
Vəhhabi fətvası
Bayrağın önündə dayanmaq və himn ifa olunanda ayağa qalxmaq qadağandır.
Muhamməd Nasiruddin əl-Albani
Məşhur vəhhabi alimi Nasiruddin əl-Albaninin (1914-1999) Küveytdən gələn suallara cavabən verdiyi bu fətvasını demək olar ki, bütün vəhhabi alimləri bölüşür. Albani “Bayrağın önündə dayanmaq və himn ifa olunanda ayağa qalxmağın hökmü nədir?” sualının cavabında bu ənənənin kafir Avropa adəti olduğunu və bu səbəblə də qadağan oldu-ğunu qeyd edir. Daha sonra isə “heç bir həqiqi müsəlman dövlətinin kafir adətlərindən hansısa birini qəbul etməsi caiz deyildir” deyir.5 Lakin özünün yaşadığı Səudiyyə Ərəbistanı dövlətinin də rəsmi bayrağının və himninin olduğunun fərqinə varan Albani belə adətlərin qaldırılmasının çətinliyindən bəhs edərək bu mövzuda səbirli olmağı tövsiyə edir. Bənzər bir sual Əbdüləziz ibn Abdullah ibn Baz və Əbdürrəzzaq Afifi kimi önəmli vəhhabi alimlərin toplaşdığı “Daimi Fətva Cəmiyyəti-nə də ünvanlanmış və onlar da eyni cavabı vermişdir.
Əziz oxucular! Gəlin bir anlığa düşünək. Milli və ümumbəşəri olan hər şeydən imtina edən, dövlət atributlarına hörmətsizlik göstərən belə bir düşüncənin cəmiyyətdə hakim olması hansı fəsadlara gətirib çıxarar? Bəli peyğəm- bərimiz (s.ə.s.) başqa ümmətlərə bənzəməməyi bizə tövsiyə edib. Ama bu dini baxımdandır. Allahın son dini olan və bütün ilahi həqiqətləri özündə ehtiva edən İslam dinində təhriflərə səbəb olacağı üçün başqa dinlərdən nəyisə almaq qadağan edilmişdir. Lakin bu o demək deyildir ki, dünvəyi işlərdə dinimizə zidd olmayan qaydaları başqalarından almayaq. Peyğəmbərimiz hətta cahiliyyə dövründə mövcud olan və İslam dini ilə ziddiyyət təşkil etməyən bəzi adətləri qadağan etməmişdir. İslam tarixi boyunca da belə olmuş- dur. Müsəlmanlar həmişə dünyəvi məsələlərdə başqa dinlərin mənsubu olan xalqların nailiyyətlərindən istifadə etmiş, başda Qədim Yunan, İran, Hindistan olmaqla dünyanın bir çox bölgəsində mövcud olmuş elmi, fəlsəfi, siyasi sistemlərdən faydalanmışlar. Hicri ikinci və üçün- cü əsrlərdə qeyd olunan mədəniyyətlərin demək olar ki, əksər mənbələri ərəb dilinə tərcümə edil- miş və beləcə İslam dünyası bu gün “İslam rene- sansı” dediyimiz möhtəşəm inkişaf dövrünə qədəm basmışdı. Əgər müsəlmanlar vəhhabilərin “kafirdən alınan bütün adətlər haramdır” məntiqi ilə düşünsəydilər, onda İslam dünyası heç bir şəkildə inkişaf etməz, İslam da dünyada bu qədər yayılmazdı. Maraqlıdır ki, “Daimi Fətva Cəmiy- yəti” dövlət bayrağının önündə duraraq ona təzim etməyin haram olduğunun səbəblərindən biri kimi bu ənənənin eyğəmbərimizin dövründə olma- dığını dəlil gətirir. Onda belə bir sual ortaya çıxır: Əgər peyğəmbər (s.ə.s.) dövründə olmayan hər adət haramdırsa onda niyə məscidlərinizə minarə qoyursunuz? Axı peyğəmbərimizin dövründə belə bir adət olmayıb.
Hiç yorum yok:
Yorum Gönder