Ömər ibn Xəttab dedi: “Əbu Hüreyrə
Allahın və İslam dininin düşmənidir”
Sünni və vəhhabilərin nəzərində Əbu Hüreyrə özündən ən çox hədis rəvayət edilən səhabə və etibarlı bir şəxsiyyətdir. Başda Buxari və Müslim olmaq şərtilə bütün sünni qaynaqları Əbu Hüreyrənin hədisləri ilə doludur. Halbuki hər kəs tərəfindən də bilindiyi kimi Əbu Hüreyrə Əli (ə) düşməni, oğru və yalançı bir şəxsdir ki, bunun dəlili də hər iki təriqətin kitablarında ittifaqla rəvayət edilmiş hədislərdir.
Əhli sünnənin hədis, tarix və rical sahəsində böyük alimlərindən olan Hakim Nişapuri “Müstədrək” adlı kitabında belə yazıb:Əbu Hüreyrə dedi ki: Ömər mənə dedi ki: “Ey Allahın və İslamın düşməni. Allahın malını oğurlamısan? “Dedim ki: “mən Allahın və İslamın düşməni deyiləm lakin Allah və İslamın düşmənlərinin düşməniyəm.”(Hakim, “Müstədrək”, c-2.s-378,hədis 3327)
Ömər ibn Xəttab Əbu Hüreyrənin Allah və İslam düşməni olduğunu söyləyir, Əbu Hureyrə isə bunun doğru olmadığını bəyan edir. Halbuki Peyğəmbər (s) buyurmuşdur:: “ Hər kim özün olmayan bir şeyi mənim deyə iddia etsə, o bizdən deyil. O, cəhənnəmdə oturacağı yerə hazır olsun.Və hər kim bir kimsəni kafir deyə çağırır və ya düşmən olmadığı halda Ona Allahın düşməni desə, sözü öz əleyhinə dönər.”
İndi kimdir Allahın düşməni?Ömər ibn Xəttab , yoxsa Əbu Hüreyrə?
Hiç yorum yok:
Yorum Gönder