3.10.2016

Böyük Britaniya tarixində Aşura izi

Vehabizim.blogspot.com-un ərəbdilli “əl-Civar” saytına istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın tarixi kitablarının birində maraqlı fakt aşkar olunub. Britaniya tarixçisi Maykl Svanton (Michael Swanton) özünün “The Anglo-Saxon Chronicles” (Anqlo-Saksonun salnamələri) adlı kitabında qan yağışı barədə yazıb. İngilis tarixçi kitabın 38-ci səhifəsində belə bir faktı qeyd edib: “İn this year in Britain it rained blood, and milk and butter were turned into blood” yəni “685-ci ildə burda-Böyük Britaniya səmasında qan yağdı. Süd və kərə yağı qana döndü və rəngi qızardı”.

Nəzərinizə çatdıraq ki, miladi təqvimi ilə 685-ci il Aşura hadisəsinin baş verdiyi illə, yəni hicri-qəməri tarixi 61-ci il ilə üst-üstə düşür. İslam tarixində də Aşura günündə belə bir hadisənin dəfələrlə baş verdiyi göstərilib.

Məlumat üçün bildirək ki, hicrətin 61-ci ilində Kərbəla hadisəsindən sonra qeyd olunmağa başlayan Məhərrəmlik mərasimləri bu gün də dünyanın müxtəlif bölgələrində qeyd olunur. Hər il milyonlarla insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ildə Kərbəlada şəhid olan İmam Hüseyn (ə) 72 tərəfdarına əza saxlayır. Ümumilkdə Məhərrəm ayının 10-da Aşura hadisəsi - İmam Hüseynin qətlə yetirilməsi baş verib.

Hiç yorum yok: