24.07.2016

Vəhabilərin imamı Əbu hənifə yolun azan şəxs olub.

Əhli Sunnə alimlərinin Əbu Hənifə haqqında fikirləri...(foto fakt)
Əbu Hənifənin donuz əti barədə fətvası..
Bir kişi Əbu Hənifənin yanına gəlib soruşdu:- Donuz əti yeyən adam barəsində nə deyirsən? - Heç bir eybi yoxdur - deyə Əbu Hənifə cavab verdi".Muhəmməd ibn Hibban Sicistani,Məcruhin, c.3, s.73

İmam Malik: Əbu Hənifə dində hiylə işlətdi...
Bizə Əli ibn Muhəmməd Muəddəl xəbər verdi, bizə Əbu Əli ibn Səvvaf xəbər verdi, bizə Abdullah ibn Əhməd ibn Hənbəl xəbər verdi, bizə Mənsur ibn Əbi Muzahim rəvayət etdi və dedi: İmam Malikin Əbu Hənifə zikr edərkən belə dediyini eşitdim: O, dində hiylə işlətdi, o, dində hiylə işlətdi.
Xətib Bağdadi, Tarixi Bağdad, c.13, s.421-422

Sufyan Səvri: Əbu Hənifə iki dəfə küfrdən dönmüşdür..
Abdullah ibn Muaz Anbəri rəvayət etdi və dedi: atamın belə dediyini eşitdim: Süfyan Səvrinin belə dediyini eşitdim: Əbu Hənifə iki dəfə küfrdən dönmüşdür.
Abdullah ibn Əhməd ibn Hənbəl, əs-Sünnə, c.1, s.193

İmam Malik: Əbu Hənifə sağalmaz xəstəlikdir..
Cəfər dedi: bizə Həsən ibn Əli Hulvani rəvayət etdi və dedi: Mutərrifin belə dediyini eşitdim: Eşitdim ki, Malik dedi: Sağalmaz xəstəlik dini məhv edir, Əbu Hənifə də sağalmaz xəstəlikdir.
Xətib Bağdadi, Tarixi Bağdad, c.13.

İmam Şafei: İslamda Əbu Hənifədən daha şərli birisi doğulmamışdır...
Bizə Əbu Əla Muhəmməd ibn Həsən Vərraq xəbər verdi və dedi: bizə Əhməd ibn Kamil Qazi xəbər verdi və bizə Muhəmməd ibn Ömər Nərsi xəbər verdi və dedi: bizə Muhəmməd ibn Abdullah Şafei xəbər verdi. Bizə Əbdül Malik ibn Muhəmməd ibn Abdullah əl-Vaiz xəbər verdi və dedi: bizə Əhməd ibn Fəzl ibn Xuzeymə xəbər verdi, dedilər: bizə Əbu İsmayıl Tirmizi rəvayət etdi və dedi: bizə Əbu Tövbə rəvayət etdi və dedi: bizə Fəzari rəvayət etdi və dedi: Əvzai və Süfyanın belə dediklərini eşitdim: İslamda Əbu Hənifədən daha uğursuz bir şəxs doğulmamışdır. əş-Şafei dedi:  İslamda Əbu Hənifədən daha şərli bir şəxs doğulmamışdır.
Xətib Bağdadi, Tarixi Bağdad, c.13, s.420

Hiç yorum yok: