Şiələrlə qaba rəftarın şahidi olmuş bir vəhhabiyə dedim: "Məgər siz Peyğəmbər (s) sünnəsini qəbul etmirsiniz? Məgər "Səhih Buxari”, "Səhih Müslüm”ü mötəbər kitab saymırsınız? "Elədir ki var” –deyə müsahibim cavab verdi. Ona "Səhih Buxari”də Ömər ibn Xəttabdan nəql olunmuş bir hədisi xatırlatdım: Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənə əmr olunub ki, insanlar "la ilahə illəllah” deyənədək onlarla döyüşüm. Hər kəs "la ilahə illəllah” desə, malı və canı mənim tərəfimdən amandadır...”("Səhih Buxari”, kitabuz- zəkat, səh. 225, hədis 1399.) Bu hədis "Səhih Müslim”də də nəql olunmuşdur.("Səhih Müslüm", babul-əmr, səh. 72, hədis 32.) Sonra dedim: "Belə hədislər nəql olunduğu halda, Peyğəmbərin (s) hüzurunda "la ilahə illəllah, muhəmmədən rəsulullah” deyən namazqılana hansı əsasla əziyyət verir, onun malını əlindən alırsınız?” O, başını aşağı salıb susdu. Mən davam etdim: "Şiələr yalnız dava-dalaş düşməməsi üçün, Peyğəmbər (s) və əhli-beytin ziyarətinə nail olmaq xatirinə bu kobudluqlara, təhqirlərə dözürlər.” Müsahibim dedi: "Haqlısınız, İslam icazə vermir ki, müsəlman kiminləsə belə rəftar edə.” Sonra üzr istədi və sağollaşıb getdi. Qeyd edim ki, belə qaba rəftarlar yalnız səccadə və ya möhürlə bağlı deyil. Vəhhabilər məktəbli gəncləri şiələrə qarşı düşmən ruhda tərbiyə edir, onları inandırırlar ki, şiələr müşrikdir. Məscidün- nəbidə dəfələrlə vəhhabi gənclərin təhqirləri ilə qarşılaşan şiələr olub .Allah onlara ağıl versin.
Hiç yorum yok:
Yorum Gönder