2.11.2016

Ayətullah xoyinin bir Hicaz alimi ilə mübahisəsi.


Ayətullah Xoyi buyurur: Hicri 1353-cü ildə həcdə idim. Şeyx Zeynəl-abidin adlı bir alim Məscidün-nəbidə möhürlə namaz qılanların möhürünü götürürdü. Ona dedim: "Məgər Rəsulullah (s) müsəlmanların malına icazəsiz toxunmağı haram etməmişdirmi? Təsdiq etdi: "Bəli, haram etmişdir.” Dedim: "Bəs nə üçün onların malını zorla alırsan, axı bu adamlar "əşhədu əlla ilahə illəllah”, əşhədu ənnə Muhəmmədər-rəsulullah deyənlərdir? Dedi: "Bu adamlar müşrikdirlər. Onlar möhürü büt qərar verib, Allaha yox, möhürə səcdə edirlər.” "Bu məsələni müzakirə etməyə hazırsanmı?” –deyə soruşdum. Razılığını bildirdi. Söhbətə başladıq. Nəhayət, səhvini başa düşüb, üzr istədi və tövbə etdi. Xahiş etdi ki, Mədinədə olduğu günlər müxtəlif mövzularda söhbət edim. Belə də etdim. On gün ardıcıl məclis quruldu, müxtəlif məzhəblərdən olan insanlar bu məclislərdə iştirak etdilər. Həmin hicazlı alim bu məclislərdəki söhbətləri mətbuatda verəcəyini vəd etdi... Çox güman ki, bu şəxs vəhhabi deyildi. Çünki vəhhabilər heç vaxt şiə alimləri ilə müzakirəyə razı olmurlar. Hətta şiə alimlərin kiminləsə söhbətinə şahid olduqda bu söhbətə mane olurlar. Məscidün-nəbidə dəfələrlə şahid olmuşuq ki, vəhhabilər şiələrin ayağı altından onların səccadəsini çəkir. Bəzən isə iş şiələri cəzalandırmaq həddinə çatır. Özlərini Peyğəmbər (s) sələfi hesab edən bu adamlar anlamırlar ki, müsəlmanlarla, Peyğəmbərin (s) qonaqları ilə, üzünü qibləyə tutub namaz qılan insanlarla belə rəftar etmək olmaz. Məgər Peyğəmbər (s) belə buyurubmu?

Hiç yorum yok: