29.02.2016
Əbu-bəkrə və Ömərə kimlər lənət etmişlər?
1) Allah Əbu-bəkrə (l.ə) və Ömərə (l.ə) lənət etmişdir!
Uca Allah Quranın bir çox ayələrində bu iki nəfərə və Əhli-beytin (ə) haqqına zülm edən hər bir kəsə lənət etmişdir və onlara əzab vəd etmişdir.Bu ayələrdən biri Əhzab surəsinin 57-ci ayəsidir:
“Şübhəsiz ki, Allah və onun Rəsulunu incidənlərə Allah dünya və axirətdə lənət etmiş və onlara rüsvay edici əzab hazırlamışdır”.
Ayədə göstərilən lənət və nifrinin bu ikisinə aid olmasına sübut kimi Əhli-sünnənin və Əhli-beyt (ə) sevərlərin Peyğəmbərdən (s) rəvayət etdikləri hədisi nəzərinizə çatdırırıq.Peyğəmbər (s) buyurub: Fatimə (ə) mənim bədənimin bir parçasıdır, kim onu icidərsə məni incitmişdir və hər kəs məni incidərsə Allahı incitmişdir.
Sənəd:
Buxari “Səhih”, hədis: 3427 və 3483
Əllamə Müttəqi Hindi “Kənzul-Ummal”: c.6, səh.220
“Feyzul-qadir”: c.4, səh.421
Əhməd ibni Hənbəl “Müsnəd”: c.4, səh.328
Müslim “Səhih”, hədis: 4483
Tirmizi “Sünən”: c.2, səh.319
Ammə (sünnilərin) və Xassənin (şiələrin) yanında olan “səhih” hədislərə görə bu iki nəfər Allahın Rəsulunun (s) kəlamına hörmətsizlik etmiş və Fatimeyi-Zəhranı (ə) o qədər incitmişlər ki, Xanım Zəhra (ə) o iki nəfər ( yəni Əbu-bəkr (l.ə) və Ömər (l.ə) ) haqqında bu sözləri demişdir: “Allahı və mələkləri şahid gətirirəm (tuturam) ki, siz iki nəfər məni qəzəbləndirdiniz və mənim razılığımı qazanmadınız.Atam Peyğəmbərlə (s) görüşəndə, (axirətdə) mütləq sizin ikinizdən ona şikayət edəcəm”.
Sənəd:
“Dəlailul-imaməti”: səh.45
“Kitab Süleym İbn Qeys”, hədis: 48
Buxari “Səhih”: c.5, səh.26
Müslim “Səhih”: c.4, səh.193
Xanım Zəhra (ə) yenə o iki nəfər haqqında bu sözləri demişdir:
“Allaha and olsun ki, hər namazımdan sonra sənə (yəni Əbu-bəkər (l.ə)) nifrin (lənət) edəcəm”.
Sənəd:
“Əl-İmamətu vəs-siyasətu: c.1, səh.20
Bu rəvayətlərə nəzər yetirdikdə görürük ki, sünni və şiə tarixçilərinin nəzərinə görə Xanım Fatimə (ə) o iki nəfərə qəzəbli halda dünyadan köçmüş və şəhadətə yetirilmişdir.İbn Əbil-Hədid Mötəzili adlı məşhur sünni aliminin yazdığına nəzər yetirin: “Fatimə (ə) Əbu-bəkr və Ömərdən qəzəbli halda dünyadan köçdü”.
İbn Əbil-Hədid “Şərhu Nəhcul-bəlağə”: c.6, səh.50
Muhəmməd ibn İsmayıl Buxari də öz kitabında yazır: “Allahın Rəsulunun (s) qızı Fatimə (ə) Əbu-bəkrə qəzəbləndi və onunla rabitəni kəsdi (küsdü) və onun bu qəzəbi və küsməyi dünyadan köçənə qədər davam etdi”.
Buxari “Səhih”, hədis: 3913
Müslim “Səhih”, hədis: 3304
Belə də rəvayət etmişlər ki, “Fatimə (ə) Əbu-bəkrə qəzəbləndi və ondan küsdü və nə qədər ki, həyatda idi onunla danışmadı...dünyadan köçdükdə isə əri İmam Əli (ə) onu gecə dəfn etdi və Əbu-bəkrə xəbər vermədi və özü onun cənazə namazını qıldı”.
Sənəd:
Buxari “Səhih”, hədis: 6230
Müslim “Səhih”, Kitəbul-cihad vəs-siyər, bab: qavlun-nəbi lə nurisə..., c.5, səh.252
Və bütün bunlar o halda baş verirdi ki, Allahı Rəsulu (s) dəfələrlə Xanım Zəhra (ə) haqqında buyurmuşdur: “Allah Fatimənin (ə) qəzəbi ilə qəzəblənər və onun razılığı ilə razı olar”.
“Müstədrəkus-səhiheyn”: c.3, səh.154
“Əsədul-ğabə”: c.5, səh.522
“Kənzul-ummal”: c.13, səh.96
Allahın Rəsulu (s) Əbu-bəkrə (l.ə) və Ömərə (l.ə) lənət edər!
Ömər ibni Xəttabın (l.ə) özü Peyğəmbərdən (s) belə rəvayət edir ki, Allahın Rəsulu (s) buyurdu: “Mənim hörmətimi Əhli-beytimə (ə) olan münasibətinizlə hifz edib qoruyun.Kim onlara yaxşı münasibət göstərməklə mənim hörmətimi qorusa, Allah da onu qoruyar və bilin ki, kim mənim Əhli-beytimə (ə) əziyyət edib onları incitsə Allahın lənəti onlara olsun (Peyğəmbər (s) bu sözü 3 dəfə təkrar etdi)”.
“Kəşful-ğummə”: c.1, səh.416
Əbu-Səid Xudri adlı səhabə belə deyir ki, Peyğəmbər (s) buyurdu: “Əlini sevin, çün ki onun əti mənim ətimdəndir, qanı mənim qanımdandır.Allah lənət etsin ümmətimdən olan o kəsə ki, mənim Əli barədə onlarla olan əhd-peymanımı zay edər və Əli haqqında onlara etdiyim vəsiyyətimi unudar (qəsdən).Onların Allah yanında heç bir payı yoxdur”.
Şeyx Tusi “Amale”: səh.69, hədis: 101
Peyğəmbərimiz (s) yenə də buyurmuşdur: “Ey Əli! Qorx o kin və nifrətdən ki, bəziləri sinələrində gizlətmişlər və ta ki mən öləndən sonra üzə çıxaracaqlar.Allah onlara lənət edər və bütün aləmlərin lənət edənləri onlara lənət edəcəklər”.
“Biharul-ənvar”: c.28, səh45
Əhli-beyt (ə) Əbu-bəkrə (l.ə) və Ömərə (l.ə) lənət edərlər!
İmam Əli (ə) lənət edər!
İmamdan (ə) rəvayət edilən bir rəvayətdə belə deyilir: “Allah Xəttabın öğluna (yəni Ömərə) lənət etsin.Əgər o olmasaydı bədbəxt kişi və qadından başqa heç bir kişi və qadın zina etməzdi”.
“Biharul-ənvar”: c.53, səh.31
Həmçinin Muhəmməd ibni Müsənna öz kitabında Haris ibni Müğeyrə Nəzridən belə rəvayət etmişdir ki, o İmam Sadiq (ə)-a belə ərz etdi: Əbu-Məqəl Məzəni mənə xəbər verdi ki, İmam Əli (ə) məğrib (yəni şam) namazını camaatla qıldı və 2-ci rükətdə qunut duasında Müaviyəyə (l.ə), Əmr Asa (l.ə), Əbu-Musa Əşəriyə (l.ə) və Əbul-Əmr Səlmiyə (l.ə) lənət oxudu.
İmam Sadiq (ə) buyurdu: Doğru deyir. Sən də onlara lənət oxu.
“Bəraət əz doşmənan Əhli-beyt (ə)”: səh.11
Həmçinin İmam Əli (ə) “Qureyşin iki bütü” adlı məşhur duasını səhər-axşam namazlarının qunutlarında oxuyar və deyərdi: “Ey Rəbbim! Qureyşin iki bütünə (Əbu-bəkrə və Ömərə) və iki müşrikinə, iki azğımlıq sərkərdəsinə və iki yalançısına, onların qızlarına (Aişəyə və Həfsəyə) lənət elə, o iki nəfər ki sənin göstərişlərini ayaq altına saldılar və sənin nazil etdiyin vəhyi qəbul etmədilər və sənin nemətin olan Rəsulunu (s) inkar etdilər və sənin Peyğəmbərinə (s) itaətsizlik göstərdilər......”.
“Biharul-ənvar”: c.85, səh.240
Xanım Fatimeyi-Zəhra (ə) Əbu-bəkrə lənət edər!
Xanım Zəhra (ə) buyurdu: “Allaha and olsun ki, hər namazımda sənə nifrin edəcəyəm”.
“Əl-imamətu vəs-siyasətu”: c.1, səh.20
İmam Səccad (ə) Əbu-bəkrə və Ömərə lənət edər!
Əbu-Həmzə Somali İmam Səccad (ə)-dan belə bir sual etdi: Sizdən Əbu-bəkr və Ömər haqqında sual edirəm.İmam Səccad (ə) cavab verdi: ” Allahın lənəti bütün lənətləri ilə birlikdə o ikisinə olsun”.
“Bəsairud-dəracat”: səh.249
İmam Baqir (ə) Əbu-bəkrə və Ömərə lənət edər!
Hənnan ibn Sudeyr atasından, o da İmam Baqirdən (ə) nəql etmişlər ki, İmam (ə) belə buyurdu:
“Allaha and olsun ki, bizdən (yəni Əhli-beytdən) dünyadan köçən hər bir kəs o ikisinə qəzəbli halda dünyadan köçər.Biz bu dünyada və yaşadığımız bütün günlər ərzində o ikisinə qəzəbli halda olarıq.Və bizim böyüklərimiz bu işi kiçiklərimizə vəsiyyət edər (yəni onlara lənət etməyi və qəzəbli olmağı)......Allahın mələklərinin və bütün insanların (məxluqatın) lənəti o ikisinə olsun”.
“Üsuli-Kafi”: c.8, səh.245, hədis: 340
Həmçinin Vərd ibni Zeyd (Əhli-beyt (ə) şairi olan Kumeyt ibni Zeydin qardaşı) belə deyir: İmam Baqirdən (ə) Əbu-bəkr (l.ə) və Ömər (l.ə) haqqında soruşdum. İmam Baqir (ə) belə buyurdu: “Hər kəs bilsin ki, Allah ədalətlidir və o ikisindən bizardır (yəni açığı gəlir, qəzəblidir) və yer üzündə axıdılan hər bir nahaq qan o ikisinin boynundadır”.
“Biharul-ənvar”: c.30, səh.383
İmam Sadiq (ə) lənət edər!
Hüseyn ibni Suveyr və Əbu-Sələmə Sirac belə nəql etmişlər: İmam Sadiqdən (ə) eşitdik ki o Həzrət (ə) hər vacib namazdan sonra 4 kişiyə və 4 qadına lənət oxuyardı.Kişilər (əgər onlara kişi demək mümkünsə) bunlar idi: Əbu-bəkr (l.ə), Ömər (l.ə), Osman (l.ə) və Müaviyə (l.ə).
Qadınlar isə (əgər onlara qadın demək mümkünsə) bunlar idi: Aişə (l.ə), Həfsə (l.ə), Hind (l.ə) və Ümmul-Həkəm(l.ə) (Müaviyənin(l.ə) bacısı)
“Kafi”: c.3, səh.342
Həmçinin Şeyx Təbərsi İmam Sadiqdən (ə) belə rəvayət etmişdir ki, İmam (ə) rəvayət edənə belə dedi: “Namazı bitirdikdən sonra Bəni-Üməyyəyə (l.ə) lənət oxumamış yerindən qalxma və belə deyin: Əllahumməl-ən Bəni-Üməyyə (yəni Ey Allahım!Bəni-Üməyyəyə lənət et)”
İmam Əli ibni Musər-Riza (ə) lənət edər!
“Muhəcud-də-əvat” kitabında gəlmişdir ki, İmam Riza (ə) belə buyurdu: “Kim şükr səcdəsində bu duanı oxusa elə bil ki, Peyğəmbərlə (s) birlikdə “Bədr” döyüşündə iştirak edib və düşmənə tərəf ox atıb: İlahi! O iki nəfər lənət elə ki, onlar sənin dinini başqa şəklə saldılar və sənin nemətini dəyişdirdilər və Peyğəmbərinə (s) töhmət etdilər və onu məsxərə etdilər və sənin kitabını dəyişdirdilər (təhrif etdilər) və sənin dostlarını öldürdülər.....
İmam Cavad (ə) lənət edər!
Zəkəriyyə ibni Adəm (r.ə) belə deyir: İmam Rizanın (ə) xidmətində idim ki, 4 yaşında olan İmam Cavadı (ə) gətirdilər.İmam (ə) əlini yerə vurub mübarək başını göyə qaldırdı və fikrə getdi. İmam Riza (ə) buyurdu: Canım sənə qurban nə oldu ki, bu qədər fikrə getdin? İmam Cavad (ə) buyurdu: Nənəm Zəhranın (ə) başına gətirilən müsibətə görə fikrə getdim.Allaha and olsun ki, (imkanım olsa) o iki nəfəri qəbirlərindən çıxararam və yandıraram, sonra da küllərini ya küləyə verərəm (sovutduraram), ya da ki suya səpərəm. İmam Riza (ə) onu yanına çəkdi və iki gözünün arasından öpüb belə dedi: Sən imam olmağa layiqsən.
“Dəlailul-imamə”: səh.212
İmam Zaman (ə) lənət edər!
İmam Sadiq (ə) belə buyurdu: “Həzrəti Qaim (ə) zühur edəndə o ikisinə lənət edər və onlardan bəraət edər (yəni onlardan və onların yolundan uzaq olmağı təbliğ edər).
“Biharul-ənvar”: c.52, səh.386, hədis: 201
Bütün Əhli-beyt (ə) lənət edər!
İmam Sadiq (ə) belə buyurdu: Biz Bəni-Haşim tayfası böyüklərimizə və kiçiklərimizə əmr edərik ki, o iki nəfər lənət edib onlardan bizarlıq etsinlər (yəni onların getdiyi yoldan uzaq olsunlar və uzaq olmağı da təbliğ etsinlər).
Kəşşi “Rical”, səh.180
Peyğəmbərin (s) səhabələri lənət etmişlər!
İmam Əli (ə) buyurdu: “Allah Salmana (r.ə), Əbu-Zərrə(r.ə) və Miğdada (r.ə) rəhmət eləsin. Heç kəs onlar qədər o iki nəfəri tanımadı və onlardan bizarlıq etmədi və onlara lənət etmədilər”.
“Kitab Süleym ibni Qeys”, səh.921, hədis: 67
Həmçinin İmam Əli (ə) Əmmara (r.ə) belə buyurdu: “Ey Əmmar! Allahın Rəsulunu (s) sevirsənmi və düşmənlərindən bizarlıq edirsənmi?
Əmmar (r.ə) dedi: Bəli.
İmam Əli (ə) buyurdu: Ey Əmmar! Sənə kifayət edər ki, o iki nəfərə bizarlıq edəsən və onlara lənət edəsən”.
“Kitab Süleym ibni Qeys”
Mələklər lənət edər!
Aban adlı bir nəfər Suleymdən nəql edir ki, o belə deyir: Əbu-Zərrə (r.ə) dedim: Allah sənə rəhm eləsin! Peyğəmbərdən (ə) İmam Əli (ə) haqqında ən maraqlı bir söz eşitmisənmi ki, mənə deyəsən? Əbu-Zərrə (r.ə) dedi: Peyğəmbərdən (s) belə eşitdim: Allahın ərşinin ətrafında 90 min mələk vardır ki, onların ibadəti və təsbihləri ancaq Əli ibni Əbu-Talibə (ə) itaətdən, onun düşmənlərinə bizarlıq etmək və lənət oxumaqdan və İmamın (ə) şiələri üçün Allahdan bağışlanmaq istəməkdən ibarətdir.
Suleym deyir: Ona dedim: Allah sənə rəm eləsin! Bundan başqasını da bizim üçün deyrəsənmi? Əbu-Zərrə (r.ə) dedi: Peyğəmbərdən (s) belə eşitdim: Allah Cəbraili (ə), Mikaili (ə) və İsrafili (ə) ancaq Əli ibni Əbu-Talibə (ə) itaət, onun düşmənlərinə bizarlıq etmək, lənət etmək və onun şiələri üçün Allahdan bağışlanmaq istəməkdən ötrü seçib vəzifələndirmişdir.
“Kitab Süleym ibni Qeys”, səh.858, hədis: 46
“Biharul-ənvar”: c.40, səh.95, hədis: 116
Bütün aləmlərin məxluqatı (yaranmışları) lənət edərlər!
İmam Səccad (ə) belə nəql edir: Allahın Rəsulu (s) belə buyurdu: “Vay olsun Əlinin (ə) düşmənlərinə və onun vilayətini qəbul etməkdə inadkarlıq edənlərə ki, mən Muhəmməd peyğəmbərə (s) kafir oldular və mənim dediklərimi yalan saydılar.(Nə olardı bilərdiniz ki) Nə cür Uca Allah öz ərşinin üzərində onlara özünün ən pis lənətini edər və həmçinin nə cür ərşin, kürsünün və hicabların yükünü çəkən mələklər onlara lənət edərlər və nə cür göylərdə, yerlərdə, havada və onlar arasındakılar və onların altında olanlar onlara lənət edərlər.Və həmçinin nə cür bulud və yağış mələkləri, dəryaların, quru ərazilərin mələkləri, günəş və göyün ulduzları və yerin çınqılları və qumları və yer üzünün hayvanları onlara lənət edərlər.Allah-təala Qiyamət gününə qədər göndərilən hər lənətə görə onların qaldığı yeri daha da aşağı səviyəli hala gətirər, vəziyyətlərini daha da pisləşdirər və Qiyamət günündə Allahın qəzəbinə və lənətinə düçar olaraq Şeytanın, Nəmrudun, Fironun və sair Allah düşmənlərinin arasında yerləşdirilər.Və ən böyük əməl ki, göylərin və hicabların (ilahi sirlərin) mələkləri onunla Allaha müqərrəb (yaxın) olurlar, o da budur ki, onlar biz Əhli-beytin (ə) dostlarına salam və salavat göndərər və biz Əhli-beytin (ə) düşmənlərindən bizarlıq edib onlara lənət oxuyarlar.
“Biharul-ənvar”: c.68, səh.37, hədis 79
Behiştin (cənnətin) qapısı üzərində onlara lənət yazılıb!
İmam Musa ibni Cəfər (ə) atalarından (ə), onlar da Peyğəmbərdən (s) belə nəql etmişlər ki, buyurub: Behiştə daxil oldum və gördüm ki, onun qapısı üzərində belə yazılmışdır: Allahdan başqa məbud yoxdur (ibadət edilən), Muhəmməd (s) onun həbibidir (sevimlisidir),Əli ibni Əbu-Talib (ə) Allahın vəlisidir (dostudur), Fatimə (ə) Allahın kənizidir (qadın quludur, xidmətçisidir), Həsən (ə) və Hüseyn (ə) Allahın bəyənib seçdikləridir və onların düşmənlərinə lənət olsun.
“Biharul-ənvar”: c.27, səh.228, hədis: 30
Əbu-bəkrin (l.ə) Ömərə lənət etməsi (l.ə).
Əbu-bəkr (l.ə) dedi: Allah Səhhakın oğluna (yəni Ömərə) lənət etsin.O məni dindən azdırdı, həqiqətən də o necə də pis yoldaş və dostdur.
“İrşadul-qulub”: səh.393
Ömərin (l.ə) İmam Əlinin (ə) düşmənlərinə lənət etməsi.
Rəvayətdə gəlmişdir ki, Ömər (l.ə) İmam Hüseynə (ə) belə dedi: Allahın lənəti olsun sənin atanın haqqını inkar edənə.
(çox maraqlıdır ki, Ömər kimi lənətə gəlmiş birisi elə özü-özünə lənət edir)
Şeyx Təbərsi “Əl-Ehticac”: c.2, səh.292
Başqa aləmlərin əhalisi lənət edərlər!
İmam Sadiq (ə) atalarından (ə), onlar da İmam Əlidən (ə) rəvayət etmişdir ki, Allahın Məğribin arxasında (naməlum bir aləmdir) bir şəhəri vardır ki, adı Cabilqadır və orada 70 min ümmət yaşayır və hamısı da ümmət kimidirlər (amma bilinmir nə cür məxluqdurlar), ancaq bir göz qırpımı zaman ölçüsü qədər də Allaha itaətsizlik etməzlər.Onların əməlləri ancaq o iki nəfərə lənət edib və onlardan bizarlıq etmək və Əhli-beytin (ə) vilayətinə (hökmdarlığına) iqrar (dildə deməkdən) ibarətdir.
“Bəsairud-dəracat”, səh.490, hədis: 1
Həmçinin İmam Sadiqdən (ə) belə rəvayət olunmuşdur: “Allahın bundan başqa digər bir yeri vardır ki, çox nurludur (işıqlıdır) və bu yerin işığı o yerin nurundandır.Orada mövcudatlar var ki, Allaha ibadət edərlər və ona şərik qoşmazlar və o ikisindən bizarlıq edib onlara lənət edərlər”.
“Bəsairud-dəracat”, səh.490, hədis: 2
Həmçinin İmam Sadiqdən (ə) belə rəvayət etmişlər: Sizin bu günəş sistemindən başqa 40 başq günəş sistemi də vardır ki, onlarda da çoxlu məxluqatlar vardır.Və onlar bilmirlər ki, Allah Adəmi (ə) yaradıb, ya yox. Ancaq o kisindən bizarlıq edib onlara lənət etməyi Allah onlara ilham etmişdir.
“Bəsairud-dəracat”, səh.490, hədis: 3
Həmçinin İmam Riza (ə) belə buyurmuşdur: Allahın bu “Nətaq”-ın arxasında göy zəbərciddən bir səması vardır ki, səma onun vasitəsilə göy rəngə boyanır.Dedilər: “Nətaq” nədir? İmam (ə) belə cavab verdi: Pərdədir ki, Allah onun arxasından cinlərdən və insanlardan əvvəl 70 min aləm yartmışdır və onların hamısı o ikisinə lənət edərlər.
“Muxtəsər Bəsairud-dəracat”: səh.12
Heyvanlar Əbu-bəkər (l.ə) və Ömərə (l.ə) lənət edər!
İmam Riza (ə) buyurmuşdur: Qombəreni (sərçənin bir növüdür ki, ona çəkavək deyirlər) yeməyin və onu söyməyin və onu uşaqlarınızın əlinə verməyin ki’ oynatsınlar.Çün ki bu heyvan çoxlu təsbih deyir və onun təsbihi belədir: “Ey Allahım! Ali-Muhəmmədin düşmənlərinə lənət et”.
“Biharul-ənvar”: c.27, səh.273
“Amale Şeyx Tusi”
Həmçinin Ənəs ibni Malik (l.ə) belə nəql etmişdir: Peyğəmbər (s) buyurdu: Allahın məxluqatları vardır ki, Adəm övladlarından deyildirlər və onlar İmam Əlinin (ə) düşmənlərinə lənət edərlər.Dedilər: Onlar kimlərdir? Peyğəmbər (s) belə cavab verdi: Onlar çəkavəklərdirdir ki, səhərlər ağacların üstündə nida edərlər ki, “Allahın lənəti Əlinin (ə) düşmənlərinə olsun, Bismil-ləhir-rahmənir-rahim və səlam olsun Allahın bəyənib seçdiyi bəndələrinə”.
“İrşadul-qulub”: c.2, səh.236
İmam Həsənul- Muctəba (ə) buyurdu: Bir gün atam İmam Əli (ə) bir ərazidən keçirdi ki, orada heç bir su və yem yox idi və heç kim orada yaşamırdı.Atamın gözü bir kəkliyə sataşdı və ona dedi: Ey kəklik! Sən nə vaxtdan burdasan? Suyunu, yemini haradan əldə edirsən? Kəklik dil açıb belə cavab verdi: Ey Əmiral-muminin!Mən 100 ildən çoxdur ki, bu çöldəyəm elə ki, acıram sizə salam və salavat göndərirəm və bunun vasitəsilə yeməyim sərilir. Elə ki susuzlayıram sizə zülm edənlərə lənət oxuyuram bunun vasitəsilə Allah suyumu yetirir.
“Biharul-ənvar”: c.65, səh.43, hədis: 3
Əmmar Yasirdən (r.ə) və Cabir Ənsaridən (r.ə) gələn rəvayətdə belə deyilir: Bir çöldə Əmiral-muminin İmam Əlinin (ə) xidmətində idik.Birdən İmam (ə) göyə baxıb təbəssüm etdi və belə dedi: Əhsən, sənə ey quş! Allahın sənə verdiyi fəzlə (üstünlüyə) görə oxuyurdun.Dedim: Ey mənim ağam! Quş haradadır? İmam (ə) dedi: Havadadır. İstəyirsənmi onu görəsən və səsini eşidəsən? Dedim:Bəli, ey mənim ağam! İmam (ə) səmaya baxdı dağının altında bir dua oxudu ki, birdən göydən bir quş endi və İmamın (ə) mübarək qoluna qondu.İmam (ə) mübarək əlini onun belinə çəkib dedi: Allahın izni ilə danış, mən Əli ibni Əbu-Talibəm.Allah o quşa danışıq qabiliyyəti verdi və quş açıq-aşkar ərəbcə danışdı: Salam olsun sənə ey Əmiral-muminin və Allahın rəhmət və bərəkəti sənə olsun.İmam (ə) salamın cavabını verdi və ona dedi: Bu susuz və yemsiz çöldə yeməyini-işməyini necə əldə edirsən? Quş belə cavab verdi: Ey mənim ağam!Ac olanda sizin vilayətinizi yada salıram və bunun vasitəsilə Allah mənə yemək verir.Susuz olanda isə sizin düşmənlərinizə bizarlıq edib onlara lənət oxuyuram və bunun vasitəsilə Allah suyumu yetirir.İmam (ə) ona iki dəfəf belə dedi: Sənə Allahın bərəkəti olsun!
İbn Şəhr Aşub “Mənaqib”: c.2, səh.305
Ey Əhli-beytdən (ə) uzaq düşənlər! Allah sizə hidayət nəsib etsin, əgər istəsəniz.
Allahın salamı, rəhməti və bərəkəti Əhli-beytin yolinu gedənlərin üzərinə olsun.
Kaydol:
Kayıt Yorumları (Atom)
1 yorum:
Misvər İbn Məxrəmə y demişdir: “(Bir dəfə) Əli, Əbu Cəhlin qızına elçi göndərdi. Fatimə bunu eşidəndə (bərk qəzəbləndi və) Peyğəmbərin r yanına gəlib dedi: “Həmqəbilələrin deyəcəklər ki, sən öz qızlarına görə heç qəzəblənmirsən. Əli, Əbu Cəhlin qızı ilə evlənmək istəyir.” Onda Peyğəmbər r ayağa qalxıb şəhadət gətirdi və buyurdu: “Sonra isə... Mən qızımı Əbul-Asa ərə verdikdə o mənə söz verdi və sözünün üstündə durdu[11]. Fatimə də mənim ciyərparəmdir. Mən istəmirəm ki, kimsə ona bir pislik etsin. Vallahi, Allahın Elçisinin r qızı ilə Allahın düşmənin qızı eyni bir kişinin zövcəsi ola bilməz.” (Bunu eşidəndə) Əli (o qızla) evlənmək fikrindən vaz keçdi.” Digər rəvayətdə Misvər demişdir: “Mən Peyğəmbərin r Abduşəms oğullarından olan kürəkənini yad etdiyini, onu qohumluq əlaqələrini saxlamaq xüsusunda tərifləyib belə dediyini eşitmişəm: “O, mənə söz verdi və sözünün üstündə durdu, vəd verdi və vədini yerinə yetirdi”[12]. (Buxari 3729, Muslim 6462, 6463, 2449/95)
Xəbis fikirlərinizlə Əli r.a da lənət oxuyursuz
Yorum Gönder