20.02.2016

Məhrəmlərlə evlənmək haqqında fətva

MƏHRƏM QADINLARLA NİGAH 

1. ANA, BACI VƏ SÜD BACISI  İLƏ NİGAHIN HÖKMÜ
Əhli – Sünnə alimləri qarşısında belə bir məsələ var: “İnsan öz anası, bacısı və süd bacısı ilə nigah edə bilər, ya yox?” Onların bəzisi belə deyir: “Əgər bir şəxs öz anası, bacısı və süd bacısı ilə haram olduğunu bilmədən yaxınlıq edərsə, bu əməl zina sayılmaz. Yox, əgər bu əməlin haram olduğunu bilərək bu işi görərsə, belə bir şəxsə hədd (şallaq) vurular. Bu nigahdan əmələ gələn uşaq da, o kişinin şəri (qanuni) övladı deyil.”
Malik isə, bu barədə öz fətvasında belə deyir: “ Əgər bir şəxs adını çəkdiyimiz kimsələri (ana, bacı və süd bacısı) evində kəniz saxlayıb nigahsız yaxınlıq edərsə, bu yolla doğulan övlad həmin şəxsin şəri övladıdır və heç bir hədd cəzası da yoxdur. Ancaq belə bir şəxsə bir az şallaq vurular. Lakin adını çəkdiyimiz bu şəxslərlə (ana,bacı, süd bacısı) o kişinin kənizi deyil, onlarla azad qadınlar kimi nigah  vasitəsilə yaxınlıq etsə, belə bir əməl nigah deyil, zina sayılır. Bu şəxsə də, hədd (şallaq) vurulmalıdır.”

2. ANA, BACI, XALA, BİBİ və s. – ilə NİGAHIN HÖKMÜ
 Bu barədə Əbu Hənifə Malikin fətvasından da çirkin bir fətva verərək belə demişdir: “Əgər bir şəxs doğma anası, qızı, bacısı, nənəsi, bibisi, xalası, həmçinin bibi qızı və xala qızı ilə zina etsə, bu əməlin haram olduğunu bilsə də, bu yolla dünyaya gələn övlad öz övladı sayılar və onlara (zina etdiyi şəxslərə) mehriyyələrini də verməlidir. Belə bir kimsəyə hədd cəzası yoxdur. Yalnız təzir cəzası1 düşür.”

1 Qeyd: Vəhabilərin qeyd etdiyi rəvayətlərə əsasən bir şəxsə hədd cəzasından aşağı olan təzir cəzası düşərsə, həmin şəxsə on şallaqdan aşağı bir miqdarda şallaq vurular. Bax: “Səhih Buxari”, Təzir fəsli, səh:2512; “Səhih – Müslüm “, c: 3, səh: 1332 ; “Səhih İbn Həbban”, c: 10, səh: 395, “əl – Kafi”, İbn Qüddamə, c: 4, səh 174; “Sünənil – Beyhəqi” c: 13, səh: 146
2 ”əl – Mühəlla”, İbn Həzm, c:11 səh: 253

 Əbu Hənifənin bu barədə başqa bir fətvası belədir: “Əgər bir şəxs nigahı caiz olmayan qadınla (ana, bacı, xala, bibi və s.) haram olduğunu bilmədən kəbin kəsərək yaxımlıq edərsə, belə bir şəxs üçün hədd cəzası yoxdur. Lakin adını çəkdiyimiz şəxslərlə haram olduğunu bilərək nigah bağlayıb yaxınlıq edərsə, belə bir şəxsə hədd (şallaq) vurular.
”əl – Lübab fi Şərhil – Kitab”, Şeyx Əbdülğəni, Hüdud fəsli, c: 11, səh: 540

Qeyd : 2 Muhyiddin Nuvi buna dair belə bir fətva nəql edib: “Əgər bir şəxs qohum - əqrabasından olan qadınlardan (ana, bacı, xala, bibi və s.) birinə malik olub onunla yaxınlıq edərsə, belə bir şəxsə hədd vurular. Çünki öz qohumuna malik olmaq onlarla nigah vasitəsilə yaxınlıq etməyi halal etməz. Lakin səhih bir fətvaya əsasən belə bir şəxsə hədd cəzası düşmür. Çünki o, öz qohumu ilə yaxınlıq edib, başqasının namusuna təcavüz etməyib ki. . .!1
Qeyd : 1” Əl – Məcmu”, Muhyiddin Nuvi, c: 20 səh: 20

Sərəxsi bu barədə Əbu Hənifədən belə bir fətva nəql edir: “Əgər bir şəxs öz məhrəmlərindən biri ilə nigah bağlayıb yaxınlıq etsə və bu əməlin haram olmasını bilsə də, bilməsə də, ona hədd cəzası düşmür.”2
Qeyd : 2” əl – Məsbut”, Sərəxi, c: 9, səh: 85, “Şərhi – Məanil –Asar”, Əhməd İbn Məhəmməd İbn Səlamə, c: 3, səh:149

MEYTLƏ YAXINLIQ ETMƏYİN HÖKMÜ
 Vəhabi alimlərinin fətva verdikləri məsələlərdən biri də budur: “ Görəsən, bir şəxs meyitlə, yaxud özünün süd anası və bacısı ilə yaxınlıq edərsə, belə bir kimsəyə hədd cəzası düşürmü?” Övzayi (vəhabilərin böyük alimlərindən biri) belə demişdir: “Bəli, düşür. Çünki o, ölü ilə yaxınlıq etmişdir. Ölü ilə yaxınlıq etmək isə, diri ilə yaxınlıq etməkdən də çirkindir. Günahı da, diri ilə yaxınlıq etməksən daha artıqdır.”
 Amma vəhabilərin Əbu Bəkr adlı alimlərindən biri belə fətva verir: “Həmin şəxsə hədd cəzası vurulmaz. Çünki meyitlə yaxınlıq etmək, divarla yaxınlıq etmək kimi bir şeydir. Belə bir yaxınlıq etməyin müqabilində isə heç bir hədd yoxdur.”
 Habelə Əshabi – Rəy və Şafeyinin fətvasına əsasən, “ bir şəxs malik olduğu süd ana və bacısı ilə yaxınlıq edərsə, belə bir şəxsə hədd (şallaq) vurulmaz. Çünki o, öz mülkiyyətində, ixtiyarında olan ana və bacısı ilə yaxınlıq etmişdir.”
Qeyd : 1 ”əş – Şəhrul –Kəbir”, Əbdürrəhman İbn Qüddəma, c:10, səh: 185; “əl – İqna”, Şrbini, c: 2, səh: 638; “Haşiyətud – Dusuqi”, c:4 səh: 314;

LİVAT BARƏSİNDƏ VERİLƏN FƏTVALAR
 Bu çirkin əməlin cəzası arəsində Hz. Peyğəmbərdən (s.a.a.s) sonra gəlib özlərini fəqih və alim adlandıran kimsələrin içində müxtəlif fikirlər var. O fikirlər bunlardır:
1. Əta ibn Əbi Ribah, Həsən Bəsri, Səid ibn Müsəyyib, İbrahim Nəxəi, habelə Şafei, Əhməd ibn Həmbəl və Əbu Yusif deyiblər ki, “livat edən şəxs zina edən kimi cəzalandırılar.”
Amma Hakim və Əbu Hənifə deyiblər ki, “bu ginah zinadan yüngül bir günahdır. Onun zina qədər cəzası yoxdur. Livat edən şəxsə günah etdiyi üçün bir az (10) şallaq vurular.”

1 Kişi və ya qadınla arxadan yaxınlıq etməyə livat deyilir. Bu əməlin ən çirkin dərəcəsi bir kişinin öz həmcinsi ilə etdiyi cinsi yaxınlıqdır.
2 Şəriətdə zina edən subay kişi və ərsiz qadına yüz ədəd şallaq vurular. Lakin evli kişi və ərli qadın zina edərsə, daş – qalaq etməklə öldürülər.
Nur surəsi, ayə: 2
Qeyd :3 “əl – Cəvabul – Kafi li mən səələ anid – Dəvaiş – Şafeyi”, İbn Qəyyim, c: 1 səh: 48
2. Bir şəxsin öz qulu ilə livat eyməsi barəsində Qazi əl – Hüseyn, Şeyx ibn Səhl Əbu Verdidən nəql edir ki, o, deyir: “ Əgər bir şəxs öz nökəri ilə livat etsə, ona heç bir hədd cəzası yoxdur.” Qazi əl – Hüseyn sözünə davam edərək belə deyir: Ola bilsin ki, Şeyx ibn Səhl Əbu Verdi nökərlə livat etməyi məcusi (atəşpərəst) qadınla, həmçinin süd bacısı ilə zina etmək kimi caiz bilir.”
 Rafeyi (vəhabilərim byük alimlərindən biri) bu barədə deyir: “ Ola bilsin ki, Şeyx ibn Səhl Əbu Verdi insanın öz nökərləri ilə livat etməyini hyvanlarla yaxınlıq etmək kimi hesb edir. Ona görə də cəza bilmir.”1
Qeyd : 1 “ Təbəqaduş – Şafeiyyətullah – Kubra”, c: 4, səh: 43 – 45
İbn Əqil “ Füsul “ adlı kitabında deyir: “Əgər bir şəxs öz nökəri ilə livat etsə, bizim əshabımızın (keçmiş əhli – sünnə slimlərinin) nəzərində belə bir şəxsə hədd cəzası yoxdur. Gərək livat etdiyi nökəri azad etsin.”1
Qeyd : 1 “ Bədayiul – Fəvaid”, İbn Qəyyim Cövziyyə, c: 4, səh: 908

İSTİMNAYA DAİR FƏTVALAR
 Əbdürrəzzaq, İbn Cərhdən rəvayət edir ki, o, demişdir: - İbrahim ibn Əbu Bəkr, Mücahid adlı bir şəxsdən belə rəvayət edərək belə deyib: “Bizdən əvvəlki camaatımız cavanlara istimna etməyi əmr edərdilər. Həmçinin ivazə verdilər ki, qadının öz fərcinə (qadının cins orqanı) bir şey daxil  etməklə şəhvətini söndürsün.” Ravi deyir ki, Əbdürrəzzaqa dedim: - “Qadının öz nəfsini söndürmək üçün fərcinə bir şey daxil etməsi caizdirmi?
O dedi: - “Bəli, zinadan uzaqlaşmaq üçün bu əməli edə bilər.”1
Qeyd : 1  “əl – Müsənnəf”, Əbdürrəzzaq, c:7, səh: 391.
 Əbdürrəzzaq digər bir rəvayətdə İbn Cərihdən, o da Əmr ibn Deynaridən rəvayət edir ki, o, deyib: “Mən oğlanların, kişilərin istimna etməsində heç bir pis sey görmürəm.” Əbdürrəzzaq, Süfyani Söfridən, o da İbad adlı şəxsdən, o da Cabir ibn Zeyddən Əbi Şəsadan rəvayət edir ki, o, öz fətvasında belə deyib: “Məni (sperma) insanın öz bədənində, belində olan sudur, onu hara və necə istəsə tökə bilər.”2 
Qeyd : 2 “əl – Müsənnəf”, Əbdürrəzzaq, c:7, səh: 391.
İbn Həzm özünün “əl – Mühəlla” kitabında belə deyir: “ Əgər bir qadın fərcini açaraq (yəni, paltarını soyunaraq) əlində olan bir şeyi (xiyarı, bananı, badımcanı vəs.) fərcinə sürtərək ləzzət alıb onu içəri daxil etməzsə, heç bir günahı yoxdur. Həmçinin kişinin istimna etməsində heç bir günah yoxdur. Yəni, əgər bir şəxs öz alətini sol əli ilə istimna etsə, heç bir günahı yoxdur. Habelə qadın da sol əli ilə öz fərcini belə etsə, heç bir günahı yoxdur.
İbn Həzm bu barədə belə deyir: Amma mən özüm bunu bəyənmirəm. Bu bərədə camaat içində söhbət gedib. Bəziləri onu bəyənməmiş, digərləri isə vəhabilər kimi onu halal və caiz bilmişlər.”1
Qeyd : 1”əl – Mühəlla”, İbn Həzm, c:11 səh: 392
Çox maraqlıdır ki, İbn Həzm, həmçinin vəhabilər öz batil fikirlərini sübut etmək üçün İslam Peyğəmbərinin (s.a.a.s) əmisi oğlu Abbasdan rəvayət edir ki, o, belə deyib: “ İstimna elə bir pis şey deyil. Çünki istimna insanın öz alətini hərəkətə gətirib mənini (sperma) bayıra axıtmasıdır.”1
Qeyd : 1 “Fiqhus – Sünnə”, Seyyid Sabiq, c:2, səh: 434

Habelə Ömər ibn Xəttabın oğlu İbn Ömərdən nəql edir ki, o, demişdir: “İstimna orqanı əlləməkdən başqa bir şey deyil (yəni, o bir damardır ki, onu hərəkətə gətirməklə ondan sperma xaric edirsən).”
 Qütadə, Əla ibn Ziyadidən, o da atasından nəql edərək deyir: “Camaat (vəhabilər) müharibələrdə olduğu müddətdə istimna edərdilər.”
 İbn Qəyyim Cövziyyə, Əhməd ibn Həmbəldən rəvayət edir ki, o, dedi: “Əgər bir kişinin şəhvəti Ramazan ayında cuşa gələrsə, caizdir ki, istimna etməklə özünü sakitləşdirərək nəfsinə qalib gəlsin.” Lakin Əhməd ibn Hənbəl həmin şəxsin hansı tərzdə istimna etməsi haqqında heç bir şey demir. Amma mənim fikrimcə, “başqasının orucunu batil etməyən yolla, yəni, öz həyat yoldaşının əli ilə və ya onun bədəninə toxunmaqla, yaxud özünün həddi – buluğa çatmayan kiçik bir kənizin (həmiçinin kafir bir kənizin) əli ilə istimna edə bilər. Əgər bu qeyd etdiyimiz yollarla istimna mümkün olsa, özünü sakitləşdirmək üçün alətini onların fərcinə daxil etməsi caiz deyil.”1
Qeyd : 1 “Bədayiul – Fəvaid”, İbn Qəyyim Cövziyyə, c:4, səh:906
 “əl – Fiqh aləl – Məzahibil – Ərbəə” kitabının müəllifi belə fətva verib: “Bir şəxs öz əli ilə istimna etsə, yaxud qadın – qadınla özünü sakitləşdirsə, belə şəxslərə hədd cəzası yoxdur. Çünki bu əməlin haram olmasına baxmayaraq alınan ləzzət naqis bir ləzzət hesab olunmur. Bu naqis ləzzətin cəZası isə şəri –hakimin məsləhət gördüyü qədər, 10 şallaq vurmaqdır.”1
Qeyd : 1 “əl – Fiqh aləl – Məzahibil – Ərbəə”, Cəziri Hüdud fəsli, səh: 1223
 Əziz oxucular! Təəssüflər olsun ki, belə bir kimsələr özlərini müsəlman və alim adlandırırlar. Əgər onlar cavanlarına şəhvətini söndürmək üçün istimna etməyi, qadınlara zinadan uzaq durmaq üçün öz fərclərinə bir şey daxil etməyi caiz bilir, kişilərə süd ana, bacısı ilə və nökərlə zina və ya livat etməkdə hədd cəzası bilmirlərsə, daha bunlarda qeyrət, namus və müsəlmançılıqdan nə
qalır . . . ?!

ZİNA ETDİYİN ŞƏXSLƏ EVLƏNMƏYİN HÖKMÜ
Əbu Hənifənin bu barədə fətvası belədir: “Əgər kişi bir qadına pul verərək xidmətçi götürüb onunla zina etsə, yaxud digər bir qadınla zina etdikdən sonra onunla evlənsə, onlara heç bir hədd cəzası düşmür, Çünki birinci qadına pul verib xidmətçi götürmüş, ikinci qadınla isə evlənmişdir. Belə bir məqamda  kişi qadının sahibi sayılır. Hər kəs öz mülkü ilə (xidmətçi götürdüyü və ya evləndiyi qadınla) zina etmiş olsa, belə bir zina etməyə hədd cəzası yoxdur.”1
Qeyd : 1 “əl – Müğni”, Abdullah ibn Qüddəmə, c:10, səh:194; “əş – Şərhul – Kəbir”, Əbdürrəhman ibn Qüdamə, c:10, səh:188
 Alimlərlə Əbu Hənifənin verdiyi fətvada incə br fərq var: Böyük müctəhidlər, alimlər öz fətvalarında belə deyiblər: “Əgər bir şəxs bir qadınla zina etdikdən sonra onunla ailə qursa, onların üzərindən hədd cəzası düşməz. Şəriət baxımından hal – hazırda nigahla yaşasalar da, nigahdan öncə zina etdikləri üçün onlara hədd vacibdir.” Çünki, Allah –Təala Qurani Kərimdə belə buyurub: “Əz – zaniyətu vəz – zani fəclidu kullə vahidin minhuma miətə cəldəh. Və la təxuzkum bihima rafətun.” Mənası: “Zainkar kişi və qadının hər birinə yüz ədəd şallaq vurun. Və bu barədə inlara rəhim etməyin.”
 Lakin Əbu Hənifə bu barədə: “Onlar üçün hədd cəzası yoxdur” deyib.1 

Qeyd : 1 ”əl – Mühəlla”, İbn Həzm, c:11 səh: 252

MARAQLI  BİR  FƏTVA
 Əbu Hənifənin fətvalarından biri də belədir: “Əgər bir şəxs müsəlmanlardan birinin həyat yoldaşına aşiq olarsa, onun evinə yük daşımaq və ya o evdə işləmək bəhanəsi ilə gediş – gəliş yaratması caizdir. Sonra isə həmin qadını ərindən boşamağa vadar edə bilər. O qadın ərindən boşanaraq iddə saxladıqdan sonra həmin şəxs qadının istəyini nəzərə almadan onu nigah bağlamağa məcbur edə bilər.”1

Qeyd : 1 ”əl – Mühəlla”, İbn Həzm, c:11 səh: 399

NAMƏLUM  ŞƏXSDƏN OLAN UŞAQ
Böyük alimlər öz fətvalarında belə deyiblər: “Əgər kişi hər hansı bir qadınla bir qrup insanın şahidliyi ilə nigah bağladıqdan sonra müəyyən bir səbəbə görə həmin an, həmin yerdə onun təlaqını versə, altı ay sonra bu qadın uşaq dünyaya gətirsə, o uşaq həmin kişinin övladı deyil. Çünki nikah bağlandıqdan sonra inunla heç bir yaxınlıq etmədən təlaq vermişdir.”
 Lakin Əbu Hənifə deyir: “Uşaq o kişinin övladı hesab olunur. Çünki əqd oxumaq vasitəsi ilə o qadının dünyaya gətirdiyi uşaq yaxınlıq etməsələr dMüğni”, İbn Qüddəmə, c:10, səh:64

Hiç yorum yok: