21.06.2016

Vəhhabi şeyxindən qəribə fətva: “Timsah əti halaldır”


Sələfi şeyxi timsah ətinin halal olması barədə fətva verib. Terrorçu İŞİD və Nusra qruplaşmalarını dəstəkləyən sələfi şeyxi Məhəmməd Üreyfi yeni fətvasında timsah və su ilanı kimi sürünən heyvanların ətinin halal olduğunu deyib. Üreyfi fətvasına sübut gətirmək üçün Qurani-Kərimdə dəniz ovu edilməsinin halal olduğunu söyləyib. Qurani-Kərimdə timsahın yeyilməməsi haqqında bir istisna olmadığını söyləyən Üreyfi, buna görə də timsah ətinin halal olduğunu bildirib.

Hiç yorum yok: