9.07.2016

Əhli sünnətdə 10 səhabənin cənnətlə müjdələmə yalanı

Əhli-sünnə mənbəsinə görə Peyğəmbər (s) 10 nəfəri Cənnətlə mujdələmişdir. Əli (ə) ilə birgə Əbubəkr Omər Təlhə və Zübeyr də bu 10 nəfər arasına daxildir. Bu hədisin sənədlərinə baxaq gorək səhihdir yoxsa saxta

Qeyd etdiyiniz hədis müxtəlif ravilər tərəfindən üç vasitə ilə Əhli-sünnə qaynaqlarında nəql olunmuşdur. Bunları aşağıdakı şəkildə sıralamaq olar:

A) Əbdürrəhman ibn Əvfdən nəql olunan hədis; Məlum hədisi Əhməd ibn Hənbəl “Müsnəd” (c. 1, səh.193), Tirmizi “Sünən” (c. 5, səh. 647), Nisayi “Fəzailüs-səhabə” (səh. 27) əsərlərində ardıcıl olaraq Qüteybə ibn Səiddən, o, Əbdüləziz ibn Məhəmməd Dəravərdidən, o, Həmid ibn Əbdürrəhmandan, o, atası Əbdürrəhman ibn Əvfdən Peyğəmbərin 10 nəfərin (həmin 10 nəfər bunlardır: Əbu Bəkr, Ömər, Osman, Əli (ə), Təlhə, Zübeyr, Əbdürrəhman ibn Əvf, Səd, Səid, Əbu Übeydə ibn Cərrah) cənnətdə olacağını nəql edir. Tirmizi həmin hədisi Müsəb vasitəsi ilə də nəql etmişdir.

İradlar: 1. Şübhəsiz Tirmizinin Müsəb vasitəsilə nəql etdiyi hədis “mürsəl”dir (yəni sənədi Peyğəmbərə (ə) gedib çatmır). Çünki Əbdürrəhman ibn Əvf Peyğəmbəri görməyib. Digər vasitə də “mürsəl”dir. Çünki Fəllas, Əhməd ibn Hənbəl, Əbu İshaq Hərbi, İbn Əbu Asim, Xəlifə ibn Xəyyat, Yəqub ibn Süfyan və İbn Muin, Həmid ibn Əbdürrəhmanın 150-ci ildə vəfat etdiyini məlumat verirlər (“Təhzib ət-təhzib”, c. 2, səh. 30). Onun bu zaman 73 yaşı olmuşdur. 32-ci il isə atasının dünyadan getdiyi ildir. Deməli, o, atasının vəfat etdiyi ildə və ya bir il ondan sonra dünyaya gəlmişdir. Belə olan halda Həmid ibn Əbdürrəhman atasından necə hədis nəql edə bilər? Buna görə də Buxari onun Səid ibn Zeyddən nəql etdiyi hədislərin atasından nəql etdiyi hədislərdən daha doğru olduğunu bildirir (Sünəni-Tirmizi”, c. 5, səh. 647). 2. Hümeyd ibn Əbdürrəhman ibn Əvfin bu növ hədislərini qəbul etmək olmaz. Çünki o, Müaviyənin bu növ hədislər quraşdırmaq üçün təlimatlandırdığı şəxslərdəndir. 3. Məlum hədisin ravisi Əbdürrəhman ibn Əvf özü də hədisdə adı keçən 10 nəfərdən biri olduğu üçün hədis şübhə doğurur. 4. Hədisin sənədində adı keçən ravilərdən biri də Əbdüləziz ibn Məhəmməd ibn Übeyddir. Bir çox rical alımləri onu ittiham etmişlər. Əbu Zərə yazır: “Onun yaddaşı zəifdir”. Nisayi onu hədis nəqlində güclü hesab etmir (“Təhzib ət-təhzib”, c. 3, səh. 471). Əbu Hatəm deyir: “Onun hədislərinə istinad olunmur”(“Mizan əl-etidal”, c. 2, səh. 634). İbn Həcər deyir: “Buxari, ondan yalnız iki hədis nəql etmişdir. Bu iki hədisi də Əbdüləziz ibn Əbu Hazim və başqaları ilə yanaşı nəql etmişdir”(“Hədyüs-sari”, 441). 2

B) Səid ibn Zeyd vasitəsilə nəql olunan hədis; Məlum hədisin nəql olunduğu ən çox vasitə Səid ibn Zeyd ibn Əmr ibn Nüfeyl Ədvidir. 1. Abdullah ibn Zalim Mazəni. Hakim Nişapuri “Müstədrək əla əs-səhiheyn” əsərində deyir: “Buxari və Müslüm Abdullah ibn Zalimin hədislərinə istinad etməmişlər” (“Müstədrək əla əs-səhiheyn”, c. 3, səh. 316, 317). Zəhəbi “Təlxis əl-müstədrək” əsərində yazır: “Buxari, Abdullah ibn Zalimin adını çəkərək onun hədislərinin səhih olmadığını bildirir”( “Müstədrək əla əs-səhiheyn”, c. 3, səh. 316, 317). 2. Əbdürrəhman ibn Əxnəs. İbn Həcər onu “məstur” adlandırmışdır (“Təqrib ət-təzhib”, c. 1, səh. 472). Sərəxsi “məstur” terminini fasiq, kafir, ağılsız və həvapərəst kimi qiymətləndirmiş və Məhəmməd ibn Şeybaninin onun nəql etdiyi hədislərin fasiqlərin hədisi kimi qəbul etdiyini bildirmişdir (“Üsulu-Sərəxsi”, c. 1, səh. 370). Bir halda ki, səhih hədisi nəql edən öz ədalətilə məşhur olmalıdır. Sənəddə mövcud olan digər problem isə burada Məhəmməd ibn Təlhə ibn Məsrəf Yami Kufinin də yer almasıdır. Hansı ki, Nisayi onu güclü hesab etmir. İbn Muin isə onun zəif olduğunu bildirir. 3. Hümeyd ibn Əbdürrəhman ibn Əvf. Hümeyd ibn Əbdürrəhman ibn Əvfin nəql etdiyi sənəddə ardıcıllıqla aşağıdakı ravilər mövcuddur: Səid ibn Zeyd, Əbdürrəhman ibn Hümeyd, Ömər ibn Səid ibn Şüreyh Mədəni, Musa ibn Yaqub, Məhəmməd ibn İsmayıl ibn Əbu Fudeyk. Hümeyd ibn Əbdürrəhman ibn Əvf haqqında yuxarıda söbət açdıq. Digər ravilərə gəldikdə isə Əli ibn Mədyəni Musa ibn Yaqubu zəif hədislər nəql edən adlandırmışdır. Nisayi onun hədislərinin güclü olmadığını bildirmişdir (“Təhzib ət-təhzib”, c. 5, səh. 585). İbn Səd isə Əbu Fudəykin hədislərini etibarlı hesab etməmişdir (“Təhzib ət-təhzib”, c. 3, səh. 42). 4. Riyah ibn Haris. Riyah ibn Haris məlum hədisi fərdi qaydada nəvəsindən, o, Sədəqə ibn Müsənna ibn Riyahdan, nəql etmişdir. Sədəqə ibn Müsənnadan da ardıcıllıqla Yəhya ibn Səid və İsa ibn Yunus, Hişam ibn Əmmar və Əbdülvahid ibn Ziyad, Əbi kamil Müzəffər ibn Mədrək nəql etmişlər. Əbu Davud Hişam ibn Əmmar haqqında deyir: “O, dörd yüz hədis nəql etmişdir ki, heç birinin həqiqəti yoxdur” (“Təhzib ət-təhzib”, c. 6, səh. 37). Zəhəbi və Əbdülvahid ibn Ziyad Əbdi Misri haqqında yazır: “Yəhya və İbn Hubban onu bir şey hesab etməmişlər. O, xəyallıdır (yəni hədisləri öz xəyalına uyğun nəql edir)” (“Təzkirətül-hüffaz”, c. 1, səh. 258. 5. Əbu Tüfeyl. Əbu Tüfeyl Amir ibn Vasilə bu hədisi Səid ibn Zeyddən, o da fərdi şəkildə Vəlid ibn Əbdullah ibn Cümey` Qürəşidən, onun da oğlu Məhəmməd ibn Bükeyr Həzrəmidən, o da Sabitdən nəql edir. İbn Hubban, Vəlid ibn Əbdullahı zəif rəvayətçilərdən hesab etmiş və ona istinad etməyin yanlış olduğunu bildirmişdir. Əqili onun hədislərini anlaşılmaz adlandırmışdır. Hakim Nişapuri deyir: “Müslüm onun hədisini qeyd etməsəydi daha yaxşıydı. Onun oğlu Sabit cahillərdəndir”. Məhəmməd ibn Bükeyr də bu şəkildə tanıtdırılmışdır (“Təhzib ət-təhzib”, c. 6, səh. 90). Səid ibn Zeydin hədisləri sənəd baxımından problemli olmasından əlavə mətn baxımından da qarışıqdır. Çünki bəzi sənədlərdə Əbu Übeydə ibn Cərrah, bəzilərində isə Əbdullah ibn Məsud məlum on nəfərdən biri kimi göstərilmişdir (“Müstədrəki-Hakim”, c. 3, səh. 3161). Bundan başqa Səid ibn Zeyd özü də öz nəql etdiyi hədisdə on nəfərdən biri kimi göstərilmişdir. İnsanın özünə bəraət qazandırması İslam şəriətinə görə məqbul hesab edilmir.

C) Abdullah ibn Ömər vasitəsilə nəql olunan hədis; Təbərani Əhməd ibn əl-Hüseyn ibn Əbd əl-Malikdən, o, Hamid ibn Yəhyadan, o, Süfyan ibn Üyəynədən, o, Süfyan ibn Xəmsdən, o, Həbib ibn Sabitdən, o, Abdullah ibn Ömərdən, o da Peyğəmbərdən nəql etmişdir (“əl-Möcəm əl-əvsət”, c. 3; “Kənz əl-əmal”, c. 11, səh. 645). Bu hədisin sənədində Süfyan ibn Üyəynə mövcuddur, hansı ki, hədis saxtalaşdırmaqda məşhurdur (“Mizan əl-etidal”, c. 2, səh. 170). Bundan başqa sənəd silsiləsində mövcud olan Həbib ibn Əbu Sabit də İbn Xüzeymə və İbn Hubban tərəfindən hədis saxtalaşdıran rəvayətçi kimi qiymətləndirilimişdir (“Təhzib ət-təhzib”, c. 1, səh. 431). Ümumi iradlar: Sözügedən hədis haqqında bir sıra ümumi iradlar da mövcuddur. 1. Bu növ hədislərin yalnız Müaviyə dönəmində, yəni Peyğəmbərin vəfatından 30 il sonra yayılması faktı onun məzmununu sual altına aparır. 2. Maraqlıdır ki, Buxari və Müslüm səhabələrın fəziləti haqqında bütün hədisləri nəql etməkdə israrlı olmalarına baxmayaraq, bu hədisi nəql etməmişlər. Təbii ki, əgər mötətəbər hesab etsəydilər öz kitablarında nəql edərdilər. 3. Maraqlıdır ki, hədisdə adı çəkilən 10 nəfərdən biri Səd ibn Əbu Vəqqas deyir: “Peyğəmbərdən Abdullah ibn Səlamdan başqa bir kəsin Behiştə gedəcəyini eşitmədim” (“Müsnədi-Əhməd”, c. 1, səh. 177; “Təhzibu tarixi-Dəmeşq”, c. 7, səh. 449; “əl-İsabə”, c. 4, səh. 81). Bu hədisin 10 nəfərdən biri olan Səd ibn Əbu Vəqqasdan gizli qalması şübhə yaratmırmı? 4. Bu hədisi necə səhih hesab etmək olar? Bir halda ki, hədisdə adı çəkilən 10 nəfərin bəzisi bəzisinin qanını mubah, qətlini vacib hesab edirdi. Təlhə və Zübeyr Osmanın qatı müxaliflərindən deyilmiydilər? (“əl-İfsah fil-imamə”, səh. 71-72; “Təlxis əş-Şafi”, c. 3, səh. 241). Osmana qarşı ən çox təhriki onlar etmədilərmi? Ömər hansı haqla hamısı on nəfərdən olan altı nəfərlik şuranı ölümlə hədələdi? 5. Bu hədisin zəifliyini göstərən digər cəhət isə üç xəlifədən heç birinin məlum hədisə istinad etməməsidir. Nə üçün Əbu Bəkr səqifədə, Osman mühasirəyə alındığı zaman bu hədisi xatırlatmadı? Behişt əhlinin qanının axıdılmasının qarşısını almaq vacib deyilmi? Bu özü hədisin qondarma olduğunu göstərir. Əgər hədis səhihdirsə, nə üçün Osman ibn Əffanın cənazəsi üç gün şəhər zibilliklərində qaldı və sonda yerliləri onu yəhudilərə məxsus yerdə dörd divar arasında dəfn etdilər? Hələ bu azmış kimi müsəlmanlar onun cənazəsini daşa basıb namaz belə qılmadılar (“Tarixi-Təbəri”, c. 5, səh. 143-144). 6. Bu hədis səhih olsaydı məlum on nəfər Allahın rəhmətinə, öz bağışlanacaqlarına arxayın olardılar. Halbuki, Əbu Bəkr ölüm yatağında öz axirətindən, aqibətindən qorxurdu. Eləcə də Ömər ölüm anında “kaş anam məni doğmayaydı, torpaq olaydım” sözləri ilə öz əməllərinin nəticəsində qorxurdu. Osman mühasirə zamanı öz öləcəyindən qorxaraq, ah-nalə edirdi

Hiç yorum yok: