2.11.2016

Vəhhabilərin fətvası.Qızlar üçün məktəblərin açılması böyük bir bəladır.


Qızlar üçün məktəblərin açılması böyük bir bəladır. Həmçinin, qızların cəbr, həndəsə və coğrafiya və s. kimi dünyəvi elmləri öyrənməsi əhəmiyyətsizdir Bu fikirləri məşhur vəhhabi alimlərindən biri olan Abdullah ibn əs-Süleyman ibn Hümeyd (1902-1983) dilə gətirmişdir. O, qadınlara müasir elmlərin öyrədilməsinin fitnəyə səbəb olacağını bildirərək bunun yolverilməz olduğunu qeyd et- mişdir. İbn Hümeyd Səudiyyə Ərəbistanı Kral- lığında açılmış modern təhsil verən qız məktəb- lərində Suriya, Livan və Misir kimi ərəb ölkələ- rindən gəlib dərs deyən qadın müəllimələr haq- qında da həqarətamiz ifadələrdən istifadə edərək onları Allaha itaətdən çıxmış və başqalarını da başdan çıxaran qadınlar kimi səciyyələndirir. Onun iddiasına görə qadınlar üçün lazım olan tövhid, təharət, namaz, heyz və nifasın hökmləri və s. bu kimi dini baxımdan zəruri olan hökmləri, bundan başqa evin idarəsi və uşaqların tərbiyəsində lazım olan qaydaları bilmələridir. Ona görə qadınların müasir təhsilə yiyələnmələri nəticədə onların kişilərin işlədikləri yerlərdə çalışmalarına və beləcə əxlaqsızlığa gə– tirib çıxaracaqdır. İbn Hümeyd fikirlərini təh– qiramiz sözlərlə bitirərək qeyd edir ki, müasir tipli qız məktəblərinin açılmasından məmnun olanların nə kişiliyi, nə də dini vardır və belələri əxlaqsızlığa dəvət edənlərdir. Əd-dürəüs-səniyyə, XVI, 79-84

Hiç yorum yok: