2.11.2016
Vəhabilərin yalani Əbu Bəkrin fəzilətini artıran ayə var))))
Bu vəhabilər yenə öz batil inancından əl çəkmək istəmədiyi halda, Əbu Bəkri mağarada olduğu ayəni özünə məqam hesab edirlər .Ayə belədir. Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Sour» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi (yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir! Allah yenilməz qüdrətli və hikmət sahibidir. ) Tövbə 40). 1.-ci şərh. . Ayədəki mühüm nöqtələrə işarə edib və daha sonra bir neçə diqqəti cəlb edəcək sualları siz əzizlərə təqdim edəcəyik: Əvvəlcə onu demək lazımdır ki, Əhli Sünnə alimlərindən Əbu Bəkrin deyil, başqa birisinin Həzrət Peyğəmbər (s) ilə mağarada olduğunu iddia edənlər də mövcuddur. Bu iddianı edənlər azlıq təşkil etdiyindən onları qeyd etmirik. 2-ci şərh. "İbn Əbu Hatəm, Əbu Şeyx, İbn Mərduveyh, Beyhəqi "Dəlail” kitabında və İbn Əsakir öz tarixində İbn Abbasdan Allahın bu ayəsi (Allah ona Öz rahatlıq və xatircəmliyini nazil etdi) barəsində belə deyir: (Yəni) Əbu Bəkrə (Allah öz xatircəmliyini nazil etdi). Çünki Həzrət Peyğəmbər (s) onsuz da rahat və xatircəm idi”. 3-cu şərh. Həmçinin Allah Təalanın "Allah ona Öz rahatlıq və xatircəmliyini nazil etdi” ayəsindən məqsəd Həzrət Peyğəmbər yox, Əbu Bəkr olduğunu iddia edirlər və yekdil olaraq "Həzrət Peyğəmbər (s) onsuz da xatircəm və arxayın idi” deyirlər. Şəxsi nəzərlərin yox, Qurani-Kərimin ayələrinin biri digəri üçün müfəssir (təfsirçisi) olduğunu nəzərə alsaq, başqa bir ayəyə müraciət etməklə bu problem öz həllini tapır. Allah Təala "Fəth” surəsinin 26-cı ayəsində buyurur: ﻓَﺄَﻧﺰَﻝَ ﺍﻟﻠَّﻪُ ﺳَﻜِﻴﻨَﺘَﻪُ ﻋَﻠَﻰ ﺭَﺳُﻮﻟِﻪِ ﻭَﻋَﻠَﻰ ﺍﻟْﻤُﺆْﻣِﻨِﻴﻦَ Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi (Əl-Fəth26). 4-cu şərh. Beləliklə, düşünməyi özlərinə faydalı və insani xislət hesab edən haqq əhlinə bir neçə sual ünvanlamaq istəyirik : Əgər Əbu Bəkrin Həzrət Peyğəmbər (s) ilə yoldaşlığı ( ﺻﺎﺣﺒﻪ ) onun üstünlüyünə dəlildirsə, elə isə, nə üçün Həzrət Yusifin (ə) müşrik olan zindan yoldaşları barədə də eyni yoldaş söz ( ﺻﺎﺣﺐ ) işlədilib? Məgər Allah Təala Həzrət Yusifin (ə dilindən buyurmadımı: ﻳَﺎ ﺻَﺎﺣِﺒَﻲِ ﺍﻟﺴِّﺠْﻦِ ﺃَﺃَﺭْﺑَﺎﺏٌ ﻣُّﺘَﻔَﺮِّﻗُﻮﻥَ ﺧَﻴْﺮٌ ﺃَﻡِ ﺍﻟﻠّﻪُ ﺍﻟْﻮَﺍﺣِﺪُ ﺍﻟْﻘَﻬَّﺎﺭُ «Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»(Yusif 39).Məgər, bu iki nəfər üçün Həzrət Yusif (ə) ilə yoldaşlıq etmək fəzilət və üstünlük idimi? Əgər bu yoldaşlıq üstünlük hesab edilmirsə, elə isə Əbu Bəkirin Həzrət Peyğəmbər (s) ilə yoldaşlığı nə üçün üstünlük hesab edilməlidir? Bunu da diqqətinizə çatdıraq ki, Həzrət Yusifin (ə) zindan yoldaşları, O həzrət ilə beş il yoldaşlıq etmişlər. Amma Əbu Bəkr Həzrət Peyğəmbər (s) ilə "Sour”mağarasında məlum olduğu kimi üç gün yoldaşlıq etmişdir. ( ﻣﻜﺚ ﺃﺑﻮ ﺑﻜﺮ ﺭﺿﻲ ﺍﻟﻠﻪ ﻋﻨﻪ ﻣﻊ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ ﺻﻠﻰ ﺍﻟﻠﻪ ﻋﻠﻴﻪ ﻭﺳﻠﻢ ﻓﻲ ﺍﻟﻐﺎﺭ ﺛﻼﺛﺎً Əbu Bəkr Peyğəmbər (s) ilə mağarada üç gün qaldı. (Əd-durrul-mənsur cild 5).Əgər bu bir neçə gün edilən yoldaşlığa görə Əbu Bəkri ümmətin içərisində ən üstün şəxs hesab etsək, ədaləti qorumaqdan ötəri Həzrət Yusifin (ə) zindan yoldaşları üçün bu yoldaşlığı hansı məqam və fəzilət kimi qiymətləndirməliyik? Görəsən bu iddianı irəli sürənlər Qurani-Kərimdən xəbərsizdilər, yoxsa yenə də adətlərinə uyğun olaraq təəssübkeşlikdən və digər amillərintəsirindən deyəcəyimiz ayəni nəzərə almayıblar? Məgər Allah Təala yuxarıda qeyd etdiyimiz ayədə(Əl-Fəth 26) buyurmur ki; "Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlbrahatlığı nazil etdi”.İddiaçıların müddəalarının əksinə olaraq AllahTəala hər an Öz Peyğəmbərinə (s) və möminlərə aramlıq və xatircəmlik nazil edir. Əzizlər, məlum olduğu kimi, qəm-qüssəli halda(Əbu Bəkir o qədər qəm-qüssəli idi ki, hətta ayə də nazil oldu " qəm yemə, Allah mütləq bizimlədir” Tövbə 40.) Həzrət Peyğəmbər (s) ilə birlikdə mağaraya getmək fəzilət hesab olunur və xilafətə digərlərindən daha layiqli olmasına dəlalət edir, elə isə, nə üçün Əhli-Sünnə müfəssirlərinin (təfsir alimlərinin) etiraf etdikləri kimi, "Təthir”(Əhzab 33), ”Mübahilə”(Ali-İmran 61), ”Məvəddət”(Şura 23) və onlarla barəsində açıq-aşkar ayə nazil olan Həzrət Əli (ə) barədə bu üstünlüyün bir hissəsi belə qeyd olunmur? Buna nə ad vermək olar? Təəssüb ya düşmənçilik?! Bəli, hər şey gün kimi aydındır, sadəcə etiraf etmək lazımdır ki, şəfəq saçan günəşdir. Siz əzizləri Allah Təalanın haqq sözləri barədə azacıq düşünməyə və bu düşüncə ilə haqqı batildən ayırmağa dəvət edirik. Necə ki, Allah Subhan Təala Qurani-Kərimdə buyurur: ﻭَﻣَﺎ ﻳَﺬَّﻛَّﺮُ ﺇِﻻَّ ﺃُﻭْﻟُﻮﺍْ ﺍﻷَﻟْﺒَﺎﺏِ (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz. (Əl-Bəqərə 269, Ali-İmran 7). ﻭَﻗُﻞْ ﺟَﺎﺀ ﺍﻟْﺤَﻖُّ ﻭَﺯَﻫَﻖَ ﺍﻟْﺒَﺎﻃِﻞُ ﺇِﻥَّ ﺍﻟْﺒَﺎﻃِﻞَ ﻛَﺎﻥَ ﺯَﻫُﻮﻗﺎً Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir (İsra 81). Allah Təalanın buyurduğu kimi, əvvəl ağıl və düşüncə sahibi olaraq, düşünüb haqqı araşdıraraq qəbul edək. Əks təqdirdə haqq aradan gedər. ﻭَﺍﻟﺴَّﻠَﺎﻡُ ﻋَﻠَﻰ ﻣَﻦِ ﺍﺗَّﺒَﻊَ ﺍﻟْﻬُﺪَﻯ Salam olsun doğru yola tabe olan kəslərə!
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder