9.09.2017

Əbu Bəkr Peyğəmbərin (s) yaxınlarına düşən xümsü vermirdi.



Bizə Ubeydullah ibn Ömər ibn Məysərə rəvayət etdi, Əbdur-Rəhman ibn Məhdi bizə Abdullah ibn Mubarəkdən, o da Yunus ibn Yəziddən, o da Zuheyridən onun belə dediyini rəvayət etdi: mənə Səid ibn Musəyyib xəbər verdi, mənə Cubeyr ibn Mutimin xəbər verdiyinə görə o, Osman ibn Əffan ilə birlikdə Peyğəmbərin (s) xümsdən Haşim oğulları ilə Mütəllib oğulları arasında paylaşdığı barədə söhbət edərək Rəsulullahın (s) hüzuruna çatırlar. Mən dedim: "Ey Allahın Rəsulu, sən xümsün bir qismini qardaşlarımız Mütəllib oğullarına payladın, amma bizə heç bir şey vermədin. Ancaq bizim hər ikimiz sənə eyni dərəcədə yaxınıq." Peyğəmbər (s) cavab verdi: "Haşim oğulları ilə Mütəllib oğulları eyni şeydir." Cubeyr dedi: "Peyğəmbər (s) bu xümsdən Haşim oğulları ilə Mütəllib oğullarına verdiyi kimi Əbduşəms və Nofəl oğullarına vermədi."  O dedi: "Əbu Bəkr xümsü eynilə Rəsulullah (s) kimi bölüşdürərdi, lakin Rəsulullahın (s) öz yaxınlarına verdiyi hissəni Əbu Bəkr onlara verməzdi. Ömər ibn Xəttab xümsdən onlara bir hissə verərdi. Osman da onun kimi."

(Əbu Davud Sicistani, "Sünən, Cihad kitabı,"  c-3, s-60, h-2686)

Hiç yorum yok: