29.02.2016

Peyğəmbər Ebu Bekr və Öməri yanindan qovdu



Əhli-sünnə tarixçiləri İbn Abbasdan belə rəvayət edib yazırlar: Allahın Rəsulu (s) ömrünün son günlərini yaşayırdı. Bir gün bəzi tapşırıqlarını açıqlamaq üçün Əli ibn Əbi- Talibi (ə) yanına çağırdı. Ayişə dedi: Nə olardı ki, Əbu-Bəkri çağıraydın! Həfsə dedi: Daha yaxşısı Öməri çağıraydın! O iki nəfərin etdiyi israr nəticəsində Əbu-Bəkr və Ömər Allahın Rəsulunun (s) yanına gəldilər. Peyğəmbər (s) onlara buyurdu: Əgər sizinlə işim olsaydı, ardınızca adam yollardım. Durun çıxın!
Əhli-sünnə mənbəsi: Təbəri “Tarixul-uməmi vəl- muluk”: c.2, səh. 439
 Vəziyyəti belə görən Ayişə dedi: And olsun Allaha Əlidən savayı heç kəsi çağırmır. Onu çağırın gəlsin.Nəhayət, Əli (ə) Peyğəmbərin (s) hüzuruna gəldi və onlar uzun müddət astadan söhbət etdilər.
Əhli-sünnə mənbəsi: Səbt ibni Cozi “Təzkirətu xəvassil-ummət”, səh. 26.

Hiç yorum yok: