Tarixə nəzər salıb Hz Əlidən (ə) sonra, xüsusilə də İmam Hüseynin (ə) imaməti dönəmində kufəlilərin etiqadi durumunu incələdikdə şahid oluruq ki, onlar əsasən siyasi baxımdan şiəyönlü olmuşlar. Onlar yalnız Əlinin (ə) Osman və digər xəlifələrdən üstün olduğu qənaətində olmuşlar. Lakin Əli ibn Əbu Talibin (ə) və ya digər məsumların (ə) tutarlı dini dəlillərinə görə imam olduqlarını qəbul etmirdilər. Bu növ sırf siyasi baxımdan şiəyönlü olanları etiqadi baxımdan şiə adlandırmaq olmaz. Bunu sübuta yetirmək üçün bir neçə dəlilə nəzər salaq:İbn Əsakir Dəməşqi Şafei özünəməxsus sənədlə Hüreys ibn Əbu Mətərdın Sələmə ibn Küheylin belə dediyini nəql edir: "Mən Müseyyib ibn Nəcəbə Fəzari ilə Kufə məscidində görüşdüm. Orada şiələr çox idilər. Kufəlilərin hansınınsa Peyğəmbərin (s) səhabələri haqqında söhbət edərkən onu tərifləmədiyini eşitmədim, onların bütün sözü, söhbəti Əli (ə) və Osman haqqında idi.Biz bilirik ki, əhli-sünnə bütün səhabələri heç bir qeyd-şərtsiz mədh edir və adil olduqlarını önə çəkir. Yalnız sonradan siyasi şiələr adlanan qruplaşma İmam Əlinin (ə) Osmandan üstün olduğunu qəbul edirdi. Kufədə bir çoxlarının Əlini (ə) sıradan bir səhabə hesab etdikləri bir halda bəziləri də onu digərlərindən, xüsusilə də Osmandan üstün hesab edirdilər. İbn Əsakirin söylədiklərindən də bu anlaşılır.İbn Əbu əl-Hədid, Əbu əl-Həsən Mədainidən nəql edərək yazır: "Müaviyə valilərinə ünvanladığı məktubda yazırdı: "Mən, Əbu Turab (ə) və Əhli-beytin (ə) fəziləti haqqında hədis nəql edənləri bağışlamayacağam”. Bu məktubdan sonra ən ucqar yerlərdə belə bütün xətiblər minbərlərdə Əliyə (ə) lənət oxumağa, ona və Əhli-beytinə (ə) nifrətlərini elan etməyə başladılar. Həmin dövrdə ən çox hücuma məruz qalan Kufə şiələri idilər. Çünki o zaman Kufədə çoxlu sayda şiə yaşayırdı. Müaviyə Ziyadı Kufəyə vali təyin etdi. O, şiələri yaxşı tanıyırdı. Ziyad Müaviyədən aldığı əmrə əsasən şiələri gördüyü yerdə qətlə yetirirdi. Bəzən də onları hədələyərək qorxudur, əl-ayaqlarını kəsir, gözlərini çıxarırdı. O zaman bir çoxları İraqdan sürgün edildilər. Ona görə də tanınmış şiələrdən İraqda qalan olmadı.Bu Vəhhabilər öz batili fikirlərini yürütməyə cəhd göstərsələrdə , amma onlara macal vermirik))
21.06.2016
Vəhhabilər çox vaxt Küfə şiələrdən misal gətirir , baxaq görək kimidir onlar .
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder