30.12.2018

Vilayət ayəsinin açıqlaması.



Vilayət ayəsi İmam Əli (əleyhissalam) haqqında nazil olubsa, bəs nəyə görə  ayədəki zəmir (şəxs əvəzliyi) cəmdir, tək yox” şübhəsinə cavab
Qurani-Kərimdə İmam Əlinin (əleyhissalam) imamət və rəhbərliyindən söz açan, fəzilətlərini sübut edən, o həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (sallallhu əleyhi və alih) sonra ümmətə rəhbər olduğunu göstərən ayələrdən biri “Vilayət” ayəsi adını daşıyan “Maidə” surəsinin 55-ci ayəsidir. Bu ayədə buyurulur:
انما وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ
“Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”.
Bu şərif ayənin təqvalıların imamı həzrət Əmirəl-möminin Əlinin (əleyhissalam) namaz qılan halda üzüyünü dilənçiyə verməsindən sonra onun haqqında nazil olması, həm şiə, həm də sünni mənbələrində müxtəlif sənədlərlə nəql olunmuşdur. Buna baxmayaraq şiələrə müxalif olanlar, bunun birbaşa İmam Əlinin (əleyhissalam) vilayətinə böyük dəlillərdən biri olduğunu bildiklərinə görə, tarix boyu bu ayəni İmam Əliyə aid etməməkdən ötrü, dəridən-qabıqdan çıxmış, Allahın nurunu ağızları ilə söndürməyə çalışmışlar. Lakin, Allah təala bu cür şəxslərin öz hədəflərinə çata bilməyəcəkləri haqqında belə buyurur:"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Allah isə buna yol verməz, kafirlərin xoşuna gəlməsə də O, Öz nurunu tamamlayar" . (Tövbə, 32)
Müxaliflərin bu ayəni İmam Əliyə (əleyhissalam)  aid etməməkdən ötrü atdıqları şübhələrdən biri də “Vilayət ayəsi İmam Əli (əleyhissalam) haqqında nazil olmuşsa, bəs nəyə görə  ayədəki zəmir (şəxs əvəzliyi) cəmdir, tək yox” şübhəsidir. Allahın qüvvəsi, lütf və inayəti sayəsində bu məqaləmizdə bu şübhəyə elə sünni mənbələrinə əsasən cavab verməyə çalışmışıq.
Muxaliflərin atdığı bu şübhəyə özlərinin böyük alimlərdən bildikləri Zəməxşəri, özünün məşhur “əl-Kəşşaf” kitabında  belə cavab verir:
“...”Əgər desən ki, bu ayədə məqsəd necə Əli ola bilər bir halda ki, ayədə cəm ləfzi işlənmişdir”. Mən deyərəm: “Bu ayənin nazil olma səbəbi bir şəxs olduğu bir halda, onun barəsində cəm ləfzinin işlənməsi, insanların onun əməli kimisinə rəğbətlənmələri və onun savabı kimisinə yetişmələri üçündür. (Həmçinin) Möminlərin xüsusiyyətlərinin yaxşılığa, ehsana, fəqirlərin halı ilə maraqlanmağa adətkar olmasını, bu hədəfdə olmalarının vacib olmasını xatırlatmaq üçündür. (Bu ayədə cəm ləfzinin işlənməsi) Namaz halında belə fəqirlərə yardım etməyi təxirə salmasınlar deyədir”.
Zəməxşəri, “əl-Kəşşaf”, cüz 2, səh. 259
Kitabın şəkli:
Gördüyünüz kimi muxaliflərin böyük və məşhur alimlərindən olan Zəməxşəri, ayənin yalnız həzrət Əmirəl-möminin Əli (əleyhissalam) haqqında nazil olmasını etiraf edir və ayədə cəm ləfzinin gəlməsini isə,  möminlərin İmam Əlini (əleyhissalam) özlərinə örnək götürmələri üçün gəldiyi şəklində izah edir.
Sünnilərin digər böyük alimlərindən olan Səmani öz təfsir kitabında belə yazır:
“Əgər bir şəxs desə ki, “necə olur ki, tək bir şəxs cəm ləfzi ilə qeyd olunur?”, biz deyərik ki, bunun kimisi (yəni bu cür işlənmə) ərəb lüğətində icazəlidir”.
Əhli-Xilaf mənbəsi: Səmani, “Təfsirul-Quran”, c.3, səh.514, naşir: “Darul-vətən”
Kitabın şəkli:

Digər böyük sünni alimlərindən olan Sələbi öz təfsir kitabında belə yazır:
“Ərəb lüğətində tək bir şəxs haqqında olan xəbərin cəm ləfzi ilə gəlməsi icazəlidir. Məsələn, filankəs yalnız bir gəmiyə mindiyi bir halda, “filankəs gəmilərə mindi” deyilib. Məsələn, bir nəfər yalnız bir çöl qatırının üzərində xaric olduğu bir halda, “çöl qatırlarının üzərində xaric oldu” deyilib. Məsələn, bir nəfər bir xəbəri bir nəfərdən eşitdiyi bir halda, “bu xəbəri insanlardan eşitdim” deyib. (Qurani-Kərimdə də bunun nümunələri vardır) Allah-təalanın bu kəlamları kimi: “Bəzi adamlar onlara dedilər” (Ali-İmran, 173) bu ayə bir nəfər haqqında nazil olub oda Nəim ibn Məsuddur. (Həmçinin): “Həqiqətən insanlar sizə qarşı cəm olublar” (Ali-İmran, 173) bu ayədə də (insanlardan) məqsəd Əbu Süfyandır. Bunlara bənzər sözlər çoxdur (yəni, ərəblərin cəm şəklində olan bir sözlə bir nəfəri qəsd etdiklərinə dair nümunələr çoxdur)”.
Əhli-sünnə mənbəsi: Sələbi, “əl-Kəşf vəl-Bəyan” (Təfsirus-Sələbi adı ilə məşhurdur), c.3, səh.60, Naşir: “Daru-ihyait-turasil-Ərəbi”.
Kitabın şəkli:
Əhli-Xilafın digər böyük alimlərindən biri olan Bədruddin Muhəmməd ibn Abdullah əz-Zərkəşi özünün “əl-Burhan fi ulumil-Quran” kitabında  “Tək bir şəxsə cəm ləfzi ilə xitab” başlığı altında bir fəsl açmış və orada Ərəb dilinə əsasən bu cür xitabların icazəli olmasına dair şahidlər gətirmişdir. Onlardan birini təqdim etməklə kifayətlənirik:
“...Allah təalanın bu sözü kimi : “Ey Rəsullar! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” (Muminun, 51)  Bu (ayədə xitab cəm, yəni bütün Rəsullar olduğu bir halda yalnız) təkcə peyğəmbərimizə (sallallahu əleyhi və alih) xitabdır.
Əhli-Xilaf mənbəsi: Zərkəşi, “əl-Burhan fi ulumil-Quran”, Naşir: “Məktəbətu-darit-turas”, səh 234.
Kitabın şəkli:
Bu şübhəyə cavab olaraq bu qədər dəlil təqdim etməklə kifayətlənir və qəzavəti ağıl sahiblərinin öhdəsinə buraxırıq.
Mürtəza Heydəri

İmam Mehdinin ə.f doğumu və atası İmam Həsən Əsgəri ə.s olması sünni kitablarında.


وهو أبو محمد العلوي العسكري وهو أحد الأئمة الاثني عشر على مذهب الامامية ، وهو والد محمد الذي يعتقدونه المنتظر بسرداب سامرا وكان مولده سنة اثنتين وثلاثين ومائتين
İmamiyye Məzhəbinin on iki imamından biri olan Əbu Məhəmməd əl-Şiə əl-Əsgəri də bu ildə vəfat etmişdi. O, Samerra serdabına girən və imamiyye məzhəbin tərəfindən bir gün zühur edəcəyinə inanılan Məhəmmədin atası idi. imam əl-Əsgəri 232-ci hicri ilində dünyaya gəlmişdi.

📚ibni Əsir, "əl-Kamil fit Tarix", 7/226-228

أولاد الإمام العسكري علیھ السلام
أما الحسن العسكري الامام فله إبنان وبنتان أما الابنان فأحدهما صاحب الزمان عجل الله فرجه الشريف
imam Həsən əl-Əsgəri əleyhissalamın övladları: Həsən əl-Əsgəri imamdır, onun 2 oğulu və 2 qızı vardı. oğullarından biri "Sahib ez-Zaman"dır, Allah şərəfli zühurunu təcili etsin.

📚Fəxri ər-Razi, "Şecereh Mübarekeh…", səhifə 78-79


محمد بن الحسن بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب وكنيته أبو عبد الله وأبو القاسم وهو الخلف الحجة صاحب الزمان القائم والمنتظر والتالي وهو آخر الأئمة ، وقال : ويقال له ذو الإسمين محمد وأبو القاسم قالوا : أمه أم ولد يقال لها صقيل
bu Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (en-Naki) b. Məhəmməd (et-Taki) b. Əli (ər-Rıza) b. Musa (əl-Kazım) b. Cəfər (əs-Sadık) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Seccad) b. Hüseyn (eş-Şəhid) b. Əli (əl-Murtaza) b. Əbu Talibdir ə.s və ləqəbləri Əbu Abdullah və Əbul Qasimdir və O əl-Xələf əl-Hüccet və Sahib əz-Zaman, Qaim əl-Muntazar və son imamdır.

📚Sıbt b. Cevzi, "Tezkiretul Havvas", səhifə 383

المنتظرالشريف أبو القاسم محمد بن الحسن العسكري ابن علي الهادي ابن محمد الجواد ابن علي الرضى ابن موسى الكاظم ابن جعفر الصادق ابن [ ص: 120 ] محمد الباقر ابن زين العابدين بن علي بن الحسين الشهيد ابن الإمام علي بن أبي طالب ، العلوي الحسيني .خاتمة الاثني عشر سيدا
əl-Muntazar eş-Şərif Əbul Qasim Məhəmməd b. Həsən (əl-Əsgəri) b. Əli (en-Naki) b. Məhəmməd (et-Taki) b. Əli (ər-Rıza) b. Musa (əl-Kazim) b. Cəfər (es-Sadiq) b. Məhəmməd (əl-Baqir) b. Əli (əs-Seccad) b. Hüseyn eş-Şəhid b. imam Əli b. Əbu Talib əl-Şiə əl-Haşimi, 12 Seyidin sonuncusu.

📚əz-Zehebi, "Siyer", 13/119-120

الحسن بن علي بن محمد بن علي الرضا بن موسى بن جعفر الصادق. أبو محمد الهاشمي الحسيني أحد أئمة الشيعة الذين تدعي الشيعة عصمتهم. ويقال له الحسن العسكري لكونه سكن سامراء، فإنها يقال لها العسكر. وهو والد منتظر الرافضة. توفي إلى رضوان الله بسامراء في ثامن ربيع الأول سنة ستين، وله تسع وعشرون سنة. ودفن إلى جانب والده. وأمه أمة.) وأما ابنه محمد بن الحسن الذي يدعوه الرافضة القائم الخلف الحجة، فولد سنة ثمان وخمسين، وقيل: سنة ست وخمسين. عاش بعد أبيه سنتين ثم عدم، ولم يعلم كيف مات. وأمه أم ولد. وهم يدعون بقاءه في السرداب من أربعمائة وخمسين سنة، وأنه صاحب الزمان، وأنه حي يعلم علم الأولين والآخرين، ويعترفون أن أحد لم يره أبداً، فنسأل الله أن يثبت علينا عقولنا وإيماننا
Həsən b. Əli b. Məhəmməd b. Əli ər-Rıza b. Musa b. Cəfər əs-Sadiq, Əbu Məhəmməd əl-Haşimi əl-Hüseyni, şiənin imamlarından biridir, (Şiələr) ona Əsgəri deyirlər. O Rafizilerin "Muntazar" imamlarının atasıdır. O r.a Samirrada vəfat etdi, atasının yanında defn edildi. Onun (imam Həsən Əsgərinin) oğulu Məhəmməd b. Həsənə gəlincə, Rafiziler onu "Qaim", "əl-Xələf əl-Hüccet" deyə adlandırırlar. O hicrətin 258-ci ilində dünyaya gəlmişdir, bəziləri 255 demişdir.

📚əz-Zehebi, "Tarix əl-İslam", 19/113

جعفر بن علي بن محمد بن علي بن موسى بن جعفر بن محمد بن علي بن الحسين بن علي بن أبي طالب الحسيني أخو الحسن الذي يقال له العسكري وهو الحادي عشر من الأئمة الإمامية ووالد محمد صاحب السرداب
Cəfər b. Əli (en-Naki) b. Məhəmməd (et-Teqi) b. Əli (ər-Rıza) b. Musa (Kazim) b. Cəfər (əs-Sadiq) b. Məhəmməd (Baqir) b. Əli (əs-Seccad) b. Hüseyn (eş-Şəhid) b. Əli (əl-Murtaza) əl-Haşimi. Həsən əl-Əsgərinin qardaşıdır. Həsən əl-Əsgəri imamiyye (məzhəbinin) imamlarından biri və "Sırdab Sahibi" Məhəmmədin atasıdır.

📚ibni Həcər, "Dil əl-Mizan", 2/119, 493-cü ravi

Vəlhəmdulilləh.

Əzadarlıqda ağlamaq və dözümsüzlük göstərmək olarmı?


Tarix boyu Əhli-beyt (əleyhimussalam) və əza məclisləri ilə düşmənçilik edənlər belə irad etmişlər ki, hədislərdə ölənlərə çox ağlamaq və dözümsüzlük göstərmək qadağan olunmuşdur. Halbuki, şiələr imamların, məxsusən İmam Huseynin (əleyhimussalam) şəhadət günlərində həddindən artıq ağlayır, dözümsüzlük nümayiş etdirirlər. Onlar bu əsassız iddialarını isbat etmək üçün şiə mənbələrindən olan hədislərə istinad edir və bununla da əzadarlıqların şəri baxımdan icazəli olmasını sual altına salmaq istəyirlər. Bu irada daha ətraflı cavab vermək mümkün olsa da, ixtisara riayət edərək irada kiçik cavab verəcəyik. Əvvəla onu demək lazımdır ki, ümumiyyətlə ölülərə ağı demək şəriətdə icazəlidir. Lakin, bu o zaman icazəli olmur ki, ağı deyən və yaxud hüznlənən şəxs Allah təalanın təqdir etdiyi işlərə üsyankarlıq göstərsin və ölənlərə həddindən artıq hüznlənsin və dözümsüzlük göstərib, ağlasın. Əksinə, hədislərimizdə müsibət və bəla üz gətirdikdə səbr göstərmək və Allaha təslim olmaq tapşırılmışdır. Təbii ki, bu məzmunda hədislərimiz kifayət qədərdir. Nümunə olaraq bir hədisi qeyd edirik:
كُنَّا عِنْدَ أَبِي عَبْدِ اللَّهِ ع فَجَاءَ رَجُلٌ فَشَكَا إِلَيْهِ مُصِيبَةً أُصِيبَ بِهَا فَقَالَ لَهُ أَبُو عَبْدِ اللَّهِ ع أَمَا إِنَّكَ إِنْ تَصْبِرْ تُؤْجَر
 “Bir nəfər İmam Sadiqin (əleyhissalam) yanına gələrək ona üz vermiş müsibətdən şikayət etdi. İmam buyurdu “Əgər sənə üz vermiş müsibətin müqabilində səbr etsən, əvəzini alacaqsan...”.[1] Lakin, Əhli-beyt (əleyhimussalam) məclislərində hüznlənmək və dözümsüzlük göstərmək nəql olunmuş rəvayətlərə əsasən məzəmmət olunmuş işlərdən deyil, əksinə bəyənilən əməllərdəndir.  Həmin hədislərdən bəzilərini zikr edirik:
عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ سَمِعْتُهُ يَقُولُ‏ إِنَ‏ الْبُكَاءَ وَ الْجَزَعَ مَكْرُوهٌ لِلْعَبْدِ فِي كُلِّ مَا جَزِعَ- مَا خَلَا الْبُكَاءَ وَ الْجَزَعَ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍ‏ع فَإِنَّهُ فِيهِ مَأْجُورٌ.
“İmam Sadiq (əleyhissalam) buyurur: “Bəndə üçün bəyənilmir ki, İmam Huseyndən (əleyhissalam) başqası üçün ağlasın və dözümsüzlük göstərsin. Əksinə, İmam Huseyn (əleyhissalam) üçün ağlamaq və dözümsüzlük göstərməyin savabı vardır”.[2]  Göründüyü kimi bu hədisdə İmam ölülər üçün ağlamağın və dözümsüzlük göstərməyin bəyənilməyən iş olduğunu dedikdə İmam Huseyni (əleyhissalam) oradan istisna etdi. Həmçinin, nəql olunmuş rəvayətlərə əsasən İmam Huseynə (əleyhissalam) ağlamaq, həddindən artıq dözümsüzlük nümayiş etdirmək daim tövsiyyə olunmuş əməllərdən sayılmışdır. İmam Həsəni-Əskəri (əleyhissalam) Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edərək buyurur:
قَالَ رَسُولُ اللَّهِ ص‏ وَ صَلَّى اللَّهُ عَلَى‏ الْبَاكِينَ‏ عَلَى الْحُسَيْنِ رَحْمَةً وَ شَفَقَةً
“Allahın rəhməti mehribançılığa görə və ürəyi yandığına görə Huseynə ağlayanların üzərinə olsun...”.[3]Həmçinin, hədislərimizdə şiələrin xüsusiyyətləri barədə danışıldıqda qeyd olunur ki, şiələr Əhli-beytin (əleyhimussalam) sevinci ilə sevinər və onların qəmli olmasıyla qəmlənərlər.[4]
Bundan əlavə onu da qeyd edək ki, şəriətdə də həm sünni, həm də şiə məzhəbi tərəfindən qəbul olunan bəzi hökmlərdə yuxarıda qeyd etdimiz kimi istisnalar mövcuddur. Məsələn, Allah təala müqəddəs Qurani-Kərimdə Bəqərə surəsinin 275-ci ayəsində buyurur:
أَحَلَّ اللَّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا
“Allah alveri halal, sələmi isə haram etmişdir...”. Bu ayəyə görə Allah təala alış-verişi halal etmişdir. Lakin, bəzi istisna yerlərdə alış-veriş də haram olur. Məsələn, musiqi alətlərinin alış-satışı. Və yaxud Bəqərə surəsinin 173-cü ayəsində belə buyurulur:

