Səhifələr

2.11.2016

Zərurət olmadıqca şəkil çəkdirmək və ya kamera ilə video çəkmək qadağandır.


Zərurət olmadıqca şəkil çəkdirmək və ya kamera ilə video çəkmək qadağandır . Bu fətvanı da vəhhabi alimlərinin ümumi fətva şurası olan “Daimi Fətva Cəmiyyəti” vermişdir. Pasport üçün və ya cinayətkarları tanımaq üçün çəkilən şəkillər zərurətə girir. Normal halda isə şəkil çəkdirmək qadağandır. Fətva cəmiyyətinə göndərilən suallardan birinə belə cavab verilmişdir: Sual: Qürbətdə olanda öz şəklimi çəkib ailəmə, dostlarıma və xüsusən həyat yoldaşıma gön- dərmək istəyirəm. İnsanın bunu etməsi caizdirmi? Cavab: Peyğəmbərdən (s.ə.s.) nəql olunan səhih hədislərə görə insanların və digər ruh sahib- lərinin şəklinin çəkilməsi haramdır. Buna görə də sənin öz şəklini çəkib ailənə və həyat yoldaşına göndərməyin caiz deyildir.Əslində bu və bənzəri fətvalar vəhhabi alimlərinin Quran və sünnədən dəlili gətirərkən yol verdikləri metod xatasını göstərir. Bu xata ondan ibarətdir ki, vəhhabilər dini əmrlərin qoyulma səbəbinə diqqət yetirmirlər. Bəli, Hz. Peyğəmbər (s.ə.s.) yağlı boya ilə çəkilən şəkilləri qadağan etmişdi. Peyğəmbərimiz sırf insanların şəkillərə ibadət etməmələri üçün bunu qadağan etmişdi. Çünki cahiliyyə dövründə ərəblər heykəl və şəkillərə ibadət edirdilər. Məhz bunun qarşısını almaq üçün Peyğəmbərimiz canlıların şəkillərinin çəkilməsini qadağan etmişdi. Lakin dövrümüzdə belə bir hal mövcud deyildir. Bu gün heç kim özünün və ailəsinin şəklinə ibadət etməyi ağlından belə keçirmir. Üstəlik fotoaparatla çəki- lən şəkillər və videokamera ilə şəkilən görün- tülərlə boya ilə çəkilən şəkillər arasındakı fərq də barizdir. Bu baxımdan vəhhabi alimlərinin bu fət- vası onların sünnəni çox dar çərçivədə anlama– larına dəlalət edir. Qeyd edək ki, bu fətva Əbdül– əziz ibn Baz, Əbdürrəzzaq Afifi, Abdullah ibn Ğadyan və Abdullah ibn Quud kimi məşhur vəh– habi alimlərinin birlikdə verdikləri bir fətvadır.

Hiç yorum yok:

Yorum Gönder