
Radikal “Ən- Nur” hərəkatı yeni fətva verərək kişilərdən istəyiblər ki, arvadlarına təcavüz ediləndə onları müdafiə etməsinlər.Misirli ruhani, “sələfi cəmiyyəti” təşkilatının rəis müavini və son dərəcə radikal Nur partiyasının dini cinahının rəhbəri Yasər Burhami yeni fətva verib: İffətə təcavüz və namusa sataşmaq bir növ oğurluq hesab edilir. Ər başqa kişinin cinsi təcavüzünə və zorlamasına məruz qalan arvadının namus və şərəfini qorumaq üçün öz canını təhlükəyə atmamalıdır. O, zorlama və cinsi təcavüzü mal oğurlamaqla müqayisə edib və dediyb ki, heç kəs pula və mal – dövlətə görə həyatını təhlükəyə atmamalıdır.
“Əl-Ərəbiyyə” kanalı məlumat verib ki, fətvada deyilir: Belə bir şəraitdə ər arvadını onu zorlayan şəxsə təslim etməyə məcburdur, ər arvadını qorumağa məcbur deyil.
Fətva yayımlanandan sonra Misir ruhaniləri və dindarlari onu məhkum, sələfi sirdaşları isə müdafiə ediblər. Misir dini işlər nazirliyi Yasər Burhaminin Misir məscidlərində çıxış və dini ayinləri icrasını qadağan edib.
Hiç yorum yok:
Yorum Gönder