20.02.2016

Həyat yoldaşının ətini yemək haqqında fətva

 Londonda nəşr olunan “Əl-Qudsul-Ərəbi” qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz Ali Şeyx zərurət halında kişinin öz həyat yoldaşının ətini yeməsinə icazə verib.
O, özünün yeni fətvasının izahında belə söyləyib: “Əgər kişi acından ölüm halına çatarsa bu zaman həyat yoldaşının ətindən bir qismini yeyə bilər. Bu ona görədir ki, qadın kişidən tam itaət etməlidir.”
Əlbəttə o izah etməyib ki, belə bir şəraitdə təbii ki, qadın da acından ölmə həddindədir, bəs o nə yeməlidir?
Vəhabi müftinin bu ilginc fətvası ərəb dünyasında ciddi etirazla qarşılanıb.

Hiç yorum yok: