ً
“Ömər Kufə camaatına məktub yazaraq göstəriş verdi ki, heç kim Peyğəmbərin (s) adını qoymasın.”
“Şərhi səhihi Buxari”, 9-cu cild, səh: 344
Səhihi Müslimdə Ömərin dilindən nəql edir ki. Həzrət Əli (ə) Əbubəkri, Öməri yalançı, günahkar və xain hesab edirdi. Ömər, həzrət Əli (ə)-a və Əbbasa xitabən deyr
“Peyğəmbərin (s) vəfatından sonra Əbubəkir dedi: “Mən Peyğəmbərin (s) canişiniyəm.” Siz iki nəfər (Abbas və Əli (ə)) gəldiniz. Sən Abbas qardaşın oğlu Peyğəmbərin və Əli (ə) Peyğəmbərin qızı Fatimənin atasından qalan mirasi istədiniz. Əbubəkir dedi: “Peyğəmbər (s) buyurub: Biz irs qoymuruq, qoyduqlarımız sədəqədir.” Siz onu yalancı, gübahkar, hiləgər və xain adlandırdınız. Halbuki Allah bilir o, düzdanışan, dindar və haqqa tabe olandır. Əbubəkir öldükdən sonra mən Peyğəmbərin (s) və Əbubəkirin canişini oldum. Siz ikiniz məni də yalançı, günahkar, hiləgər və xəyanətkar adlandırdınız.”
“Səhihi Müslüm”, 3-cü cild, səh: 1378, 1757-ci hədis.
Səhih Buxari Əbubəkirə xitabən Əli (ə)-ın dilində belə nəlq edir:
وَلَكِنَّكَ اسْتَبْدَدْتَ عَلَيْنَا بِالْأَمْرِ وَكُنَّا نَرَى لِقَرَابَتِنَا من رسول اللَّهِ صلى الله عليه وسلم نَصِيبًا
“Sən güclə bizə müsəllət oldun, biz Peyğəmbərə olan yaxınlığmıza görə xilafət məqamına daha layiqliyik.”
“Səhihi Buxari”, 4-cü cild, səh: 1549, 3998-ci hədis.
Digər rəvayətdə isə nəql edir ki, həzrət Əli (ə) Ömərin üzünü belə gürmək istəmirdi.
فَأَرْسَلَ إلى أبي بَكْرٍ أَنْ ائْتِنَا ولا يَأْتِنَا أَحَدٌ مَعَكَ كَرَاهِيَةً لِمَحْضَرِ عُمَرَ
Hiç yorum yok:
Yorum Gönder