21.02.2016

Möhürə səcdə

Şiələr nə üçün yerə səcdə etmələri aydın olsun deyə imam sadiqin buyurduğu bir hədisi qeyd etməyimiiz kifayətdir.O həzrətin savadlı şagirdlərindən olan Hişam ibn Həkəm soruşduki,nəyin üzərinə səcdə etmək olar və nəyin üzərinə sədə etmək olmaz?İmam buyurdu:Səcdə yalnız yerə yerdən göyərənlərə-yeməlilər geyməlilər istisna olmaqla-caizdir.Hişam dedi:Sənə fəda olum onun hikməti nədir? İmam buyurdu:Çünki səcdə mütəal Allahın dərgahında xüzunun (bəndəçilik izhar etməyin) son həddidir,buna görə də yeməlilərin və geyməlilərin üzərinə səcdə edilməsi yaxşı olmaz.Çünki dünyapərəstlər yeməlilərin,geyməlilərin quludur,səcdə edən şəxsdə səcdə halında Allaha ibadətlə məşğul olduğuna görə laiq deyildir ki,alnını dünyanın bər-bəzəklərinə məftun olub aldananların məbudunun üzərinə qoysun. Sonra İmam buyurdu: Torpağa səcdə etmək daha fəzilətlidir,çünki bu Allah dərgahında bəndəçilik və xüzunu daha yaxşı yetirir Torpağa səcdə etmək barəsində məhşur Peyğəmbər hədisi. Yer mənim üçün səcdəgah təharət (təyəmmüm) səbəbi qərar verilmişdir. Əbu Hüreyrə deyir:Peyğəmbəri yağışlı bir gündə gördüm;O,torpağa səcdə edir və (palçığın) əsərləri onun alnında və burnunda görünürdü. Ayişə deyir:Mən heç vaxt görmədim ki,Peyğəmbər (səcdə vaxtı)alnını bir şeylə bürümüş və ya örtmüş olsun. Peyğəmbərin qadınlarından biri olan Məymunədən belə nəql olunur;Peyğəmbəri Əkrəm bir parça həsir üzərində namaz qılar elə orada da səcdə edərdi. Cabir ibn Əbdullah Ənsari deyir: Mən zöhr Namazını Peyğəmbərlə biirlikdə qılırdım.Bir qədər kiçik daş qırıntılarını götürüb o əlimdən bu əlimə verirdim,soyusun və ona səcdə edim.Bu iş havanın şiddətli isti olmasına görəydi. Ənəs ibn Malik deyir: Biz qızmar bir havada Peyğəmbərin hüzurunda idik.Xırda daş parçalarını əlimzdə soyudur sonra onu yerə qoyaraq səcdə edirdik. Əbdullah ibn Məsud torpaq tapmayınca namaz qılmır,yaxud səcdə etmirdi. (Ayətullah əl-uzma Şeyx Nasir Məkarim Şirazi)

Hiç yorum yok: