Səhifələr
▼
2.11.2016
Əhli-sunnənin imami Şafiidən sələfilərə (vəhhabilərə) cavab.
Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə(dindən çıxmaqdırsa), Qoy bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm!İbn Həcər şeiri təqdim etdikdən sonra yazır: “Beyhəqi deyib: “Şafii bu sözləri o zaman söyləmişdir ki, xəvaric tayfası həsəd və kin-küdurətlə onu rafizilikdə ittiham edirdi”.Burada maliki məzhəbli alim İbn Səbbağ Məkkinin“əl-Füsul əl-mühimmə” kitabından bir hissəni xatırlamaq yerinə düşər. Həmin kitabda böyük din alimlərindən Beyhəqiyə istinadən nəql olunur:İmam Şafiiyə xəbər verdilər ki, camaat Əhli-beytin fəzilətləri haqqında danışılan söhbətləri dinləmək istəmir. Hər kim bu barədə danışsa, onu təkləyib, “rafizi” adlandırırlar. İmam Şafii bunu eşidəndə aşağıdakı söz parçasını yazdı:Hər hansı məclisdə Əlidən,Peyğəmbərin iki qız nəvəsindən və pak Fatimədən söhbət düşəndə,Deyirlər ki, ay camaat, danışan adamdan üz çevirin!Çünki onun dedikləri rafizilərin hədislərindəndir. Fatiməni sevməyi rafizilik kimi görən Belə adamlardan Allaha pənah aparıram.Namazda Peyğəmbərə və Əhli-beytə salavat deyilməsinin vacibliyi barədə aşağıdakı şeir də İmam Şafiiyə məxsusdur:Ey Allah Rəsulunun Əhli-beyti! Sizin məhəbbətiniz Allah tərəfindən nazil olmuş Quranda bizlərə fərz (vacib) bilinib.Sizin qədr qiymətinizin ucalığı üçün bu kifayət edər ki, Hər kim Sizə salavat göndərməsə, onun namazı sayılmaz.
Hiç yorum yok:
Yorum Gönder