29.02.2016

Ebu Bekr haqqında ayə nazil olubmu???




Yenədə bəzi Xilaf Əhli şiələri şəkkə salmağ üçün Mağara ( Tövbə 40 ) ayəsin gətirir, və deyirki bu Əbu Bəkrin fəzilətinə aid olduğunu söyləyirlər, Ey Xilaf Əhli insanları şəkkə salmağdansa bunları oxuyun fitnə yaratmıyın.!!

Xülasə keçək mövzumuza... Mağara ayəsi Əbu Bəkrin fəzilətinəmi aiddir?

            «Əgər siz ona (Həzrət Məhəmmədə) kömək etməsəniz, bilin ki, Allah onsuz da yardım etmişdir. Onda ki, kafirlər onu iki nəfərdən biri olaraq [yurdundan] çıxartdılar. Onda ki, hər ikisi mağarada idilər və onda ki, yoldaşına «Qəm yemə.! Allah, həqiqətən, bizimlədir» deyirdi. Onda Allah ona (Peyğəmbərə) sükunəti nazil etdi. Onu sizin görə bilmədiyiniz ordu ilə gücləndirdi...». Tövbə 40

Və... Əbu Bəkrin Rəsulallahın (s) nə zaman hicrət edəcəyindən xəbəri belə yox idi. O, imam Əlinin (ə) yanına gedərək, həzrət Peyğəmbərin (s) vəziyyətinin nə yerdə olduğunu soruşdu. O da onun mağaraya getdiyini, işi varsa ona yetişə biləcəyini söylədi. Əbu Bəkr də yola düşdü və yarı yolda Rəsulallaha (s) yetişdi. Beləliklə, məcbur halda bərabər yola davam etdilər. Bundan da anlaşılır ki, Peyğəmbəri-əkrəm (s) onu özü ilə birlikdə aparmaq istəməmişdi. Əksinə o iznsiz olaraq Rəsulallahın (s) ardıyca gedib, yarı yoldan sonra onunla bərabər yola davam etmişdi.
(Təbəri «Tarix» kitabının III cildi)

Hətta bəzi xəbərlərə görə həzrət Peyğəmbərin (s) Əbu Bəkri yanında aparmasının səbəbini təsadüfi, fitnə çıxmaması və düşmənə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə olduğu anlaşılır. və bu haqqda hədisə nəzər yetirək... «Həzrət Peyğəmbərin (s) hicrətindən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getdim. Qüreyş müşriklərinin Rəsulallahın (s) əshabını söydüklərini gördüm. O vaxt Rəsulallah (s) Əliyə öz yatağında yatmasını əmr etdi. Əbu Quhafənin oğlu Əbu Bəkrin düşmənlərə xəbər verə biləcəyindən ehtiyat etdiyinə görə, onu özü ilə birlikdə götürüb, mağaraya doğru hərəkət etdi».
(Şeyx Əbulqasim ibn Sabbağ Rəsulallahın (s) həyatı haqqında olan «Ən-nuru vəl-bürhan» adlı kitabı)

"Allah, həqiqətən, bizimlədir"(bu sözdə Əbu Bəkrin fəzilətli olmasını söylüyürlər) şüphəsinə cavap:

           «Yusif» surəsinin 39-cu ayəsindən də göründüyü kimi, həzrət Yusif (ə) zindanda olduğu müddətdə iki yoldaşı var idi: «Ey mənim iki zindan yoldaşım.! Ayrı- ayrı Tanrılar yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan bir Allah.?!».

Müfəssirlər bu ayə haqqında belə deyirlər: Yusifi zindana gətirdikdə, şahın aşbazı və xidmətçisi olan iki kafiri də onunla birlikdə zindana saldılar. Bu üç nəfər beş il müddətində bir yerdə qaldılar. Ayədən göründüyü kimi Həzrət Yusif (ə) onlara «yoldaşlarım» -deyə xitab edir. Məgər Peyğəmbərin o iki kafirə yoldaş deməsi onların fəzilət və şərəflərini isbatlayır. Yoxsa onlar iman gətirmişdilər.? Halbuki müfəssir və tarixçilərin hamısı onların beş il yoldaşlıq etdikdən sonra kafir olaraq həzrət Yusifin (ə) yanından ayrıldıqlarını söyləyirlər.

Kəhf surəsinin 37-ci ayəsində də Allah- təala belə buyurur: «Onunla danışan yoldaşı ona dedi: «Səni əvvəlcə torpaqdan, sonra bir damla nütfədən yaradan və daha sonra adam şəklinə salan Allahı inkarmı edirsən.?!

Bu ayənin təsfirində Fəxri Razinin də «Təfsiri-Kəbir» kitabında nəql olunur: "Biri mömin, digəri də kafir olan iki qardaş var idi. Möminin adı Yəhuda, kafirin isə Bəratus idi." Aralarında olan söhbət uzun olduğu üçün nəql etmirəm.

Ancaq görürsünüz ki, Allah-təala biri mömin, digəri də kafir olmasına baxmayaraq, onları «qardaş» adlandıraraq xüsusiyyətləndirir. Görəsən, möminin kafirlə qardaş olması, kafirə hər hansı bir fayda verdimi.? Cavab mümkünsüzdür.

Demək ki, biri ilə yoldaş olmaq təkbaşına fəzilət və üstünlük üçün yetərli deyildir Rəsulallahın (s) Əbu Bəkrə «Allah bizimlə bərabərdir» şüphəsinə cavap (bu ayədə də Əbu Bəkrin fəzilətli olmasını söylüyürlər)

Mücadələ» surəsinin 7-ci ayəsində belə buyurur:      
             «Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini bilmirsən.? Aralarında pıçıldaşan (gizlin söhbət edən) üç kimsə yoxdur ki, Allah dördüncüləri olmasın. Beş kimsə yoxdur ki, altıncısı O, olmasın. Bundan istər az, istər çox olsunlar. Harada olsalar-olsunlar, [ Allah ] onlarladır. Sonra Qiyamət günü onlara etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi dəqiq biləndir».

Bu və buna bənzər ayələrə, əqli və nəqli dəlillərə görə istər mömin olsun, istər kafir, istər dost olsun istər düşmən, istərsə də münafiq olsun Allah hər kəslə bərabərdir. İki nəfər bir arada olsa və biri digərinə «Allah bizimlə bərabərdir» deyərsə, bu qarşı tərəfin fəzilətli olduğunu isbat etməz.
Bu səbəbdən əgər iki yaxşı adam, ya da iki pis adam, ya da biri yaxşı digəri pis olan iki nəfər bir yerdə olsalar, yenə də Allah onlarla bərabərdir». Eger desəzki Əbu Bəkr cənnətnən müjdələnibsə necə olur Fatimənin evinə hucum etsin.

Dəlilimiz Quran ayəsi: «Oradan [Cənnətdən] çıx.!!! Sən (Şeytan) [dərgahımdan] qovulmusan. Sən Qiyamət gününə kimi lənətlənmisən».hicr 34. 35

Hiç yorum yok: