Əhli-Beytin (ə) imamət və vilayətini
müsəlmanlara vacib edən üç mühüm ayə və nazil olma səbəbi
Zirr, Abdullahdan belə nəql edib: "Biz Allahın rəsulunun (s) sağlığında ("Maidə" surəsinin 67-ci ayəsini) belə oxuyurduq: "Ey Elçi! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et ki, Əli möminlərin əmiridir. Əgər (bunu) etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq".
زِرٌّ عَنْ عَبْدِ اللَّهِ قَالَ: كُنَّا نَقْرَأُ عَلَى عَهْدِ رَسُولِ اللَّهِ ص يا أَيُّهَا الرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ أَنَّ عَلِيّاً مَوْلَى الْمُؤْمِنِينَ وَ إِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ.
"Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm" (Şura, 23) ayəsi barədə İbn Abbasdan belə nəql olunub: "Allahın rəsulundan (s) soruşdular: "Sevgiləri bizə vacib olan kəslər kimlərdir?"
Peyğəmbər (s) buyurdu: "Əli, Fatimə və onların iki oğludur". Bunu üç dəfə təkrar etdi".
قَوْلُهُ تَعَالَى قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبى عَنِ ابْنِ عَبَّاسٍ قَالَ سُئِلَ رَسُولُ اللَّهِ ص مَنْ هَؤُلَاءِ الَّذِينَ يَجِبُ عَلَيْنَا حُبُّهُمْ قَالَ عَلِيٌّ وَ فَاطِمَةُ وَ ابْنَاهُمَا قَالَهَا ثَلَاثَ مَرَّاتٍ.
"Allaha itaət edin, Elçiyə və sizdən olan əmr sahiblərinə itaət edin" (Nisa, 59) ayəsi barədə Əbdülğəffar ibn Qasim belə deyib: "Cəfər ibn Muhəmmədin (ə) bu ayədəki "Ulul-əmr" barəsində belə dediyini eşitdim: "Allaha and olsun ki, Əli onlardan idi".
قَوْلُهُ تَعَالَى أَطِيعُوا اللَّهَ وَ أَطِيعُوا الرَّسُولَ وَ أُولِي الْأَمْرِ مِنْكُمْ عَنْ عَبْدِ الْغَفَّارِ بْنِ الْقَاسِمِ قَالَ سَأَلْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ ع عَنْ أُولِي الْأَمْرِ فِي هَذِهِ الْآيَةِ فَقَالَ كَانَ وَ اللَّهِ عَلِيٌّ مِنْهُمْ.
(Şeyx İrbili (r), "Kəşful-ğummə", cild 1)
Hiç yorum yok:
Yorum Gönder