Səhifələr
▼
27.08.2017
Lə'nət ancaq Allahamı məxsusdur?"
Bismilləhir rahmənir rahim
Qıssa formada olaraq bir mövzuya diqqətinizi çəkmək istəyirik. O mövzu ki, sən demə neçə-neçə insanlar Qurandan xəbərsizdirlər deyə Vəhhabilərin (Sələfi) təbliğlərindən şübhəyə düşərək elə düşünürlər ki, lə'nət ancaq Allaha məxsusdur, yə'ni ki, ancaq Allah lə'nət oxuya bilər ya lə'nətləyə bilər. Bu təbliği də qəsdli şəkildə aparmışlar ki, onların, haqqlarında yalançı fəzilətlər uydurduqları münafiqlər (Əbubəkr, Ömər, Osman, Muaviyyə və.s) haqqında lə'nət oxunmasın. Amma bəzi Qurandan xəbərsiz olan qardaş və bacılarımız isə bu hiyləyə həmin anda inanırlar. Əzizlər bu düşüncə sisteminin Quran təmamilə ziddinə çıxır və bu haqqın mələklərə və insanlara da aid olduğunu buyurur. Onun üçün də Quranı sonacan və üzərində düşünərək nəfsdən kənar oxumaq lazımdır. Bəs biz dedik axı Allah bu haqqı mələklərə və insanlara da verir, elə isə hansı surə və ya hansı ayələrdə?
Məsələn qeyd edəcəyimiz iki ayədə Allah lə'nətin mələklər və insanlara da aid olduğunu bildirir. Necə ki, Əl Bəqərə (2) surəsinin 161-ci ayəsində Allah belə buyurur:
إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُولَٰئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
Kafir olanlara (küfrləri səbəbi ilə) kafir halında ölənlərə Allahın, mələklərin və insanların lə'nəti olsun.
Başqa bir ayədə, Ali-İmran (3) surəsinin 87-ci ayəsində yenə oxuyuruq ki, Allah buyurur:
أُولَٰئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ
(İslamı din kimi, peyğəmbəri (s) isə peyğəmbər kimi qəbul etdikdən sonra münafiqliyi və kafirliyi seçib də küfrə düşəndə) Onların cəzaları heç şübhəsiz Allahın, mələklərin və insanların lə'nətlərinə düçar olmaqdır.
Deməli bu iki ayədən bəlli oldu ki, lə'nət var və Allahın, Ona, dininə, peyğəmbərinə və pak mə'sum olan Əhlibeytinə (ə.s) asi olan zalımların və ya hansısa haqqsız bir zülmün müqabilində zalımlara qarşı bizlərə olan əmri və silahıdır. Sadəcə öz nəfslərini özlərinə rəbb seçənlər bu həqəqiqətləri görməzdən gəlməyə çalışırlar ki, haqq unudulsun. Allah-Təala sizləri və bizləri öz haqq-yolunda sabit-qədəm olan bəndələrindən qəbul buyursun. Amin...
"İlahiyyatçı Seyyid Elçin Musəvi"
Hiç yorum yok:
Yorum Gönder