27.08.2017
Xanım Aişənin ölmü haqqında niyə danışılmır və hər zaman gizli saxlanılır?
Bildiyimiz kimi Xanım Ayşə peyğəmbərin (s.) xanımlarından biri olmuşdur. Ancaq nədənsə onu uca tutan əhli sünnə heç vaxt onun ölümündən söz açmır. Çünki, bu məsələ aşkarlansa onların xeyrinə olmayan bir çox digər məsələlər üzə çlxacaq. İslamaz.com olaraq bu tarixi cinayətin üzərindən pərdəni götürürk. Görəsən Xanım Ayşə öz əcəli ilə ölüb yoxsa ona da sui qəsd olunub ?
Xanım Ayşənin öldürülməsi:
Vaxtilə Peyğəmbərin (s.) həyat yoldaşı olmuş Ayşə hicrətin 58-ci ili Ramazan ayının 17-si axşam çağı Müaviyənin (l.ə.) əli ilə öldürüldü. Müaviyə (l.ə.) Xanım Ayşəni öldürmək üçün Şamdan Mədinəyə gəldi, evlərin birində dərin quyu qazdırdı, quyunun içinə daş-kəsəklər atdı, quyunun üstünə isə bahalı palaz sərdi, işa namazından sonra görüş üçün Ayşəni evə çağırdı, Xanım Ayşə evə daxil olanda Müaviyə (l.ə.) ona həmin yerdə oturmağı təklif etdi. Ayşə oturan kimi quyuya yıxıldı və həlak oldu.
Bu yazılan mötəbər Əhli Sünnə qaynaqlarına əsaslanır. Həqiqət bu qədər aydın olduğu halda hələdə bəziləri islam düşməni Müaviyyəni (l.ə.) səhabə və peyğəmbərin (s.) ən yaxını kimi qələmə verərək onun cinayətlərini ört-basdır etmək fikrindədir. Səbəbi isə gün kimi aydındır.
Əhli Sünnə:
1.Təşyidul məvatin 16-cı cıld 502-ci səhifə.
2. Həbibus seyr 1-ci cild 425-ci səhifə.
3. Hədiqətul hədiqə 138-ci səhifə.
Bu araşdırma: İslamaz.com saytınındır.
Ceyhun Salmanoğlu.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder