Əhli-sunnə mənbələrində Peyğəmbərin(s) imam Əliyə (ə) qarşı edilən haqqsızlıqlardan xəbər verməsi...
Amma çox təəssüf ki,öz kitablarında qeyd olunan bu rəvayətləri özləri inkar edirlər,o zaman belə çıxır ki,əhli sunnə alimləri yalançıdırlar...
Hakim Nişapuri yazır:“Bizə Məkkədə Əbu Həfs Ömər ibn Əhməd Cəmhi rəvayət etdi və dedi: “Bizə Əli ibn Əbdül Əziz rəvayət etdi və dedi: “Bizə Amr ibn Aun rəvayət etdi və dedi: “Huşeymdən, o İsmayıl ibn Salimdən, o da Əbu İdris Əvdidən, o da Əlidən (ə) belə dediyini rəvayət etdi: “Peyğəmbər (s) mənə əhd etmişdi ki: “Məndən sonra bu ümmət sənə qarşı haqsızlıq edəcək”.
(Hakim Nişapuri, “Mustədrək Səhiheyn” kitabı, 3-cü cild,150-ci səhifə,4676-cı hədis)
Hakim Nişapuri həmin kitabın digər səhifəsində yazır:“Həyyan Əsədi deyir: “Əlinin belə dediyini eşitdim: “Rəsulullah (s) buyurdu: “Məndən sonra ümmətim sənə qarşı haqsızlıq edəcək. Lakin, sən yenə də mənim dinim üzərində yaşayıb, sünnətim üzərində öldürüləcəksən. Səni sevən məni sevmiş, sənə nifrət edən mənə nifrət etmişdir. Bir gün saqqalın başından axan qanla qırmızıya boyanacaq”.
(Hakim Nişapuri, “Mustədrək Səhiheyn” kitabı, 3-cü cild, 153-cü səhifə, 4686-cı hədis)
Hiç yorum yok:
Yorum Gönder