28.10.2016

Əhli-Sunnə mənbələrində Rəsulullah namazı birləşdirib qılardı.

Rəsulullah (s) namazları birləşdirib qılıardı.
(Əhli-Sunnə mənbələrindən)...

Bizə Yəhya ibn Yəhya rəvayət etdi və dedi ki, Malik Əbu Zubeyrdən dinlədiyim, onun da Səid ibn Cubeyrdən, onun da İbn Abbasdan nəqlən rəvayət etdiyi bu hədisi oxudum: "Rəsulullah (s) heç bir qorxu olmadan və heç bir səfər yox ikən zöhr və əsr namazlarını bir yerdə qıldı."

Bizə Əhməd ibn Yunus və Aun ibn Səllam bir yerdə Zuheyrdən rəvayət etdilər. İbn Yunus dedi ki, bizə Zuheyr rəvayət etdi ki, bizə Əbu Zubeyr, Səid ibn Cubeyrdən, o da İbn Abbasdan nəqlən rəvayət etdi: “Rəsulullah (s) Mədinədə heç bir qorxu olmadan və səfər yox ikən zöhr və əsr namazlarını bir yerdə qıldı.” Əbu Zubeyr dedi: “Mən Səiddən görəsən nəyə görə belə etdiyini soruşdum. Səid dedi: Mən də sənin soruşduğun kimi İbn Abbasdan soruşdum.” Rəsulullah (s) buyurdu: “Ümmətimdən heç kəsin əziyyət çəkməsini istəmirəm.”

(Müslim ibn Həccac, "Səhih Müslim bi nəqlil ədli" s.318,hədis-705)

Hiç yorum yok: