Bir gün Müaviyə camaat namazına rəhbərlik etmək üçün məscidə gəldi.
Namazda həmişə olduğundan çox adam var idi.
Müaviyənin xoşuna gəldi və özündən razı camaata nəzər saldı.
Əmr ibn As onun bu halını görüb yaxınlaşıb dedi ki, çox da qürur eləmə. Bu camaatda ağıl olsaydı, Əlini seçərdilər.
Müaviyənin sifəti turşudu. Namazdan sonra Əmr ibn As izn istəyib minbərə qalxdı. Xütbə etməyə başladı.
Xütbənin sonunda dedi ki,
Hz.Rəsuləllahdan(s) eşitmişəm ki, hər kəs dilinin ucunu burnunun ucuna çatdırsa Allah ona cənnəti vacib edər.
Bu sözlərdən sonra bütün məsciddə olanlar dillərinin buruna çatıb-çatmadığını yoxlamağa başladılar.
Əmr ibn As minbərin yanında əyləşən Müaviyəyə elə bunu nişan verərək camaatın ağılsız olduğunu bildirmək istəyirdi ki, gördü Müaviyə özü əbasını camaat görməsin deyə qaldırıb öz dilinin burnuna çatıb-çatmamasını yoxlayır.
Minbərdən enib Müaviyəyə yaxınlaşıb qulağına dedi:
"Bu camaat axmaqdır və elə buna görə axmaq xəlifə istəyirlər. Əli bu camaat üçün heyfdir".
Hiç yorum yok:
Yorum Gönder