
Misirdə radikal islami fikirləri ilə tanınan bir qrup sələfi pomidorla bağlı gözlənilməz fikir irəli sürüb. Misirdə vəhabilər pomidorun xristian tərəvəzi olduğunu və müsəlmanlar üçün haram olduğunu iddia edib.
"Now Lebanon" saytının məlumatına görə, Misir Xalq İslam Birliyi olaraq tanınan cəmiyyətin "facebook" səhifəsində yayımlanan bir şəkildə pomidorun xristian tərəvəzi olduğu yazılıb. Buna sübut kimi isə üfüqi kəsilən pomidorun içində xaçabənzər formanın olması göstərilir.
Şəkilin altındakı şərhdə, "Pomidor yemək haramdır, çünki pomidor xristianlarındır. Pomidor Allah əvəzinə xaça həmd edir və Allahın bir deyil üç olduğunu bildirir. Allah bizə kömək etsin. Fələstində yaşayan bir bacımız yuxusunda Həzrət Məhəmmədi (s) görüb. Peyğəmbər (s) ağlayırmış və ümmətinin pomidor yeməməsini bildirib. Əgər bu mesajı yaymasanız bilin ki, sizi dayandıran Şeytandır"-deyə yazılıb.
Sosial şəbəkələrdə sürətlə yayılan fotonun altına 2800-dən çox şərh yazılmasından sonra səhifənin adminləri fikirlərini dəyişərək, "Biz sizə pomidor yeməyin deməmişik. Pomidoru içindəki xaç alınacaq formada kəsməyin demişik”-deyə yazıblar.
Hiç yorum yok:
Yorum Gönder