21.06.2016

Ölülərin eşitməsi haqqında vehabilərin öz kitabindan 15 hədis


Vəhabilər iddiya edirki ,Masumlar və dünyasını dəyişən insanlar bizi eşitmir. Məndə onlara rəddiyemi onlarin öz kitabindan ,15 hədis gətirmişəm buyurun oxuyun.

Muttəqi Hindi mötəbər sənədlə nəql edir ki,
“Rəsulullah (s) buyurub: Hər kəs vəsiyyət etməsə
ona ölülərlə danışmağa izn verilməyəcək.
Əshabdan soruşdular: Y Rəsuləllah! Ölülər
danışırlar? Həzrət buyurdu: Bəli, ziyarətə
gəlirlər”(Kənzul-ummal 16/619,620 hədis 46080)
“Səndən öncə göndərdiyimiz peyğəmbərlərdən
soruş, məgər biz onlar üçün
yeganə olan Allahdan başqa bir mə`bud qərar
verdikmi?”
(Zuxruf, ayə 45)
Misirdə əhli sünnətin böyük alimi və Əl-Əzhər
elm mərkəzinin şeyxi Məhmud Şəltut deyir: “Dini
mənbələrdən məlum olur ki, ruhun bədəndən
xaric olması ilə ölüm bаş vеrir və o, idrak
qüvvəsinə malikdir, əbədi olaraq qаlır. Ona salam
göndərənin salamını eşidir, qəbrinin ziyarətinə
gələnləri tanıyır, Bərzəx aləmində ləzzət, nemət
və əzabı dərk edir”
(əl-Fətava, Şəltut, səh. 19)
1. Rəsulullah (s) buyurub: “Müsəlman dünyada
tanıdığı mömin qardaşının qəbrinin yanından
keçəndə ondan halətini soruşsa Allah-təala onun
ruhuna cavab verməyə icazə verəcək”, “Ölülər
cənazə Mərаsimində iştirak edənlərin ayaq
səslərini eşidirlər”
(ər-Ruh İbn Qəyyum, səh. 9)
İbn Əbi Dunya “əl-Qubur” kitabında Aişədən nəql
edib ki, Rəsulullah (s) buyurub: “Hər kəs mömin
qardaşının qəbrinin ziyarətinə gedib onun
qəbrinin yanında otursa, qəbirdə olan onunla
ünsiyyətdə оlуb oradan uzaqlaşana qədər
salamının cavabını qaytarar”
Əbu Hureyrə nəql edib: “Hər kəs qəbrin yanında
keçəndə qəbr sahibinə salam etsə qəbir sahibi
onu tanıyıb salamının cavabını qaytarar”
( Feyzul-qədir, 5/487)
İbn Əbbas nəql edib: “Səhabələrdən biri qəbir
üstündə çadır qurmuşdu, amma bilmirdi ki,
altında qəbir var. Birdən “Mulk” surəsini qiraətini
eşitdi. Surə başa çatanda Rəsulullahın yanına
gəlib dedi: Ya Rəsuləllah(s)! Mən bir qəbrin
üstündə xeymə qurmuşdum, amma bilmirdim
orada qəbir var. Birdən orada kiminsə “Mulk”
surəsini qiraət etdiyini eşitdim. Rəsulullah (s)
buyurdu bu surə insana qəbirin əzabından nicat
verər”
(Səhih Tirməzi, kitab fəzailul Quran)
Ənəs ibn Malik Rəsulullahdan (s) nəql edib:
“Peyğəmbərlər qəbirlərində diridirlər və namaz
qılırlar”. Bу hədisi Hafiz Heysəmi
“Məcməuzzəvaid” 8/211, Əllamə Mənavi “Feyzul
qədir” 3/184 kitablarında nəql ediblər. Albani də
“silsilətu əhadisissəhihə” kitabında 621-ci hədisi
buna həsr edib.
Rəsulullah (s):“Ölümdən sonrakı elmim
dünyadakı elmim kimidir”
(Kənzul ummal, 1/507, hədis 2242)
Darəmi Səid ibn Əbdul Əzizdən nəql edib ki, o
namaz vaxtlarını Rəsulullahın qəbrindən eşitdiyi
səslərə görə təyin edərdi.
(Sunəne Darəmi, 1/56,57 hədis 93)
Heysəmi Əbdullah ibn Məsuddan səhih sənədlə
nəql edib: “Rəsulullah (s) buyurdu: Mənim sizin
aranızda olmağım sizin xeyrinizədir. Çünki siz
hədis nəql edirsiniz və sizin üçün də hədis nəql
olunur. Mənim vəfatım da sizin üçün faydalıdır.
Çünki bütün əməlləriniz mənim hüzuruma
gətiriləcək və əməl kitabınızda gördüyüm bütün
yaxşı əməllərinizə görə Allaha şükr edərəm. Əməl
kitabınızda gördüyüm pis işlərinizə görə Allaha
istiğfar edərəm”
(Məcməuzzəvaid, 9/24 , Syuti əl Xəsaisul kubra
2/281)
Yusuf ibn Əli Zənani Mədinədə yaşayan bəni
Haşimdən olan bir qadından nəql edib: “Xidmətçi
işlədiyim evin sahibləri mənə əziyyət verirdilər.
Mən Rəsulullahın qəbrinə pənah aparıb şikayət
etdim. Həzrətin rövzəsindən səs eşitdim, deyirdi
ki, mən sənin üçün səbr etməkdə örnəyəm. Gərək
bu çətinliyin müqabilində səbr edəsən. Bir neçə
gündən sonra həmin adamlar dünyadan getdilər
və mənim çətinliklərim aradan getdi”.
(əl-havi lilfətava, Syuti 2/261)
Beyhəqi “Dəlailunnubuvvə” kitabında səhih bir
hədisdə Ənəs ibn Malikdən nəql edib: “Rəsulullah
(s) buyurdu: Meracа gedəndə qırmızı qum
təpəsinə yetişəndə Musa peyğəmbəri gördüm,
qəbirdə namaz qılırdı”.
(Səhih Muslim, 2/267)
Əbu Hureyrə Rəsulullahdan (s) nəqıl edib: “Hər
kəs mənim qəbrimin ziyarətinə gələ və «Ya
Muhəmməd!» deyib məni çağırsa yəqin bilsin ki,
mən onun çağırışına cavab verəcəyəm”.
(İbn Həcər Əsqəlani “əl-mətalibul aliyə” 4/23)
Hakim Nişaburi ibn Əbbasdan nəql edib:
“Rəsulullah (s) oturmuşdu və Əsma bintə Umeys
də onun yanında durmuşdу. Birdən Rəsulullah (s)
bir nəfərin salamının cavabını verdi. Həzrət
buyurdu: Ey Əsma bu Cəfər idi. Cəbrayil və
Mikayil ilə birlikdə yanımızdan keçəndə bizə
salam göndərdilər...”
(Həqiqətu təvəssul vəl vəsilə, səh. 265. Hakim
Nişaburudən nəql )
Həmçinin İbni Qəyyum “Şübhəsiz ey Peyğəmbər!
Sən haqqa çağırışı nə ölmüş insanlara, nə də
bilərəkdən səndən üz döndərib arxa çevirən
karlara eşitdirə bilməzsən” (Rum, ayə 52)
ayəsinin təfsirində yazır: “Ayədən məqsəd
muşriklərin eşitməyə qadir olmadığını
göstərməkdir. Yəni muşriklərin qəlbləri öldüyü
üçün sən həqiqəti onlara çatdıra bilməzsən. Necə
ki, qəbirlərdəki ölülər də bu cürdür”
(ər-Ruh 45-46).
Həsən ibn Əli Siqaf Şafei də “Dirilərlə ölülər bir
deyillər! Şübhəsiz ki, Allah istədiyi insana
eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirə
bilməzsən”
(Fatir, ayə 22) ayəsinin təfsirində yazıb: “Ayə
sübut edir ki, kafirlər batil işlərində israrlı
olduqları üçün sənin moizəndən faydalana
bilmirlər. Necə ki, ölülər Rəsulullahın hidayət
çağırışından bəhrəsizdirlər, muşriklər də zəlalət
əhli olduqlarından bəhrələnmirlər”
(Muxtəsəru əfsir İbn Kəsir, 3/145).

Hiç yorum yok: