi müftiləri cihadçıları çox sevirlərsə əvvəl öz qızlarını göndərsinlər" deyərək hadisəyə kəskin reaksiya vermişdir.
Digər tərəfdən, BBC-nin Türkiyə şöbəsinin verdiyi xəbərə görə, başqa ölkələrdəki qadınların"Cihad Nikahı" üçün Suriyaya getməsi üçün fətva verən Səudiyyəli Müftilər, xüsusilə İordaniyadakı düşərgələrdə çarəsiz vəziyyətdə yaşayan ailələrin 10-12 yaşlarındakı kiçik qızlarını 1000-1500 sterlinqə satın alaraq, cinsi istismarlarını məruz qoyurlar. BBC-yə gözyaşları içərisində açıqlama verən bu kiçik qızlardan biri, babası yaşındakı bir adamın ona ağıla- xəyala gəlməyəcək cinsi işgəncələr tətbiq etdiyini ifadə edərək, bədəninin hər yerinin təcavüz izləri ilə dolu olduğunu söyləmişdir.
Hiç yorum yok:
Yorum Gönder