2.11.2016

Əhli Sünnə kitablarında Ömər ibn Xəttabın şərab içməsi qeyd olunub


Ömər ibn Xəttab şərab içməyi necə təsvir edirdi? Cavab: İbn Hişamın “Sirə” kitabında nəql etdiyinə əsasən, o deyirdi: ﮐﻨﺖُ ﻟﻺﺳﻼﻡ ﻣﺒﺎﻋﺪﺍً ، ﻭﮐﻨﺖُ ﺻﺎﺣﺐ ﺧﻤﺮ ﻓﯽ ﺍﻟﺠﺎﻫﻠﯿّﺔ ﺍُﺣﺒّﻬﺎ ﻭﺃﺷﺮﺏ ، ﻭﮐﺎﻥ ﻟﻨﺎ ﻣﺠﻠﺲ ﯾﺠﺘﻤﻊ ﻓﯿﻪ ﺭﺟﺎﻝ ﻣﻦ ﻗﺮﯾﺶ ﺑﺎﻟﺤَﺰْﻭَﺭﺓ ﻋﻨﺪ ﺩﻭﺭ ﻋﻤﺮ ﺑﻦ ﻋﺒﺪ ﺍﺑﻦ ﻋﻤﺮﺍﻥ ﺍﻟﻤﺨﺰﻭﻣﯽ ، ﻓﺨﺮﺟﺖ ﻟﯿﻠﺔ ﺍُﺭﯾﺪ ﺟﻠﺴﺎﺋﯽ ﺍُﻭﻟﺌﮏ ﻓﯽ ﻣﺠﻠﺴﻬﻢ ﺫﻟﮏ ، ﻓﺠﺌﺘُﻬﻢ ﻓﻠﻢ ﺃﺟﺪ ﻓﯿﻪ ﻣﻨﻬﻢ ﺃﺣﺪﺍً ﻓﻘﻠﺖ : ﻟﻮ ﺃﻧّﯽ ﺟﺌﺖُ ﻓﻼﻧﺎً ﺍﻟﺨﻤّﺎﺭ ، ﻭﮐﺎﻥ ﺑﻤﮑّﺔ ﯾﺒﯿﻊ ﺍﻟﺨﻤﺮ ﻟﻌﻠّﯽ ﺃﺟﺪ ﻋﻨﺪﻩ ﺧﻤﺮﺍً ﻓﺄﺷﺮﺏ ﻣﻨﻬﺎ . . .“Mən islamdan uzaq idim. Cahiliyyət dövründə şərabın rəfiqi idim, daim şərab içər və onu çox sevərdim. Biz Həzurədə – Ömər ibn Əbd ibn İmran Məxzuminin evinin yanında yığışardıq. Orada Qüreyşdən bir dəstə adam da iştirak edirdi. Bir gecə o məclisdə iştirak etmək və yoldaşlarımı görmək üçün evdən çıxdım. Lakin ora çatanda onların heç birini görmədim. Öz-özümə dedim ki, Məkkədə şərab satan filankəsin yanına getsəm, bəlkə mənə bir qədər şərab tapar və onu başıma çəkərəm... .”Beyhəqi “Əs-sünənül-kubra” kitabında Abdullah ibn Ömərin dilindən atasının xilafət dövründə dediyi sözləri belə nəql edir: “Mən cahiliyyət dövründə şərab içməkdə hamıdan irəlidə idim. Şərab içmək zina kimi deyildir.” O, şərabla əlaqədar ayələri öz xeyrinə izah edən və şərab içməkdən əl çəkməyən insanlardan biri idi. Nəhayət, “Maidə” surəsindəki ayə nazil olaraq aşkar şəkildə onu qadağan etdi və şərab içənə ilahi əzab vədi verdi. Ayələrinin bir hissəsi "vida" həccində nazil olan “Maidə” surəsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nazil olan son surədir. Ömər “Maidə” surəsinin Həccətul-vidada nazil olan ayələrindən müddətlər öncə şəraba adət etdiyindən bu ayənin nazil olaraq ilahi əzab vədi verməsindən, eləcə də öz dediyi “çəkindik, çəkindik!” sözündən sonra yenə də qatı nəbiz (şərab növlərindən biri) içməyə davam edir və deyirdi: ﺇﻧّﺎ ﻧﺸﺮﺏ ﻫﺬﺍ ﺍﻟﺸﺮﺍﺏ ﺍﻟﺸﺪﯾﺪ ﻟﻨﻘﻄﻊ ﺑﻪ ﻟﺤﻮﻡ ﺍﻹﺑﻞ ﻓﯽ ﺑﻄﻮﻧﻨﺎ ﺃﻥ ﺗﺆﺫﯾﻨﺎ ﻓﻤﻦ ﺭﺍﺑﻪ ﻣﻦ ﺷﺮﺍﺑﻪ ﺷﯽﺀ ﻓﻠﯿﻤﺰﺟﻪ ﺑﺎﻟﻤﺎﺀ “Biz bu şərabı – bu mayalı və tünd (qatı) şərabı buna görə içirik ki, mədəmizdəki dəvə ətlərini həzm etsin, əziyyətimizə səbəb olmasın. Şərab hər kəsin ağlını qarışdırıb pərişan etsə, ona bir qədər su qatıb içsin.” Həmçinin deyirdi: ﺇﻧّﯽ ﺭﺟﻞ ﻣﻌﺠﺎﺭ ﺍﻟﺒﻄﻦ ﺃﻭ ﻣﺴﻌﺎﺭ ﺍﻟﺒﻄﻦ ، ﻭﺃﺷﺮﺏ ﻫﺬﺍ ﺍﻟﻨﺒﯿﺬ ﺍﻟﺸﺪﯾﺪ ﻓﯿﺴﻬﻞ ﺑﻄﻨﯽ “Mən qarnı çıxmış, yaxud qarnı atəşlə dolu olan bir kişiyəm. O qəliz qatı şərabı içirəm ki, qarnım yumşalsın.”Həmçinin deyirdi: ﻻ ﯾﻘﻄﻊ ﻟﺤﻮﻡ ﻫﺬﻩ ﺍﻹﺑﻞ ﻓﯽ ﺑﻄﻮﻧﻨﺎ ﺇﻻّ ﺍﻟﻨﺒﯿﺬ ﺍﻟﺸﺪﯾﺪ “Bu dəvələrin ətini qarnımızda yalnız bu qəliz, qatı və mayalı nəbiz həzm edə bilər.” O, ömrünün son vaxtlarına qədər qatı nəbiz içirdi. Əmr ibn Meymun deyir: ﺷﻬﺪﺕُ ﻋﻤﺮ ﺣﯿﻦ ﻃُﻌﻦ، ﺍُﺗﯽ ﺑﻨﺒﯿﺬ ﺷﺪﯾﺪ ﻓﺸﺮﺑﻪ “Ömərə nizə dəyən zaman mən onun yanında idim. Yatağa düşdüyü həmin anlarda onun üçün nəbiz gətirdilər və onu içdi.” Onun içdiyi şərab o qədər qatı və güclü idi ki, özündən başqa bir şəxs onu içsəydi mütləq məst olar və Ömər də ona şərab içmək cəzasını tətbiq edərdi. Lakin xəlifə şərab içməyə çox adət etdiyindən, yaxud da ona bir qədər su əlavə edib qatılığını azaltdığından şərab ona təsir göstərmirdi.Şəbi deyir: Ərəblərdən biri Ömərin şərab qablarından su olduğunu güman etməklə içib məst oldu. Ömər ona şallaq vurdu, sonra dedi: “Bu şallaq sənə şərab içdiyinə görə deyil, məst olduğuna görə vurulur.” Cəssasın “Əhkamul- Quran” kitabında ( dediyi ibarə belədir:Bir ərəb Ömərin şərabından içdi və Ömər ona şallaq vurdu. Ərəb dedi: “Axı mən sənin şərabından içmişəm!” Ömər bir qədər su götürüb şəraba qatdı, sonra içdi və dedi: “Şərab hər kəsi məst etsə, onu durulaşdırıb sonra içsin.”Əbu Rafedən nəql olunur ki, Ömər ibn Xəttab demişdir: “Hər vaxt şərabın qatı olmasından nigaran olsanız, onu su ilə qatıb durulaşdırın!”Nisai onu “Sünən” kitabından nəql edərək deyir: “Müskir (məstedici, spirtli içkilər) içməyi halal hesab edənlər bu rəvayətə istinad etmişlər.”Qeyd olunmalıdır ki, bütün içki növlərinin haramlığı və cəzası mütləqdir spirtli və məstedici olmağın özü onun haram və ilahi cəzaya səbəb olması üçün kifayətdir, hətta hər bir maye ilə qarışdırılması, yaxud onun az içilməsi kimi maneələr olsa da belə. Buna görə də əsas meyar onu içən şəxsin məst olması deyil, o mayenin spirtli içki olmasıdır. Deməli, şərabı içən deyil, onun özü meyardır. Nəticədə, çoxu insanı kefləndirən bir şeyin azı da haramdır.Çoxsaylı səhih rəvayətlər bu qayda və meyara dəlalət edir. O cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu aşağıdakı hədis: ﺃَﻧْﻬَﺎﮎُﻡْ ﻋَﻦْ ﻗَﻠَﯿﻞِ ﻣَﺎ ﺃَﺳْﮑَﺮَ ﮐَﺜِﯿﺮُﻩُ “Çox içildikdə məst edən içkilərin az içilməsini də sizə qadağan edirəm.” Həmçinin Cabir, İbn Ömər və İbn Əmrin vasitəsi ilə rəvayət olunan bir hədisdə Peyğəmbər buyurur: ﻣَﺎ ﺃَﺳْﮑَﺮَ ﮐَﺜِﯿﺮُﻩُ ﻓَﻘَﻠِﯿﻠُﻪُ ﺣَﺮَﺍﻡٌ “Hər şeyin çoxu məst edirsə, onun azı da haramdır.” (19) (20)1-“Sireyi İbn Hüşam”, 1-ci cild, səh. 368 (1-ci cild, səh. 371)2- Mənbələrdə “əşribuha” (içirəm) kəlməsinin yerinə “əsərru biha” (onu gizlədirəm) kimi qeyd olunmuşdur. 3- Həzurə – Məkkə bazarlarından biri idi və hal- hazırda məscidin bir hissəsidir. 4-“Əs-sunənul-k ubra”, 10-cu cild, səh. 2145-“Əs-sunənul-kubra”, 10-cu cild, səh. 214; və “Siyrətu Ömər”, İbn Covzi, səh. 98 (122); “Kənzul-ummal”, 3-cü cild, səh. 107 (5-cİ cild, səh. 505), hədis: 13746; “Kənzul-ummal”ın müntəxəbatı, “Müsnədi Əhmə”in haşiyəsində, 2-ci cild, səh. 428 (2-ci cild, səh. 500); “Əl-xuləfaur-raşidin”, Əbdül- Vəhhab Nəccar, səh. 2386-“Musnəd”, Əhməd ibn Hənbəl, 2-ci cild, səh. 53 (1-ci cild, səh. 86), hədis: 380; “Sunəni Əbu Davud”, 2-ci cild, səh. 128 (3-cü cild, səh. 325), hədis: 36707-“Təfsir”, Qurtəbi, 6-cı cild, səh. 30 (6-cı cild, səh. 22) və “İrşadus-sari”, 7-ci cild, səh. 95 (10-cu cild, səh. 198) 8- “Müstədrək” Hakim”, 2-ci cild, səh. 311 (2-ci cild, səh. 340), hədis: 3211; “Came” Tirmizi, 2-ci cild, səh. 178 (5-cİ cild, səh. 343), hədis: 3063;“ Əd-durrul-mənsur”, 2-ci cild, səh. 52 (2-ci cild, səh. 3), Əhmədin, Tirmizinin, İbn Mərdəveyhin, Hakimin, Beyhəqinin, Səid ibn Mənsurun, İbn Munzərin nəqlinə əsasən9-“Təfsiri Təbəri”, 7-ci cild, səh. 22; “Camiul-bəyan”, 7-ci cild, səh. 33; “Musnəd”, Əhməd ibn Hənbəl, 2-ci cild, səh. 53 (1-ci cild, səh. 86), hədis: 38010-“Əs-sunənul-kubra”, 8-ci cild, səh. 299 “Muhazuratu Rağib”, 1-ci cild, səh. 319 (2-ci cild, səh. 699); “Kənzul-ummal”, 3-cü cild, səh. 109 (5-cİ cild, səh. 514), hədis: 13772, İbn Əbu Şeybənin nəqlinə əsasən11-Bəlkə də “məc’arul- bətn” düzgündür, yəni “quru mizac sahibi”. Necə ki, İbn Əsir “Niayə”də demişdir: 1-ci cild, səh. 275 12-“Kənzul-ummal”, 3-cü cild, səh. 109 (5-cİ cild, səh. 514), hədis: 13773. 13-“Camiul-məsa nid”, Əbu Hənifə, 2-ci cild, səh. 190 və 21514-“Tarixi Bağdad”, Xətib, 6-cı cild, səh. 15615-“Əqdul-fərid”, 3-cü cild, səh. 416 (6-cı cild, səh. 278). 16-“Əhkamul-Quran”, 2-ci cild, səh. 565 (2-ci cild, səh. 464) 17-“Əs-sunənul- kubra”, 8-ci cild, səh. 326 (3-cü cild, səh. 273), hədis: 5214. 18-“Əs-sunənul-kubra”, 8-ci cild, səh. 301 (3-cü cild, səh. 216), hədis: 5118. 19-“Sunəni Əbu Davud”, 2-ci cild, səh. 129 (3-cü cild, səh. 327), hədis: 368; “Sunəni Tirmizi”, 1-ci cild, səh. 342 (4-cü cild, səh. 258), hədis: 1865. 20-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 559.

Hiç yorum yok: