9.09.2017
Osman ibn Əffanın Uhud döyüşündən qaçması.
Bizə Musa ibn İsmayıl rəvayət etdi, bizə Əbu Əvanə rəvayət etdi, bizə Osman ibn Məvhəb rəvayət etdi və dedi: “Misirdən olan bir şəxs Allah evini həcc etməkdən ötrü Məkkəyə gəldi. Bir dəstə oturmuş şəxs gördü və dedi: “Bu şəxslər kimdirlər?” Dedilər: “Bunlar qüreyşlilərdirlər”. Dedi: “Aralarında şeyx kimdir?” Dedilər: “Abdullah ibn Ömər.” Dedi: “Ey Ömərin oğlu, mən səndən bir neçə şey barədə soruşacağam, mənə cavab ver. Bilirsən ki, Osman Uhud günü döyüşdən qaçmışdır?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Bədrdə olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Dedi: “Bilirsən ki, o, Ridvan beyətində olmamış və orada iştirak etməmişdir?” Dedi: “Bəli.” Həmin şəxs dedi: “Allahu əkbər.”
(Muhəmməd ibn İsmayıl Buxari, "Cami əs-Səhih", c-3, səh-1353, hədis 3495)
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder