
Futbol və sair bu kimi Qərbdən gələn oyunları oynamaq doğru deyil.
Bu fikirləri Məhəmməd ibn Əbdülvəhhabın nəslindən olan və 1953-1969-cu illər arasında Səudiyyə Ərəbistanın baş müftüsü vəzifəsini daşı- yan Məhəmməd ibn İbrahim (1893-1969) səslən- dirmişdir. Məhəmmədə görə bu oyun nə xülafayi- raşidin (ilk dörd xəlifə) dövründə, nə də daha sonrakı müsəlman dövlətlərində olmamış, Qərb ölkələrində və Türkiyə kimi ölkələrdə oxuyan tələbələr tərəfindən Səudiyyə Ərəbistanına gəti- rilmişdir. Elm və dindən nəsibi olmayan bu oyuna meyl etmiş və beləcə Allahı zikr etməkdən və na- mazdan uzaqlaşmışlar. Daha sonra o, “yeddi dərədən su gətirərək” futbolun zərərlərindən bəhs edir və bu oyunun caiz olmadığını qeyd edir.
Onun sözlərindən belə çıxır ki, müsəlman-lar ancaq cihadda güclü olmaq üçün ox atmaq, üzgü- çülük, güləş kimi idman oyunları ilə məşğul olmalıdırlar. Əslində bu düşüncə şəkli həm dinə, həm də insan təbiətinə ziddir. Birincisi, Peyğəm- bərimiz (s.ə.s) ərəblərin İslama zidd olmayan adətlərini qadağan etməmişdir. Buna görə də Peyğəmbər dövründə olmayan qeyri-dini əməllə- rin qadağan edilməsinin heç bir dini əsası yoxdur. Əgər bu məntiqlə hərəkət etsək məscidlərə mina- rə tikməyi, avtomobildən və modern texnologiya- nın digər bütün nailiyyətlərindən istifadə etməyi da qadağan etməliyik. İkincisi, insanlar boş vaxt- larında stresslərini azaldacaq idman və əyləncə növləri ilə məşğul olmaq ehtiyacını hiss edirlər. İnsanlardan boş vaxtlarını sadəcə dini mətnləri oxumaqla və keçmişdən qalmış bir-iki oyun oy- namaqla keçirməyi tələb etmək onları tərki-dün- yalığa və dinimizin qadağan etdiyi rahibliyə sövq etmək deyilmi? Dünya dəyişir və dəyişdikcə də yeniliklər ortaya çıxır. İslam dini əsas prinsip- lərinə zidd olmadıqca bu yeniliklərə həmişə açıq- dır. Təsadüfi deyildir ki, Uca Allah İslamı belə təsvir edir:
Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimi- dir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (İbrahim 14/24-25)
Təfsirçilərin əksəriyyətinə görə ayədəki “xoş bir söz” İslamın təməli olan kəlmeyi-şəhadətdir. Əslində ayə İslamın əsaslarının sabit olub dəyişmə- diyini, lakin gücünü bu əsaslardan alan budaqların hər dövrə uyğun şəkildə bəhrə verdiyini nəzərdə tutaraq İslamın müəyyən bir dövrə həbs olunma- yacağına işarə edir. Buna görə də İslam adına ortaya çıxan hər yeniliyə qarşı çıxmaq İslamın ruhuna uyğun olmamaqla yanaşı onu müəyyən bir dövrün dar qəliblərinə həbs etməkdir.
Hiç yorum yok:
Yorum Gönder