Ey iman gətirənlər!Təqvalı olun, sizi Allah yaxınlaşdıracaq vəsilə axtarın...”. (Maidə surəsi, ayə 35) İmam Əli (ə.) buyurdu ki,peyğəmər (s.a.v.v.) bu ayənin təfsirində belə buyurdu:“Övladlarımdan gələn İmamlara itaət Allaha itaətdir. Onlara üsyan isə Allaha üsyandır. Onlar qopmayan qulp (urvətil-vusqa)və Allaha vəsilədirlər." (“Meveddet Pinarları” səh. 92) Əllamə Hindi bu ayənin təfsirində “Əhli-beyti (ə)Qiyamət günündə Allaha vəsilə olduğunu” qeyd edir. (“İrcəhul Mətalib“ səh. 591-592) Bu ayənin İmam Əli(ə) haqqında nazil olduğunu bir çox Əhli-sünnə alimləri qeyd ertmişlər:(“Mənaqib İbni Məğazili” səh.56, İbni Həcər Heysəmi“Məcməuz-zəvaid” c.1, səh.239,“Mənaqib-ul Miətu Mənaqib”nömrə 53, səh.36)
Hiç yorum yok:
Yorum Gönder