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّهِ

 “Allah sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir...”. Ayədən də məlum olduğu kimi Allah təala donuz ətini haram etmişdir. Lakin, acından ölməmək kimi istisna olan məqamlarda donuz ətinin yeyilməsinə icazə vardır. Bu məsələ Maidə surəsinin 3-cü ayəsində vurğulanır:

فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“...Hər kəs günaha meyl etməyərək aclıq üzündən (haram olanlardan istifadə etməyə) məcbur olarsa, (bilsin ki,) Allah Bağışlayandır, Rəhmlidir”.
Beləliklə, eynilə ölülərə çox ağlamaq və onların dünyadan getməklərinə dözümsüzlük göstərmək məzəmmət olunsa da, Əhli-beytin (əleyhimussalam) müsibətlərinə ağlamaq bu qaydadan istisnadır. Habelə, hədislərdə məzəmmət olunmuş əzadarlığı Əhli-beytlə (əleyhimussalam) bağlı olan əzadarlıqlara şamil etmək yolverilməzdir.
Sonda əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Əhli-beyt (əleyhimussalam) məclislərində ağlamaq, dözümsüzlük göstərmək digər yas mərasimlərində olan əzadarlıqdan xeyli fərqlənir. Belə ki, Peyğəmbər ailəsinin müsibətlərinə ağlamaq ibadət sayılır. Bu göz yaşlarının dünyaya və axirətə aid olan təsirləri vardır ki, istər mübah, istərsə də məzəmmət olunmuş əzadarlıqların heç birisində bu xüsusiyyət yoxdur. Əksinə digər insanların həyatdan köçməsinə həddən artıq ağlamaq və dözümsüzlük göstərmək ilahi müqəddarat etiraz və Allah qəzasına razılıq göstərməmək sayılır. Amma Əhli-beyt (əleyhimussalam) müsibətlərinə ağlamaq və qəmgin olmaq nəinki ilahi təqdirə etiraz sayılır, əksinə bütün bu ağlamaqlar və dözümsüzlüklər Peyğəmbər və onun pak ailəsinə qarşı olan sevgidən irəli gəlir. Bu sevgidən məhrum qalanlar isə müxtəlif yollarla insanların qəlblərinə şübhə toxumları səpərək, belə bir savabdan və bunun nəticəsi olaraq əbədi səadətdən uzaq düşdükləri halda, digər insanların da buna nail olmasına mane olmaq üçün əllərindən gələni edirlər.

قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ  إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

“(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız sənin ixlaslı bəndələrindən başqa”. (Hicr, 39-40)

Allah təala bizləri dünya və axirətdə Əhli-beytdən (əleyhimussalam) bir an belə ayrı salmasın.

[1] Əllamə Kuleyni, “əl-Kafi”, c.3, səh.225
[2] Əllamə İbn Qovləveyh Qummi, “Kamiluz-ziyarat”, səh.100
[3] Əllamə Məclisi, “Biharul-ənvar”, c.7, səh.311-312
[4] Şeyx Səduq, “Səvabul-əmal”, səh. 217

2.10.2018

Vehabi alimi tövbə etdi.



Əhli-sünnətin şeyxi Səlahəddin Fakir:
"Hüseyn Kərbəlaya getməklə xəta etdi və boş yerə matəm tutursunuz", deyirdi.
Dünən gecə isə tv kanallar bunu dedi:
"Allah məni əfv etsin. Uca səslə deyirəm ki, Hüseyn doğru addım atdı və mən səhv etdim. Hüseyndən də,  şiələrdən də üzr diləyirəm."