30.05.2016
Əbu-Bəkrə ilk beyət edən şəxs.
Süleym ibn Qeys Hilali rəvayyət edir ki, bir gün Səlman Farsi mənə dedi.
- Camaat Əbu-Bəkrə beyyət etməyə başladıqdan sonra mən Əlinin (ə) evinə gedib ona dedim.
-Ya Əli.! CAMAAT Əbu-Bəkrə beyyət edir. Bə'ziləri hətta bir əllə kifayətlənməyib onunla iki əlli görüşərək beyyət edirlər. Bə'ziləri isə Əbu-Bəkrin sağ əli ilə mümkün olmadıqda sol əli ilə görüşərək ona beyyət edirlər.
Əmirəl Möminin Əli (ə) dedi..
- Ey Səlman.! Hiylə və fırıldaq yolu ilə xilafəti əldə etməyin heç bir faydası yoxdur. Heç bilirsənmi ki, Əbu-Bəkrə birinci kim beyyət etdi.?
-Xeyr, Ağa.! Bilmirəm. Lakin Səqifeyi Bəni-Saidədə ilk beyyət edən şəxs Bəşir ibn Sə'əd, ikinci Əbu übeydə ibn Cərrah, üçüncü Ömər ibn Xəttab, dördüncü Salim Mövla Əbu Hüzeyfə idi.
- Mən Səqifeyi Bəni-səidədə beyət edənləri soruşmuram, Əbu bəkr minbərdə oturduqdan sora məsciddə ona beyyət edənlərin birincisini soruşuram.
-Xeyr Ağa.! Orada kimin ilk beyət etdiyin tanımadım. Lakin qoca bir şəxs gördüm. Onun alnında səcdənin izi açıq-aşkar bilinirdi. Əlindəki əsanı yerə vura-vura Əbu Bəkr oturduğu minbərə yaxınlaşıb ağlayan bir halda üzünü Əbu-Bəkrə tutub dedi:
ألحدلله ألذىلم يمتنى ولم يخرجنى من الدنيا حتى رأيتك فى هذا المكان. أبسط يدك أبايعك.
Əlhəmdu lillahil-ləzi ləm yumitni və ləm yuxricni minəd-dünya hətta rəəytukə fi hazəl-məkan. Ubsut yədəkə, ubayiukə.
" Həmd olsun ALLAHA ki, mənə uzun ömr verib dünyada o qədər saxladı ki, səni bu gün bu minbərdə əyləşən gördüm. Əlini uzat, sənə beyət edim."
Əbu Bəkr əlini uzadaraq onunla görüşdü. Qoca kişi ona beyyət etdikdən sonra məscidi tərk edərək getdi.
Əmirəl-Möminin (ə) buyurdu.
-Ey səlman.! Heç bildin ki, Əbu-Bəkrə beyyət edən o qoca kişi kim idi.?
-Xeyr, bilmədim. Amma onun çöhrəsindən (simasından) heç xoşuma gəlmədi.
Əli (ə) buyurdu:
-- O, Allahın lə'nətinə gəlmiş iblis (şeytan) idi. Çünki Peyğəmbər (s) mənə demişdi ki, Qədir-Xum səhrasında mən səni xəlifə və canişin tə'yin edərək bu hadisənin şahidlərinin bunu görməyənlərə də xəbər vermələrini dedikdən sonra Şeytanın köməkçiləri onun yanına gəlib dedilər:
" Bu ümmət xəlifəsini tanıdığı üçün ALLAHIN rəhm etdiyi ümmətdir. Bunlar Peyğəmbərin (s) xəlifəsi və özlərinin imam və rəhbərlərini tanıdıqdan sonra daha bizim bunlara gücümüz çatmaz"
Şeytan bu həqiqəti düşünüb qüssələnərək Qədir-Xum səhrasından getdi. Lakin Peyğəmbər (ə) bu sözü mənə dedikdən sonra buyurdu:
" Ancaq şeytanın bu cür qüssələnib bu səhradan getməsinə baxma.! Çünki mənim vəfatımdan sonra səninlə xilafət barəsində düşmənlik edəcək şəxslər əvvəlcə Səqifəyi Bəni-Saidədə Əbu-Bəkrə beyyət edəcək, sonra isə mənim məscidimə gəlib o beyəti tamamlayacaqlar. Məsciddə Əbu-Bəkrə beyət edənlərin birincisi şeytan olacaqdır ki, O - Qoca bir kişi şəklində görünəcəkdir. Şeytandan sonra onun köməkçiləri "ƏBALİSƏ və ŞƏYATİN beyyət edəcəklər.
Şeytan orada üzünü öz köməkçilərinə tutub deyəcək:
" Siz Qədir-Xum bayramında belə güman etdiniz ki, mənim bu ümmətə gücüm çatmaz, bunları azdıra bilmərəm.? Görürsünüzmü ki, bu ümməti haqdan uzaqlaşdıraraq necə yoldan çıxarmışam.?! Belə ki, ALLAH və onun Peyğəmbərinin (s) tə'yin etdiyi xəlifəni qoyub hiylə və fırıldaq yolu ilə xilafəti qəsb edənə beyət edirlər."
Mənbə:
حقائق الإسلام الخفية خطأ و85،86
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
ƏBALİSƏ - yəni İBLİS sözünün Cəmi ( İBLİSLƏR )
ŞƏYATİN - yəni ŞEYTAN sözünün cəmidir ( ŞEYTANLAR ).
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
PS.... zor olsada yazdım HAQQI DEMƏY BORCUMUZDUR... və sondasa BİR QURAN ayəsi və SƏHİH hədislə sözümü sona çatdırıram..
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
إِنَّ الَّذِينَ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ آمَنُوا ثُمَّ كَفَرُوا ثُمَّ ازْدَادُوا كُفْرًا لَمْ يَكُنِ اللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًا
“İman gətirib, sonra kafir olan və bir daha iman gətirib yenə kafir olan, sonra da küfrlərini artıran şəxsləri, Allah onları heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir.” (Nisa, ayə.137)
İmam Sadiq (ə.s) bu ayə barədə deyir: “Bu ayə Əbu Bəkr, Ömər və Osman haqqındadır ki, işlərinin əvvəlində zahirən Peyğəmbərə (s.a.v.s) iman gətirdilər və sonra Əlinin (ə.s) vilayətini qəbul etməyib küfr etdilər. Elə ki, (Ğədir-Xumda) Peyğəmbər (s.a.v.s) deyəndə ki: “Mən kimin hökmdarıyamsa bu Əli (ə.s) də onun hökmdarıdır.” - bu vaxt vilayəti qəbul etdilər, amma Peyğəmbər (s.a.v.s) dünyadan köçdükdən sonra yenə küfr etdilər. Ğədir-Xumdakı beyətlərini pozaraq İmam Əliyə (ə.s) beyət edənləri də azdırıb onları özlərinə beyət etməyə məcbur etdilər və bununla da küfrlərini artırdılar və beləliklə onların qəlbində zərrə qədər də iman qalmadı.” (“Usul-Kafi” 1/420, hədis.42)
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder