27.09.2016
Görəsən Ömər ibn Xəttab Allah Rəsuluna (s) həqiqətənmi iman gətirmişdir?
Ömər ibn Xəttab Hudebiyyədə olduğu zaman, Peyğəmbərin (s) səbr edib heç bir şey etməməsini gördükdə narazalığına səbəb olmuşdu. Hətta, bu narazılığı o yerə çatmışdır ki, Rəsullallahın (s) risalətinə belə şəkk etmişdi. Həmçinin, digər səhabələrdən onun (s) həqiqətən Allahın Rəsulu olub-olmamasını soruşmuşdur. Bu rəvayəti əhli-sunnə alimi Məhəmməd ibn İsmayıl Buxari və Əbu Hatim Məhəmməd ibn Hibban Darəmi bu şəkildə nəql edir:
“Ömər ibn Xəttab dedi: “Mən Peyğəmbərin (s) yanına gəlib dedim: “Sən Allahın haqq peyğəmbəri deyilsənmi?” Peyğəmbər (s) dedi: “Bəli, Allahın haqq peyğəmbəriyəm.” Ömər dedi: “Biz müsəlmanlar haqq, düşmənlərimiz isə batil əqidədə deyillərmi?” Peyğəmbər (s) dedi: “Bəli, elədir”. Ömər dedi: “O halda dinimiz barəsində bu alçaq vəziyyəti nə üçün qəbul edirik?” Peyğəmbər (s) dedi: “Mən həqiqətən, Allahın rəsuluyam və mən Allaha üsyan etmiş deyiləm. Allah mənim yardımçımdır” Ömər dedi: “Vaxtilə sən bizə “Yaxında Kəbəyə çatıb təvaf edəcəyik” deyə xəbər vermədinmi?” Peyğəmbər (s) dedi: “Mən sənə “Bu il çatıb təvaf edəcəyik” dedimmi?” Ömər dedi: “Xeyr”. Peyğəmbər (s) dedi: “Şübhəsiz, sən yaxın zamanda Kəbəyə çatıb onu təvaf edəcəksən”.Ömər ibn Xəttab dedi: “Allaha and olsun ki, bu gündən başqa müsəlman olduğum gündən bəri şəkk etməmişdim”.
(“Səhih-Buxari” kitabı,1-ci cild,15-ci bab,367-ci səhifə,2731- ci hədis..“Səhih ibn Hibban” kitabı,11-ci cild,224-cü səhifə,4872-ci hədis)
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder