21.02.2016

Vəhabilərin sərsəm fətvaları


"İraq və Şam İslam dövləti" adlı terror qrupu Suriyanın Riqqə şəhərinin küçələrinə qəribə fətvalar yazılmış plokatlar asıb. 

  Terrorçular bu əcayib fətvaları "şəri hökm" adlandıraraq, onların icrasına noyabrın 15-dən başlanacağını bildirib.
 Yeni "şəri hökmlərə" görə, qadınların stulda əyləşməsi, şalvar geyinməsi qəti qadağan olunub. Qadınlar yalnız əba və çadra geyinməlidir.

 Həmçinin siqaret və qəlyan çəkən şəxsin 2 barmağı kəsiləcək, əgər bu iş təkrar olarsa, 80 şallaq cəzası alacaq. Buna baxmayaraq həmin şəxs tütündən istifadəni davam edərsə, o, edam olunacaq. Bundan əlavə kişilər üçün olan əyləncə salonları bağlanacaq. Kişilərin saçlarını kəsməsi də qadağan olunur.

 Bu hökmə müxalif olanları isə edam gözləyir.

 Qadınlar yalnız qadın həkiminə müraciət etməlidir. Onların kosmetik vasitələrdən istifadə etməsi, saçlarına rəng qoyması qadağan olunur. Buna etraz edənlər 80 şallaqla cəzalanacaq.

Hiç yorum yok: