9.09.2017

Xanım Zəhranın (ə) evinə hücum.(Əhli sünnə mənbələrində)



Bizə Muhəmməd ibn Bişr nəql edib dedi: bizə Ubeydullah ibn Ömər nəql edib dedi: bizə Zeyd ibn Əsləm atası Əsləmdən nəql edib dedi ki: "Allah Rəsulundan (s) sonra Əbu Bəkrə beyət edildiyində Əli və Zübeyr Fatimə binti Rəsulillahın (s) yanına daxil olur, onunla məşvərət edirdilər. Bu xəbər Ömərə çatınca evindən çıxıb Fatimənin yanına gəldi. Dedi: “Ey Allah Rəsulunun (s) qızı, Allaha and olsun ki, sənin atan qədər bizə əziz olan bir kəs yoxdur, sənin atandan sonra da sənin qədər bizə əziz olan bir kəs yoxdur. Lakin, Allaha and olsun ki, bu bu şəxslər sənin evinə yığışacaqları təqdirdə evin onlarla birlikdə yandırılması əmrini verməyimə mane ola bilməz!” Ömər gedincə onlar Fatimənin yanına gəldilər. Fatimə onlara dedi: “Bilirsinizmi ki, Ömər mənim yanıma gəlib Allaha and içdi ki, əgər yenə də bura gəlsəniz, evi sizinlə birlikdə yandıracaq. And olsun ki, o and içdiyi şeyi mütləq edəcək.” Onlar da Fatimənin yanından ayrıldılar və Əbu Bəkrə beyət edənə qədər onun yanına qayıtmadılar."

(İbn Əbi Şeybə,  "əl-Müsənnəf," c.13, səh.468-469, hədis 38042)

Hiç yorum yok: