2.11.2016

Hz. Adəm e.s hz Peyğəmbər (s) və onun pak Əhli Beytinə təvəssül etməsi.


Hz Adəm ē.s hz Peyğəmbər (s) və onun pak Əhli Beytinə təvəssül etməsi. Rəvayət belədir özüdə əhli sünnədən . Həzrət Adəm (əleyhis-salam) xətaya düçar olduqdan sonra dedi: “Ey Pərvərdigarım! Səndən istəyir və Səni and verirəm Məhəmmədin haqqına, məni bağışla!” Allah-taala buyurdu: “Ey Adəm! Məhəmmədi (hələ) yaratmadığım halda onu necə tanıdın?!” Adəm dedi: “Məni xəlq etdiyin zaman ərşə baxdım, orada belə yazıldığını gördüm: ﻻ ﺇﻟﻪ ﺍﻻّ ﺍﻟﻠﻪ، ﻣﺤّﻤﺪ ﺭﺳﻮﻝ ﺍﻟﻠﻪ “Allahdan başqa heç bir məbud yoxdur, Məhəmməd Allahın Rəsuludur.” Onun adının Sənin adınla yanaşı olduğunu görəndə bildim ki, o, məxluqlar içərisində Sənə ən sevimli olan şəxsdir.” Allah buyurdu: “Məhəmmədin haqqına and verib istədiyin üçün səni bağışladım. Süyuti, İbni Abbasın belə dediyini nəql edir: “Həzrət Adəmin Pərvərdigardan öyrəndiyi və bağışlanmasına səbəb olan kəlmələr barəsində (Peyğəmbərdən) soruşduqda həzrət buyurdu: “Adəm (əleyhis-salam) Allahı Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseynə and verərək istədi ki, tövbəsini qəbul etsin. Allah da onun tövbəsini qəbul etdi.Buda vəhhabilərin ravisi Əbu Hüreyrə yuxarıdakı hədisin davamında Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-dən belə nəql edir: “... Ey Adəm! Bunlar (Əhli-beyt) Mənim seçdiyim şəxslərdir... Hər vaxt hacətin olsa, onları vasitə (onlara təvəssül) et.” Peyğəmbər buyurdu: “Biz (Əhli-beyt) nicat gəmisiyik: Hər kəs bu gəmiyə minsə, nicat tapar, hər kəs ondan ayrılsa, həlak olar. Hər kəsin Allah dərgahında hacəti və ehtiyacı varsa, gərək biz Əhli-beyti vasitə qərar versin.
1.Hakim Nişapuri, “Əl-müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh. 517, hədis 4286;
2.Beyhəqi, “Dəlainun-nübüvvət”, 5-ci cild, səh. 489;
3. “Vəfaul-vəfa”, 4-cü cild, səh. 1371-1372;
4.Süyuti, “Əddurrul-mənsur”, 1-ci cild, səh. 59: َﻭ ﻧُﻘِﻞَ ﺃَﻥَّ ﺁﺩَﻡَ ﻟَﻤﺎَّ ﺍﻗْﺘَﺮَﻑَ ﺍﻟْﺨَﻄِﻴﺌَﺔَ ﻗَﺎﻝَ : ﻳَﺎ ﺭَﺑِّﻲ، ﺃَﺳْﺄَﻟُﮏَ ﺑِﺤَﻖِّ ﻣُﺤَﻤَّﺪٍ ﻟَﻤَّﺎ ﻏَﻔَﺮْﺕَ ﻟِﻲ، ﻓَﻘَﺎﻝَ، ﻳَﺎ ﺁﺩَﻡُ، ﮐَﻴْﻒَ ﻋَﺮَﻓْﺘَﻪُ؟ ﻗَﺎﻝَ : ﻟِﺎَﻧَّﮏَ ﻟَﻤﺎَّ ﺧَﻠَﻘْﺘَﻨِﻲ ﻧَﻈَﺮْﺕُ ﺇِﻟَﻲ ﺍﻟْﻌَﺮْﺵِ ﻓَﻮَﺟَﺪْﺕُ ﻣَﮑْﺘُﻮﺑﺎً ﻓِﻴِﻪ : ﻟَﺎ ﺍِﻟَﻪَ ﺍِﻟَّﺎ ﺍﻟﻠﻪُ، ﻣُﺤَﻤَّﺪٌ ﺭَﺳُﻮﻝُ ﺍﻟﻠﻪِ؛ ﻓَﺮَﺃَﻳْﺖُ ﺍﺳْﻤَﻪُ ﻣَﻘْﺮُﻭﻧﺎً ﻣَﻊَ ﺍﺳْﻤِﮏَ، ﻓَﻌَﺮَﻓْﺘُﻪُ ﺃَﺣَﺐَّ ﺍﻟْﺨَﻠْﻖِ ﺍِﻟَﻴْﮏَ 2)Süyuti, “Əddurrul-mənsur”, 1-ci cild, səh. 60-61,
5.“Darul-kutubil-Əraqiyyə”, 1377-ci qəməri il: ﻋَﻦِ ﺍﺑْﻦِ ﻋَﺒَّﺎﺱٍ ﻗَﺎﻝَ ﺳَﺄَﻟْﺖُ ﺭَﺳُﻮﻝَ ﺍﻟﻠﻪِ ﻋَﻦِ ﺍﻟْﮑَﻠِﻤَﺎﺕِ ﺍﻟَّﺘِﻲ ﺗَﻠَﻘَّﺎﻫَﺎ ﺁﺩَﻡُ ﻣِﻦْ ﺭَﺑِّﻪِ ﻓَﺘَﺎﺏَ ﻋَﻠَﻴْﻪِ ﻗَﺎﻝَ : ﺳَﺌَﻞَ ﺑِﺤَﻖِّ ﻣُﺤَﻤَّﺪٍ ﻭَ ﻋَﻠِﻲٍّ ﻭَ ﻓَﺎﻃِﻤَﺔَ ﻭَ ﺍﻟْﺤَﺴَﻦِ ﻭَ ﺍﻟْﺤُﺴَﻴْﻦِ ﺇِﻻَّ ﺗُﺒْﺖَ ﻋَﻠَﻲَّ ﻓَﺘَﺎﺏَ ﻋَﻠَﻴْﻪِ 3)
6.İbrahim ibni Cüveyni, “Fəraidus-simteyn”, 1-ci cild, səh. 36-37, Beyrut, “Məhmudi” müəssisəsi, 1-ci çap, 1398-ci hicri il;
7.Xarəzmi, “Mənaqib”, səh. 318, Qum, “İslami” nəşriyyatı: ﻳَﺎ ﺁﺩَﻡُ ﻫَﺆُﻻَﺀِ ﺻَﻔْﻮَﺗِﻲ ... ﻓَﺈِﺫَﺍ ﮐَﺎﻥَ ﻟَﮏَ ﺍِﻟَﻲَّ ﺣَﺎﺟَﺔٌ ﻓَﺒِﻬَﺆُﻻَﺀِ ﺗَﻮَﺳَّﻞْ، ﻓَﻘَﺎﻝَ ﺍﻟﻨَّﺒِﻲُّ : ﻧَﺤْﻦُ ﺳَﻔِﻴﻨَﺔُ ﺍﻟﻨَّﺠَﺎﺓِ ﻣَﻦْ ﺗَﻌَﻠَّﻖَ ﺑِﻬَﺎ ﻧَﺠَﺎ ﻭَ ﻣَﻦْ ﺣَﺎﺩَ ﻋَﻨْﻬَﺎ ﻫَﻠَﮏَ، ﻓَﻤَﻦْ ﮐَﺎﻥَ ﻟَﻪُ ﺇِﻟَﻲ ﺍﻟﻠﻪِ ﺣَﺎﺟَﺔٌ ﻓَﻠْﻴَﺴْﺄَﻟْﻨَﺎ ﺃَﻫْﻞَ ﺍﻟْﺒَﻴْﺖِ

Hiç yorum yok: